Məhkəmə qərarları › İş №2-1(102)-2269/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2269/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2269/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 1 iyul 2017-ci ilədək olan dövr üzrə yeni məlumat vərəqinə əsasən pensiyanın yenidən hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2046/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur. İddiaçıya 14 oktyabr 2016-cı il tarixində təminat xərcliyinin 98 faizi miqdarında pensiya təyin edilmişdir. Bununla razılaşmayaraq Dövlət Sərhəd Xidmətinə müraciət edilmiş, döyüşdə olduğu müddət zamanı yaralandığı müddətin nəzərə alınmamasının qanu nsuz olduğunu bildirmiş, nəticə alınmadıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarı ilə onun döyüş bölgəsində olduğu, döyüş əməliyyatlarında iştirak etdiyi və alınan xəsarət nəticəsində müalicə aldığı müddət nəzərə alınaraq məlumat vərəqinin göndərilməsi qərara alınmışdır. Məlumat vərəqəsinə əsasən pensiyam yenidən hesablansa da ödənilməmiş pensiya məbləğinin əvvəlki illər üzrə hesablanması zamanı səhvə yol verilmiş, əmək pensiyasının düzgün olmayaraq hesablanmasının mənim təqsirim ucbatından edilmədiyi nəzərə alınmamışdır.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 04.04.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarında zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, m üddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanının rəis və sıravi heyətinə mənsub şəxslərə vəzifəyə təyin olunduğu gündən uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir. 13 fevral 1993-cü il tarixdən 21 iyun 1994-cü il tarixədək iddiaçı BABKM-də kursant olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarını nəzərə alaraq həmin dövrün ona güzəştli xidmət ili kimi hesablanması qanunauyğun deyildir.

3. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 11.3.2021-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez o lmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 18 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 21.08.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 13 avqust 2016-ci il tarixdə DSX rəisinin əmri il ə 25 il xidmət edərək polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən o, DSX-nə təqdim olunmuş 27 sentyabr 2016-ci il tarixli 000934 nömrəli məlumat vərəqəsinə əsasən xidmət ilinin 36 il 9 ay 29 gün xidmət müddətinə görə ona 14 oktyabr 2016-ci il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərclərin 98 faizi miqdarında pensiya təyin edilmişdir. O, bununla razılaşmayaraq DSX-ya məktubla müraciət etmiş, onun Dağlıq Qarabağda döyüşdə olduğu müddət, yaralandığı müddət Nazirlər kabinetin 631 nömrəli qərarın ona şamil olunmaması barədə imtina cavabı almışdır. Müxtəlif vaxtlarda o, Milli Məclisə, Nazirlər Kabinetinə müraciət etmişdir. Müraciəti DSX-nə yönlənmişdir. Belə halda o, 28 fevral 2019-ci ildə İqtisad Məhkəməsinə müraci ət etmişdir. Ali Məhkəmə Bakı Apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Onun şəxsi işindən çıxarışı nəzərə alaraq döyüşdə olduğu və yaralandığı müddəti uzun müddətli güzəştə daxil etmiş və qərar çıxarmışdır. Beləliklə onun xidmət ilinə əlavə 74 gün əlavə olunmuşdur. Onun xidmət ili 37 il 13 gün yenidən hesablanaraq DSMF-nin Xüsusi Təyinatla Şərtlər İdarəsinə göndərilmişdir. Cavabdeh onun pensiyasının artım hissəsini yalnız 3 il müddətini hesablayıb ödəyirlər, istinad edirlər Pensiya haqqında Qanunun maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olmuş şəxsə onu almaq hüququ yarandığı gündən ən çoxu üç il üçün nəzərdə tutulmuşdur. O, 24.12.2020, 28.12.2020 və 16.02.2021- ci il tarixlərdə ərizə ilə DSMF-yə müraciət etmişdir ki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə istinadən pensiya təyin edən orqanın təqsiri üzərindən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, yeni məlumat vərəqi 23.12.2020-ci il tarixdə idarəyə daxil olmuş və əmək pensiya məbləğinin keçmiş dövrü ilə bağlı hissəsi qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-5128/2021 saylı iş) 4 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 21.08.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X1 və X7, 2-1(103)-2046/2021 saylı iş) 10 sentyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 4 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2017-ci il 1 iyul tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Həmin müraciət isə öz mahiyyətinə görə bilavasitə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkibi hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən Dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır. iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir.

11. Cavabdeh 27 sentyabr 2021-ci il tarixdə qərarın surətini almış, 12 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

12. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidm əti tərəfindən 10.10.2016-cı il tarixdə daxil olmuş “məlumat vərəqi”nə əsasən sonuncu tutduğu vəzifəyə uyğun olaraq 36 il, 09 ay, 29 gün cəmi iş stajına əsasən 21.08.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

13. Adı çəkilən orqan tərəfindən yenidən “məlumat vərəqi”nə düzəliş edilərək 23.12.2020-ci il tarixdə idarəyə daxil olmuş və əmək pensiya məbləğinin keçmiş dövrü ilə bağlı hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7 maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. 14. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmi ş müddətlərə təyin edilir”.

15. Həmçinin “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”.

16. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiya ödənilmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi ilə bağlı geriyə olan müddət 01.07.2017-ci il tarixdən sonrakı müraciətdən əvvələ ən çoxu 3 il üçün müəyyən edilmiş və qərar verilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi bunu nəzərə almayaraq iddiaçıya ödənilmiş vəsaitin ona yenidən ödənilməsi barədə qərar qəbul etməklə yuxarıda qeyd etdiyimiz normativ-hüquqi aktları pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

20. Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.5. təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; (-). Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (-). 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (-). Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə

37. Əmək pensiyasının və əm ək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-). 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

22. İnzib ati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya ş ikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddia tələbi 21.08.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədədir.

27. Cavabdeh ona daxil olmuş 27 sentyabr 2016-cı il tarixli məlumat vərəqi əsasında 14 oktyabr 2016-cı il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin etmişdir.

28. İddiaçı ona təyin edilmiş p ensiyanın düzgün müəyyən edilmədiyini bildirib 2017-ci ilin əvvəllərində bu barədə məlumat vərəqini göndərən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra Dövlət Sərhəd Xidməti) müraciət etmişdir.

29. Dövlət Sərhəd Xidməti iddiaçıya ünvanlanmış 04.04.2017-ci il tarixli məktubunda bildirmişdir ki, ərizəyə aidiyyəti üzrə baxılmış, qeyd olunan məsələ ilə əlaqədar nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarında zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanının rəis və sıravi heyətinə mənsub şəxslərə vəzifəyə təyin olunduğu gündən uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir. Məlumat üçün bildirilmişdir ki, 13 fevral 1993-cü il tarixdən 21 iyun 1994- cü il tarixədək iddiaçı BABKM-də kursant olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarını nəzərə alaraq həmin dövrün ona güzəştli xidmət ili kimi hesablanması qanunauyğun deyildir.

30. Bundan sonra iddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı iddia ilə məhkəməyə müraciət etmiş, yekunda Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2763/2019 saylı 18.12.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qərarından görünür ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(82)-2130/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya 13.02.1993-cü il tarixdən 22.02.1993-cü il tarixə qədər döyüş bölgəsində olduğu dövr onun güzəştli xidmət illərinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

31. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2763/2019 saylı 18.12.2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra Dövlət Sərhəd Xidməti qərarı icra edərək yeni məlumat vərəqini cavabdehə göndərmiş, cavabdeh ona daxil olmuş yeni məlumat vərəqi əsasında iddiaçının pensiyasını yenidən hesablayıb ödəməyə başlamış, əvvəlki dövrlər üzrə üç il (1 yanvar 2018-ci ildən 1 yanvar 2021-ci ilədək) müddət üçün pensiya fərqi hesablanıb ödənilmiş, lakin iddiaçıya pensiya təyin edilən 21.08.2016-cı il tarixdən başlayaraq 01.01.2018-ci il tarixədək ödəmə etməmişdir.

32. Cavabdehin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığ ı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən iddiaçıya müraciətdən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablana bilməz. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdu r ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.

34. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslər ə münasibətdə də tətbiq edilməlidir.

35. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

36. Cavabdeh iddiaçının əmək pensiyası hüququnun pensiyanın son üç ilə görə ödənildiyini təsdiq edir. Eyni zamanda, hesab edir ki, təyin edilmiş pensiyanın son üç ildən əvvəlki dövr üçün ödənilməsi normaların tələbinə ziddir. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

38. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən döv r üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.

39. Lakin hazırkı işlər üzrə kasasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir”.

40. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarının işığında işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün də həmin tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Bu halı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanlanmış 04.04.2017-ci il tarixli 10/342 saylı məktubu təsdiq edir. İddiaçı həmin cavabla razılaşmayaraq inzibati qaydada məhkəmə mübahisəsi açmış, yekunda məqsədinə nail olmuşdur.

41. Mübahisə doğurmur ki, iddiaçı ona əmək pensiyası təyin edilməsi məqsədi ilə təminat xərcliyi barədə yeni məlumat vərəqinin verilməsi üçün xidmət etdiyi orqanın müvafiq qurumuna 2017-ci il 1 iyul tarixdən əvvəl müraciət etmiş, onun müraciəti təmin olunmadığından həmin orqana qarşı məhkəmədə iddia qaldırmış, məhkəmənin qərarı ilə iddia təmin edilmişdir.

42. Beləliklə, iddiaçı məlumat vərəqinin düzgün verilməməsi barədə 2017-ci il 1 iyul tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Həmin müraciət isə öz mahiyyətinə görə bilavasitə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkibi hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır.

43. Odur ki, 21.08.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.

44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 v ə 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2046/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar