Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2270/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (qərarın ləğv edilməsi və artıq ödənilmiş verginin geri qaytarılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və artıq ödənilmiş verginin geri qaytarılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın 13 avqust 2020-ci il tarixli 2-1(103)-1428/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı İddiaçı MMC-yə hesablanmış 5.751,14 manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. 2. 21.05.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi və artıq ödənilmiş 8512.60 manat verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin il tarixli, 2-1(112)-858/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abiyev) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəlləsinin 32.1, 35.1, 38.1-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarına, “İnzibati icraat haqqında” Qanunun 62.1, 62.2-ci maddələrinə əsaslanmaqla qeyd etmişdir ki, iddiaçı iddia vermək müddətini ötürmüşdür, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir.
5. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə:
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx il tarixli, 2-1(103)-1428/20 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Həmid Həmidov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin il tarixli qərardadının ləğv edilməsi, işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarına əsaslanmaqla hesab etmişdir ki, hazırkı iddianın mümkünlüyü yoxlanılarkən ilkin olaraq verilmiş iddia tələbinin əsası ilə sonradan verilmiş iddia tələbinin əsasının eynilik təşkil etməsi, inzibati məhkəmələrin yardım etmək vəzifəsinin olması diqqətdə saxlanılmaqla yalnız bundan sonra iddia tələblərinin hər ikisinin mümkünlük şərtlərinə hüquqi qiymət verilməlidir. Kasasiya şikayətinin dəlilləri:
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürüldüyündən iddianın mümkünlüyü barədə tələblərə əməl edilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi yuxarıda qeyd edilən qərar “Elektron sənəd mübadiləsi haqqında” 27.08.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 29.11.2019-cu il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş, 30.11.2019-cu il tarixdə isə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir. Buna baxmayaraq vergi ödəyicisi qərarın ona təqdim olunmasından 1 ildən çox müddət keçdikdən sonra iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” 24 may 2013-cü il tarixli müqavilənin 4.1.7-ci maddəsinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. İddianın ikinci hissəsinə, yəni, artıq ödənilmiş vergilərin müəssisəyə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi məsələsi nə gəldikdə isə iddianın ilk hissəsi ilə əlaqəli olduğundan həmin hissənin təmin olub-olunmamasından asılıdır. Nəzərə alınsa ki, iddiaçının artıq ödəməsinin yaranması üçün mübahisələndirilən qərarın ləğv edilməsi tələb olunur, lakin iddiaçı həmin qərarın mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. Digər tərəfdən hətta mübahisələndirilən qərar məhkəmə qaydasında ləğv olunduğu təqdirdə belə, yaranmış artıq ödəmənin qaytarılması ilə bağlı rəyin təqdim edilməsi üçün əvvəlcə vergi orqanına müraciət edilməlidir. Belə ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci tarixli Qərarının 3.1-ci bəndində vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, müraciət etməli olduğu qeyd edilmişdir. Vergi ödəyicisi şəxsi hesab vərəqəsində artıq ödəməsi mövcud olduğu təqdirdə həmin artıq ödəmənin qaytarılması məqsədilə vergi orqanında yuxarıda qeyd edilən Qaydaların tələbi ilə müəyyən edilmiş forma üzrə müraciət etməlidir. Vergi orqanı sözügedən forma üzrə müraciəti qiymətləndirib ya artıq ödəmənin qaytarılması barədə rəy tərtib etməli, ya da müvafiq artıq ödəmənin qaytarılmasından imtina olunması barədə nəticəyə gəlməlidir. Odur ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində hal-hazırda artıq ödəmənin mövcud olmadığını, bu səbəbdən də vergi ödəyicisinin artıq ödə mənin qaytarılması barədə rəy verilməsi məqsədilə vergi orqanına müraciəti olmadığını nəzərə alaraq iddianın artıq ödəmənin qaytarılması hissəsində də mümkünlük barədə tələblərə cavab vermədiyi bir daha aydın olur.
9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx il tarixli, 2-1(103)-1428/20 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
11. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəm ə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 12 notyabr 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübah isəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
14. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 №-li 28.11.2019-cu il tarixli qərar 29.11.2019-cu il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və həmin qərar iddiaçı tərəfindən 30.11.2019-cu il tarixdə oxunmuşdur. İddiaçı ilkin olaraq iddia ərizəsi ilə 09.12.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cəmiyyətə hesablanmış 5.751,14 manat vergi borcunun s ilinməsini və artıq ödənilmiş verginin qaytarılmasını xahiş etmişdir. Sonradan 21.05.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisələndirilən qərarın ləğv edilməsini və artıq ödənilmiş verginin geri qaytarılması barədə rəyin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası xatırlatmağı lazım bilir ki, istənilən inzibati mübahisənin həlli zamanı iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün məhkəmələr tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 13, 58.7, 68.2-ci maddələrinin tətbiq edilməsi müddəalarının tətbiq edilməsi son dərəcə böyük əhəmiyyət kəsb edir.
16. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri il ə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir.
19. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilkin olaraq iddiaçı iddia ərizəsi ilə 09.12.2019-cu il tarixdə məhkəməyə müraciət edərkən vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılmasını xahiş etmiş olsa belə, iddiaçı iddia ərizəsində sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mübahisələndirdiyi 29.11.2019-cu il tarixli qərara istinad etmiş və ona hesablanmış 5751,14 manat borcun silinməsini və artıq ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi, iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə və iş materiallarından da görünür ki, iddiaçının narazılığı məhz 29.11.2019-cu il tarixli qərardan olmuşdur.
21. Belə olan halda apelyasiya instansiyası məhkməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iddianın mümkünlüyü yoxlanılarkən ilkin olaraq verilmiş iddia tələbinin əsası ilə sonradan verilmiş iddia tələbinin əsasının eynilik təşkil etməsi, inzibati məhkəmələrin yardım etmək vəzifəsinin olması diqqətdə saxlanılmaqla yalnız bundan sonra iddia tələblərinin hər ikisinin mümkünlük şərtlərinə hüquqi qiymət verilməlidir. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbəd ə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatı n bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
23. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 21(103)-1428/19 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.