Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2270/2019 04.09.2019 ALİ MƏHKƏMƏ X12, X5, İddiaçı3 Cavabdehnə qarşı (üçüncü şəxs: X17) iş üzrə Açar sözlər: sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X6 vəkili X4, üçüncü şəxs X17 və vəkili X13 iştirakı ilə İddiaçılar X12, X5 və İddiaçı3 cavabdeh Zərdab Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X17) qarşı “Cavabdeh başçısının 02 dekabr 2011-ci il tarixli 123 nömrəli sərəncamının və onun əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 21(1 07)-165/2019 nömrəli qərarından iddiaçı X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh Başçısının 10.07.2002-ci il tarixli 48 nömrəli sərəncamı ilə Zərdab rayon Bəyimli qəsəbəsi və Qaravəlli kəndində müvəqqəti məskunlaşan Kəlbəcər rayon sakinləri X5, X14, İddiaçı3 və qeyrilərinin ərizələri nəzərə alınaraq rayonun Bəyimli inzibati ərazi vahidliyində yerləşən dövlət mülkiyyətində olan torpaqlardan 3 il müddətinə icarə müqaviləsi əsasında istifadə üçün məcburi köçkünlər D.X.10 ha, V.X.10 ha, İddiaçı3 10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması, habelə təyinatından kənar istifadə edilməsi qadağan edilmiş, ve rilmiş torpaqlardan istifadə hüququna dair müvafiq sənədlərin hazırlanması DTXK-ın Zərdab rayon şöbəsinə tapşırılmışdır. Cavabdeh Başçısının 08.11.2013-cü il tarixli 121a nömrəli sərəncamı ilə Cavabdeh Başçısının 10.07.2002-ci il tarixli 48 nömrəli sərəncamı ləğv edilmişdir. Bundan sonra, Cavabdeh Başçısının 25.10.2016-cı il tarixli 102 nömrəli sərəncamı ilə iddiaçı X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 30 ha, heyvandarlığın inkişafı üçün 43 ha, cəmi 73 ha torpaq sahəsi ayrılmış və DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə yerquruluşu və torpaqayırma sənədlərinə uyğun olaraq yerdə (naturada) torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin iddiaçı X8 verilməsinin təmin edilməsi tapşırılmışdır. Bundan başqa, Cavabdeh başçısının 02 dekabr 2011-ci il tarixli 123 nömrəli sərənc amı ilə Kəlbəcər rayon sakini və hazırkı iş üzrə üçüncü şəxs X11 ərizəsi nəzərə alınmaqla Zərdab rayon Bəyimli qəsəbəsi ərazisindən heyvandarlığın inkişafı üçün 80 ha, əkinçiliyin inkişafı üçün 20 ha olmaqla, cəmi 100 ha torpaq sahəsi sonuncuya ayrılmış, yerdə torpaq sahəsinin sərhədlərini ayırmaqla müvafiq sənədlərin H.Ə. verilməsi DTXK-ın Zərdab rayon şöbəsinə, icarəyə ayrılmış torpaq sahəsindən qanunvericiliyin tələblərinə uyğun istifadə etməsi H.Ə. tapşırılmış, torpaq sahəsinin planı və ölçüsünə dair sənəd əladə etdikdən sonra istifadəyə icazə verilməsi qərara alınmışdır. Həmin tarixdə tərəflər arasında torpaq icarəsi haqqında müqavilə bağlanmış, müqavilə tərəflərin imzaları, Cavabdeh möhürü ilə təsdiq edilmiş, DTXK-ın Zərdab rayon şöbəsi Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən X25 Kəlbəcər rayonu Soyuqbulaq kənd sakini H.Ə. kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 100 ha torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edərək 13.12.2012-ci il tarixli 85 nömrəli rəy və arayış vermişdir. DTXK-ın Zərdab rayon şöbəsi tərəfindən həmin 100 ha torpaq sahəsinin yerquruluşu planı hazırlanmış, DTXK-ın Zərdab rayon şöbəsinin məsləhətçisi, müdiri və Zərdab rayon İHB-ın imzaları və möhürlərlə təsdiq edilmiş, H.Ə. adına A seriyalı 516360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq X28 kitabında 22.09.2014-cü il tarixdə 775 nömrə ilə uçota alınmışdır. İddiaçılar X12, X5 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs: X17) qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 02.12.2011ci il tarixli 123 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh isə onlara məlumat vermədən 10.07.2002-ci ildə onların istifadəsinə verilən torpaq sahəsini 02 dekabr 2011-ci il tarixli 123 nömrəli sərəncamla üçüncü şəxs X15 vermişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1597/2018 saylı 21 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçılar X12, X5 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs: X17) qarşı Cavabdeh Başçısının 02.12.2011-ci il tarixli 123 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qərardan narazı qalan iddiaçılar X12, X5 və İddiaçı3 tərəfindən apelyasiya şikayəti verilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(84)-1597/2018 saylı 21 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2-1(107)-165/2019 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1597/2018 saylı 21 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçılar iddia tələbinin hüquqi əsası olaraq Zərdab Rayon İHB-nın 10.07.2002-ci il tarixli sərəncamı ilə ümumilikdə 70 ha torpaq sahəsinin icarələrinə verilməsinə, həmin torpaq sahəsi hazırkı vaxtadək onların istifadələrində olmasına, cavabdeh orqanın həmin müqaviləni pozmadan və onlara məlumat vermədən istifadələrində olan torpaq sah əsinin 40 ha hissəsi də daxil olmaqla ümumilikdə 100 ha torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə istinad etsə də, bu hal iş materialları ilə sübuta yetməmiş, mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin iddiaçılara icarəyə verilmiş torpaq sahəsinin eyni olması işin faktiki halları ilə təkzib olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2-1(107)-165/2019 nömrəli qərarından iddiaçı X23 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qanunvericiliyi düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə işin hallarını təhrif etmiş, iddia tələbində olan və işin f aktiki halları ilə mübahisə edilməyən halları kənara qoyaraq şəxsi mülahizələrinə əsaslanmaqla əslində öz gəldiyi nəticə ilə özünü təkzib etmişdir. İşə baxan məhkəmələr tərəfindən işin halları ümumiyyətlə araşdırılmamış və məhkəmələrin mövqeyinə görə üçünçü şəxsə verilən torpaq sahəsi iddiaçı kimi onun sahibliyində olan torpaq sahəsi deyil. Halbuki, Zərdab Rayon İHB-nın 10.07.2002-ci il tarixli sərəncamı ilə 40 ha torpaq sahəsi onların icarələrinə verilmiş, həmin torpaq sahəsi onların istifadələrində olmuş, lakin cavabdeh orqan onlara məlumat vermədən istifadələrində olan torpaq sahəsinin 40 ha hissəsi də daxil olmaqla ümumilikdə 100 ha torpaq sahəsini üçüncü şəxsin icarəsinə vermişdir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 14.1 və 15.1-ci maddələrinə, Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli qərarı ilə təsdiqlənən “Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının” 13-cü bəndinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2-1(107)-165/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Daha sonra kassatorun vəkili kassasiya şikayətində formal xətanın aradan qaldırılmasına dair ərizə təqdim edərək kassasiya şikayətinin təmin edilməsi və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabde hin vəkili məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 vəkili X2 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2-1(107)-165/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X17 və vəkili X7 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2-1(107)165/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X3 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2-1(107)-165/2019 nömrəli qərarı ilə gəldiyi yu xarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Cavabdeh Başçısının 10.07.2002-ci il tarixli 48 nömrəli sərəncamı ilə Ünvan1 müvəqqəti məskunlaşan Kəlbəcər rayon sakinləri X5, X14, İddiaçı3 və qeyrilərinin ərizələri nəzərə alınaraq rayonun Bəyimli inzibati ərazi vahidliyində yerləşən dövlət mülkiyyətində olan torpaqlardan 3 il müddətinə icarə müqaviləsi əsasında istifadə üçün məcburi köçkünlər D.X. 10 ha, V.X. 10 ha, İddiaçı3 10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması, habelə təyinatından kənar istifadə edilməsi qadağan edilmiş, verilmiş torpaqlardan istifadə hüququna dair müvafiq sənədlərin hazırlanması DTXK-ın Zərdab rayon şöbəsinə tapşırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə görə, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə görə, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 5-ci bəndinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluş u işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6-cı bəndinə görə, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7-ci bəndində göstərilir ki, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 9-cu bəndinə əsasən, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin: 1-ci bəndində qeyd e dilir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2-ci bəndində qeyd edilir ki, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) q anunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Halbuki hazırkı iş üzrə kimi, sözügedən torpaq sahəsi iddiaçılara qanunvericiliyin tələblərinə uyğun olaraq təhkim edilməmiş, torpaqğa dair icarə müqaviləsi bağlanmamış, torpaq üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış, torpaq sahələrinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməmiş, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi proseduru həyata keçirilməmiş, beləliklə də mübahisə olunan torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Habelə, Cavabdeh başçısının 10.07.2002-ci i l tarixli 48 nömrəli sərəncamı Cavabdeh Başçısının 08 noyabr 2013-cü il tarixli 121a nömrəli sərəncamı ilə ləğv edilmiş, sonuncu sərəncam hazırkı vaxtadək iddiaçılar tərəfindən mübahisələndirməmişdir və hazırda qüvvədədir. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılar iddia tələbinin hüquqi əsası olaraq Zərdab Rayon İHB-nın 10.07.2002-ci il tarixli sərəncamı ilə ümumilikdə 70 ha torpaq sahəsinin icarələrinə verilməsinə, həmin torpaq sahəsi hazırkı vaxtadək onların istifadələrində olmasına, cavabdeh orqanın həmin müqaviləni pozmadan və onla ra məlumat vermədən istifadələrində olan torpaq sahəsinin 40 ha hissəsi də daxil olmaqla ümumilikdə 100 ha torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə istinad etsə də, bu hal iş materialları ilə sübuta yetməmiş, mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin iddiaçılara icarəyə verilmiş torpaq sahəsinin eyni olması işin faktiki halları ilə təkzib olunmuşdur. Göründüyü kimi, cavabdeh orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı tərəf bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddianın və kassasiya şikayətinin əsasını təşkil edən dəlillər məhkəmə kollegiyasının araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X12 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2-1(107)-165/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2270/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2270/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver