Məhkəmə qərarları › İş №2-1(102)-227/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-227/2017

31.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-227/2017 31.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-227/2017) Bakı şəhəri 31 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, İddiaçı MMC-nin vəkili X5, cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə (bundan sonra cavabd eh) qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi-bundan sonra üçüncü şəxslər) “yerli ödəniş borcunun ödənilməsi barədə 24.11.2015-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1768/16 saylı, 25 avqust 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 31 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri İH başçısının 10 noyabr 1994-cü il tarixli sərəncamı ilə iddiaçıya avtomobil dayanacağının təşkili üçün 07 dekabr 1994-cü il tarixli ayrıc aktına əsasən ünvan 1 ünvanında 0,45 ha torpaq sahəsi ayrılmış və iddiaçı həmin torpaq sahəsində avto mobil dayanacağı fəaliyyəti ilə məşğul olmuşdur və bu işin mübahisələndirilməyən hallarını təşkil edir. Cavabdeh 20 oktyabr 2015-ci il tarixli akta əsasən qəbul etdiyi “Yerli ödənişin ödənilməsi barədə” 24 noyabr 2015-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyətə yerli ödənişə görə 10483,2 manat borc hesablamışdır. Həmin qərarda sözügedən borc məbləği onunla əsaslandırılmışdır ki, Nizami rayon İH MKTB-nin 88 saylı MİS-in və cavabdehin əməkdaşlarının iştirakı ilə 12-16 oktyabr 2015-ci il tarixlərdə iddiaçının ünvan 2 ünvanında yerləşən ixtisaslaşdırılmış avtomobil dayanacağında apardıqları müşahidələr nəticəsində orta hesabla 96 avtomobil dayandığı müəyyən edilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cəmiyyətə 2013, 2014, 2015-ci illərin hər biri üçün 3494,4 manat hesabı ilə cəmi 10483,2 manat borc hesablanmışdır. İddiaçı 11 yanvar 2016-cı il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçının 2013-2015-ci illər üzrə avtomobillərin dayanacaqları üçün yaranmış 10483,2 manat yerli ödəniş borcunun ödənilməsi barədə 24.11.2015-ci il tarixli qərarının ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, ünvan 3 ünvanında yerləşən avtomobil dayanacağı üçün 20132015-ci illərdə hər il üçün 3.494,4 manatdan, cəmi 10.483,2 manat borc hesablanması barədə 24.11.2015-ci il tarixli qərar əsassızdır. Birincisi, iddiaçıya məxsus dayanacaq ixtisaslaşdırılmış yox, müvəqqəti dayanacaqdır. Digər tərəfdən, torpaq sahəsi cavabdehin deyil, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ay rılmışdır. Dayanacaq üçün ayrılmış sahə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 23.02.2005-ci il tarixli məktubuna əsasən Bakı şəhər İH-nin 26.09.2000-ci il tarixli 911 №-li sərəncamı ilə cavabdehə təhvil verilmiş torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. Bələdiyyə qərar qəbul edilərkən səlahiyyətlərindən kənara çıxmış, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.1-5.11-ci bəndlərinin tələblərinə riayət etməmişdir. Əsasnamənin 5.10-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi qərarın məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Cavabdeh “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq qərarını təsdiqlənməsi üçün Ədliyyə Nazi rliyinə göndərməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-811/2016 saylı iş) 07 aprel 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdehin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlmir, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətlədirilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 aprel 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X7 və X9, 2-1(103)-1768/16 saylı iş) 25 avqust 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 11 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin Məcəllənin 54.2-cü maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Lakin, nə iş materialların da olan sənədlərdən, nə də ki, məhkəmənin qərarından iddiaçının İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsində göstərildiyi kimi verdiyi iddianın əsasını dəyişdirməsi görsənmir. Belə olan halda məhkəmənin digər əsasla, yəni iddiaçının göstərmədiyi əsasla inzibati orqanın qərarını ləğv etməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Birinci instansiya məhkəməsinin qərarından açıq aydın görünür ki, məhkəmə iddiaçının bələdiyyəyə vergi ödəməli olduğunu göstərmişdir. İnzibati Prosessual Məcəllənin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən iddiaçının pul mə bləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. Cavabdeh Məcəllənin bu tələbindən çıxış edərək, hesab edir ki, məhkəmə İnzibati Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə inzibati orqanın verginin hansı qaydada hesabladığının bəlli olmadığını qeyd etmişdir. Belə olan halda məhkəmə İnzibati Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələblərini rəhbər tutaraq həmin məbləğin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etməli və ekspertin rəyindən asılı olaraq həmin Məcəllənin 70.2-ci maddəsinin tələblərin i rəhbər tutaraq vergi borcunun məbləğinin dəyişdirilməsi barədə qərar çıxarmalı idi. tərəflərin izahatları: Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına məktub göndərərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə nazirliyin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, iddiaya ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxslər məh kəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı ona yerli vergi hesablanması barədə cavabdehin 2015-ci ilin noyabrın 24də qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarına görə cavabdeh 20 oktyabr 2015-ci il tarixli akta əsasən qəbul etdiyi “Yerli ödənişin ödənilməsi barədə” 24 noyabr 2015-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyətə yerli ödənişə görə 10483,2 manat məbləğində borc hesablamışdır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7.1.6-cı maddəsinə əsasən avtomobil dayanacaqlarından nəzərdə tutulan ödəniş yerli (bələdiyyə) büdcəsin in tərkib hissəsi sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən bələdiyyə ərazilərində fiziki və hüquqi şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş yerli ödənişə aiddir. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyy ələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sə nədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Məcəllənin qeyd edilən müddəalarının mənasından göründüyü kimi, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda (habelə vergi ödəyicisinin vergitutma obyektini hər hansı səbəblərdən müəyyən etmək mümkün olmadıqda da) əlaqəli məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin qeyd olunan 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məq sədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: Həmin Məcəllənin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 50-1.6-cı maddəsinə əsasən xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Məcəllənin qeyd olunan normalarından görünür ki, müşahidə ilə aparılan vergi yoxlamaları 15 gündən çox olmamaqla, xronometraj yoxlamalar vasitəsilə həyata keçirilir ki, bu zaman müəyyən edilən göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir, müşahidənin son nəticəsi isə müşahidə ilə müəyyən edilən göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilərək bu barədə də akt tərtib olunur. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, vergi qanunvericiliyinin qeyd olunan tələbləri cavabdeh tərəfindən iddiaçıya yerli vergilər hesablanarkən gözlənilməmiş, 12, 13, 14, 15, 16 oktyabr 2015-ci il tarixlərdə apardığı müşahidələrin göstəriciləri hər günün sonunda aktla rəsmiləşdirilməmiş, sonuncu gündən də 4 gün keçdikdən sonr a 20 oktyabr 2015-ci il tarixdə ümumi akt tərtib etməklə iddiaçıya məxsus avtomobil dayanacağındakı avtomaşınların orta sayını müəyyən etmişdir. Belə olan halda, cavabdehin vergi qanunvericiliyinin müəyyən etdiyi qaydalara uyğun olmayan, iddiaçıya vergilərin hesablanmasını nəzərdə tutan qərarı əsaslı hesab oluna bilməz. Digər tərəfdən, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5-ci hissəsinin-5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi ta rix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir; - 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər; -5.5-ci bəndinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır; 5.6-cı bəndinə əsasən Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır, yaxud belə qərarın çıxarılmasından imtina edir; 5.7-bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir; 5.8-ci bəndinə əsasən bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir; 5.9-cu bəndinə əsasən ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qəra rının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. Əsasnamənin qeyd olunan normalarından irəli gələn tələblərə də cavabdeh tərəfindən riayət olunmadığı müəyyən edilmişdir. Əsasnamənin 5-ci hissəsinin 5.10-cu bəndinin tələbində qeyd olunur ki, bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Cavabdeh qərarında qiymətləndirməni məhz 0,1 manatdan götürülməklə, hesablama aparılmasını da əsaslandırmamışır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1.5-ci maddəsində hər nəqliyyat vasitəsi üçün heç də imperativ olaraq 0,1 manatdan deyil, 0,1 manatdan çox olmamaqla, müəyyən edilmişdir. Cavabdehin qərarında iddiaçıya hesablanmış yerli ödənişin qanunauyğun qaydada müvafiq əsaslandırması mövcud deyil. Həm yoxlama aktında, həm də həmin akt əsasında qəbul etdiyi qərarında vergi qanunvericiliyinin pozulmasının şəraitini təsdiq edən mötəbər sənədlər və digər əlaqəli məlumatlar, işin faktiki və hüquqi halları ilə təsdiq və ya rədd olunan sübutlar öz müfəssəl göstəriciləri və dəqiqliyi ilə təsbit olunmamış, hesablanmış yerli ödəniş əsaslandırılmamış, qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəalarına əməl etməmişdir. Cavabdeh mübahisə olunan inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 21.1 və 21.2-ci maddələrinin tələblərini pozaraq inzibati icraat barədə iddiaçıya məlumat verməyərək onun işti rakını təmin etməmiş, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında ona məlumat verməmiş, mülahizələrini dinləməmişdir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 16-cı maddəsinin 1-ci bəndinin sonuncu abzasında qeyd edilir ki, bələdiyyənin iclasları bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Qanunun 16-cı maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarına baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 16-cı maddəsinin 6-cı bəndində isə qeyd edilir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Bundan başqa, “İnzibati icraa t haqqında” Qanunun “kollegial inzibati orqanda inzibati icraat qaydası” adlanan V fəsildə qeyd edilir ki: -Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir (55.2-ci maddə); -Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul olunur (55.3-cü maddə); -İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır (56.2-ci maddə). Cavabdehin qəbul etdiyi 24 noyabr 2015-ci il tarixli 16 saylı qərardan görünür ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri gözlənilməmiş, iclasda iştirak edən bələdiyyə üzvləri, kvorum olması qey d edilməmiş, qərar təkbaşına qəbul edilərək imzalanmışdır. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İddiaçının mübahisə açdığı 24 noyabr 2015-ci il tarixli qərarın qanuna zidd olması və iddiaçının hüquqlarının pozulması müəyyən edildiyindən, haqlı olaraq onun ləğvi barədə tələb təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozun tusuna yol verməmişdir. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1768/16 saylı, 25 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar