Məhkəmə qərarları › İş №2-1(102)-227/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-227/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-227/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələb inə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)2580/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 30.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Səbail rayon İcra Hakimiyyəti Başçısının **** saylı, 28 iyul 1994-cü il tarixli Sərəncamı ilə Ünvan 1200 kv.m torpaq sahəsindən ibarət mövcud bağ sahəsi Iddiaçı adına sənədləşdirilmiş və orada fərdi ev tikintisi üçün ona icazə verilmişdir. Bakı şəhəri Səbail rayon İcra Başçısının Badamdar qəsəbə nümayəndəsinin 01 avqust 2014-cü il tarixli, 39 saylı sənədlə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. İddiaçı həmin sənədləri təqdim etməklə Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək sözügedən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə 20.08.2016-cı il tarixli, ******* nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanunsuz hesab edən AbdulbağıyevKamil Məhbub oğlu məhkəməyə müraciət edərək Ünvan 1200 kv.m torpaq sahəsinin hüquqi qeydiyyatının X adına rəsmiləşdirilib bu bar ədə müvafiq çıxarışın verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/2016 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarı (hakim – M.S.Bayramov) ilə iddia təmin edilmiş, Ünvan 1200 kv.m torpaq sahəsinin hüquqi qeydiyyatının Iddiaçı adına rəsmiləşdirilib bu barədə müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/2016 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 529/2017 saylı, 17 mart 2017-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.Q.Hüseynov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/2016 3 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 529/2017 saylı, 17 mart 2017-ci il tarixli qərarından X kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102 )1281/2017 saylı, 12 iyul 2017-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.A.Dadaşov, hakimlər – K.N.Bədəlov və A.S.Hüseynov) ilə Iddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 mart 2017-ci il tarixli, 2-1(103)-529/2017 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2338/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və M.A.Məmmədov) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2338/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 noyabr 2017-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)371/2018 saylı, 20.02.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2338/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)4252/2016 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarının icrası məqsədilə 11.05.2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. 30.04.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı vəsatətlə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 1 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2452/2016 saylı iş üzrə 28.08.2018-ci il tarixli qərardadı ilə ərizə və vəsatət təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2452/2016 saylı iş üzrə 28.08.2018-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2580/2018 saylı, 16.10.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2452/2016 saylı iş üzrə 28.08.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı işin məhkəmə araşdırması zamanı da cavabdehin iddiaya etirazının, apellyasiya və kassasiya şikayətlərinin mahiyyəti etibarı ilə ərizədə göstərilənlərlə eyni olmuş, həmin dəlillərə yuxarı məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/2016 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarı (iddianın təmin edilməsinə dair) qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2580/2018 saylı, 16.10.2018-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti v ermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, müvafiq torpaq sahəsi Badamdar şossesindən 20 metr aralı məsafədə yerləşir. Bundan başqa müvafiq torpaq sahəsinə dair verilmiş Səbail rayon İcra Hakimiyyətinin sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bununla bağlı cavabdeh tərəfindən Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, lakin həmin sorğu cavablandırılmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən məlum olmuşdur ki müvafiq torpaq sahəsi ilə bağlı digər fiziki şəxslər tərəfindən də müraciət olunmuşdur. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-96-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68- ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 23-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2580/2018 saylı, 16.10.2018-ci il tarixli qərardadının ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı vəsatətin təmin edilməsini, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4252/2016 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə tərəfindən ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq Iddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılamasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2580/2018 saylı, 16.10.2018-ci il tarixli qərardadının ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı vəsatətin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/2016 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə tərəfindən ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq Iddiaçı iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2580/2018 saylı, 16.10.2018-ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci m addələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməs i haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı ərizəsini belə əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, müvafiq torpaq sahəsi Badamdar şossesindən 20 metr aralı məsafədə yerləşir. Bundan başqa müvafiq torpaq sahəsinə dair verilmiş Səbail rayon İcra Hakimiyyətinin sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bununla bağlı cavabdeh tərəfindən Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, lakin həmin sorğu cavablandırılmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən məlum olmuşdur ki müvafiq torpaq sahəsi ilə bağlı digər fiziki şəxslər tərəf indən də müraciət olunmuşdur. Kassatorun qeyd etdiyi bu hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, hazırkı işin məhkəmə araşdırması zamanı da cavabdehin iddiaya etirazının, apellyasiya və kassasiya şikayətlərinin mahiyyəti etibarı ilə ərizədə göstərilənlərlə eyni olmuş, həmin dəlillərə yuxarı məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/2016 saylı iş üzrə 10 noyabr 2016-cı il tarixli qərarı (iddianın təmin edilməsinə dair) qüvvədə saxlanılmışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, yeni açılmış hallarla bağlı ərizə və icranın dayandırılması barədə vəsatət əsaslandırılmamışdır. Başqa sözlə, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin tələbinə əsasən yeni sübutların və ya halların aşkar olunduğunu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığına dair sübutlar məhkəməyə təqdim etməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkə mə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2580/2018 saylı, 16.10.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar