Məhkəmə qərarları › İş №2-1(102)-2270/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2270/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2270/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N1(103)-170N/N0NN nömrəli, 19 avqust N0NN-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və N001ci ildə həmin təhsil müəssisəsini “Suüstü gəmilərin radiotexniki və rabitə vasitələri” ixtisası üzrə bitirmişdir. O, N001-N00N-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Hidroqrafiya gəmiləri divizonunun rabitə və radiotexniki vasitələr üzrə mütəxəssisi, N00NN006-cı illərdə həmin hərbi hissənin Müşahidə rayonu komandirinin texnika üzrə müavini, N006-N007-ci illərdə N saylı hərbi hissənin Sex rəisinin müavini, N007-N014-cü illərdə hərbi hissənin “XN”nin zabiti (hidroakustika üzrə), N014-cü ilin fevral ayından iyul ayınadək həmin şöbənin rəisinin hidroakustika üzrə baş köməkçisi, N014-cü ilin iyul ayından adıçəkilən şöbənin rəisi vəzifələrində xidmət etmişdir. İkinci dərəcəli kapitan rütbəsi daşıyır.

2. İddiaçı barəsində N nömrəli hərbi hissə komandiri N avqust N-ci il tarixli təqdimat vermişdir. Həmin təqdimatda qeyd olunmuşdur ki, iddiaçı müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır, rəhbər sənədlərlə işləmək bacarığı zəifdir, edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir, kollektivdə və yoldaşları arasında az hörmətə malikdir, hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şə raitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir, təşəbbüskardır, vətənpərvərdir, dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.

3. Həmin təqdimat əsasında cavabdeh “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə müvafiq olaraq iddiaçının işgüzar keyfiyyətləri nəzərə alınaraq onun iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust N-ci il tarixli 06N5 nömrəli əmr vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 avqust N-ci il tarixli 06N5 nömrəli əmrinin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışd ır ki, cavabdehin 15 avqust N-ci il tarixli 06N5 nömrəli əmri müvafiq hissədə qanuna ziddir və onun hüquqlarını pozmuşdur. Belə ki, uzun müddət xidmət dövründə şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. Fəaliyyətində nöqsan olmamış, lakin N-ci ilin avqust ayında o, hərbi hissə rəhbərliyi tərəfindən qərəzli və haqsız olaraq aşağı vəzifəyə, daha dəqiq desək tutduğu şöbə rəisi vəzifəsinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Bundan əlavə, o, öz arzusuna görə ehtiyata buraxılma ilə bağlı raport təqdim etsə də, bu raport nə qeydə alınmış, nə də icra olunmuşdur.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin əmr müvafiq hərbi hissə komandirinin təqdimatı əsasında verilmişdir. Təqdimatda İddiaçı aşağı (işgüzar keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan) vəzifəyə təyin edilməsi məqsədəuyğun hesab edilmiş və o, belə xarakterizə olunmuşdur ki, müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmır, rəhbər sənədlərlə işləmək bacarığı zəifdir, edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır, xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir, kollektivdə və yoldaşları arasında az hörmətə malikdir, hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkir, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir, təşəbbüskardır, vətənpərvərdir, dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətd ən safdır. Bundan əlavə, dəfələrlə hərbi hissə komandiri tərəfindən intizam məsuliyyətinə cəlb edilsə də, xidmətində müsbət dönüş yaratmamış, ona göstərilən iradlardan və aparılan söhbətlərdən nəticə çıxarmamışdır. İddiaçı ilə bir neçə dəfə yazılı surətdə söhbətlər aparılmış, söhbət zamanı baş verən hallardan nəticə çıxaracağını və xidmətində dönüş yaratması üçün şans verilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1715/N0N1 nömrəli, 10 fevral N0N1-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi təmin edilmiş, cavabdehin 15 avqust N-ci il tarixli 06N5 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin müvafiq hissədə qəbulunu şərtləndirən hallara dair məhkə mə icraatında heç bir tutarlı sübut və dəlil təqdim etməmişdir. Əmrin verilməsinə əsas kimi təqdim olunan təqdimata gəldikdə isə bu sənəd formal mülahizələrə istinad olunmaqla gəlinən nəticəyə münasibətdə kifayət qədər əsaslandırılmamışdır. Belə ki, təqdimatda onu xarakterizə edən hallar sırasında nöqsan kimi “rəhbər sənədlərlə işləməyi bacarmır”, “edilən tənqidlərdən düzgün nəticə çıxarmır”, "kollektivdə və yoldaşları arasında az hörmətə malikdir”, “hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onun tələbləri əsasında qurmaqda, mürəkkəb şəraitdə düzgün qərar verməkdə çətinlik çəkir” ifadələri əks olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, sadalanan hallar məcmusunda onun xidmət etdiyi sahədə (şöbənin fəaliyyətində) uğursuz nəticələri konkret bildirilməmişdir. Bundan başqa, ölçü kriter iyası belə müəyyən olunmayan, sırf mülahizələr üstündə köklənən “kollektiv və yoldaşları arasında az hörmətə malik” xüsusatı xidmətin bütün spesifikaları baxımından subyektiv və qərəzsizliyi az ehtimal olunan fikir təzahürü kimi qiymətləndirilir.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-159N/N0N1 nömrəli, 08 oktyabr N0N1-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1715/N0N1 nömrəli, 10 fevral N0N1-ci il tarixli qərarı dəyişdirilmədən q üvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N-1(10N)35N/N0NN nömrəli, 08 fevral N0NN-ci il tarixli qərarı ilə (hakimlər K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və N.İ.Rəsulbəyova) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)159N/N0N1 nömrəli, 08 oktyabr N0N1-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı məhkəmə araşdırması hərtərəfli aparılmamışdır.

15. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “q” bəndinə əsasən, bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla aşağı vəzifələrə keçirilmə hərbi qulluqçuların xidmət yerinin dəyişilməsinin növlərindən biridir.

16. Həmin Əsasnamənin 86-cı bəndinə əsasən, hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir və attestasiya zaman hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin o byektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir.

17. Qeyd edilən normaların birgə təhlili onu deməyə əsas verir ki, hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, həm də attestasiya zamanı aparılır. Bu baxımdan, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində keçirilmiş sonuncu attestasiyanın nəticələrinə dair sənədləri tələb etməli və onları araşdırmalı idi.

18. Bundan əlavə, iş materiallarında olan, iddiaçıya məxsus Xidməti vərəqədə (iş v.N07-N08) iddiaçıya xx.xx.N-ci il tarixdə və xx.xx.N019-cu ildə “Töhmət” intizam cəzasının tətbiq edildiyi və xx.xx.N-ci il tarixdə xəbərdarlıq edildiyi qe yd olunmuşdır. Başqa sözlə, iddiaçı daha aşağı vəzifəyə keçirilmədən öncə bir neçə dəfə intizam məsuliyyətinə cəlb edilmiş və bunları mübahisələndirməmişdir.

19. Lakin qeyd olunan bu hallar (intizam cəzasının tətbiqinə səbəb olmuş hallar, iddiaçının buna münasibəti, bu halların mübahisələndirilib-mübahisələndirilməməsi) və bu halların iddiaçının işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə təsiri zamanı nəzərə alına bilməsi halı işə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, apellyasiya instansiya məhkəməsi də bu halı nəzərə almamışdır.

20. Hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi və bu qiymətləndirmə nəticəsində tətbiq olunan tədbirlər inzibati orqanın (hazırkı halda cavabdehin) diskresion səlahiyyətlərinə aiddir. Formalaşmış mə hkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müddəaları baxımından mövcud olub-olmadığı işə baxan məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cüm lədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-170N/N0NN nömrəli, 19 avqust N0NN-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, C.V.Hüseyn və M.N.Tağızadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1715/N0N1 nömrəli, 10 fevral N0N1-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar apel lyasiya baxışı zamanı məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddiaçı barəsində keçirilmiş sonuncu attestasiyanın nəticələrinə dair sənədləri tələb etmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xx.xx.N0NN-ci il 1864 nömrəli arayışı təqdim etmişdir. Həmin arayışdan aydın olur ki, ehtiyatda olan N-ci dərəcəli kapitan İddiaçı N019-cu ilin attestasiya nəticələrinə görə 98,14 balla qiymətləndirilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı da cavabdehin nümayəndələri attestasiyanın nəticələri ilə bağlı hər hansı bir mübahisələndirilən halın olmadığını, iddiaçının sonuncu attestasiyadan 100 baldan 98,14 balla qiymətləndirildiyini bildirmişdirlər.

23. Kifayət qəd ər həvəsləndirmə növlərinə layiq görülmüş təcrübəli və peşəkar bir zabit barəsində sözügedən nəticəyə gəlinməsi inzibati orqanın özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməməsi anlamına gəlir. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmişdir.

24. Cavabdeh inzibati orqan sözügedən əmrin verilməsinə əsas kimi götürdüyü təqdimatda qeyd edilən - müntəzəm olaraq bilik və bacarığının artırılması üçün daim öz üzərində çalışmaması, rəhbər sənədlərlə işləmək bacarığının zəif olması, edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmaması, kollektivdə və yoldaşları arasında az hörmətə m alik olması, gündəlik xidmətini hərbi nizamnamələrin tələbləri əsasında qurmaqda çətinlik çəkməsi, təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkməsi halları iddiaçının qeyd edilən xidməti meyarları və inzibati orqanın iddiaçıya əvvəllər mövcud olmuş münasibət ilə uzlaşmır.

25. Məhz bundan qaynaqlanaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının aşağı vəzifəyə keçirilməsi üçün yuxarı komandanlığa təqdimat verilməsi və həmin təqdimat əsasında da onun aşağı vəzifəyə düşürülməsi barədə xx.xx.N-ci il tarixli əmrin qəbul edilməsi əsaslı hesab oluna bilməz.

26. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçının aşağı vəzifəyə salınması barədə əmrə əsas olmuş sənədləşmənin aparılmasında qanun pozuntusuna yol verilməmişdir.

28. Belə ki, N3 iyul N-ci il tarixdə hərbi hissə komandirinin şifahi əmrinə əsasən yoxlama keçirilmiş, yoxlamanın nəticələrinə dair vəzifələrinə uyğun olmamaları barədə xəbərdarlıq iddiaçı ilə yanaşı digər hərbi qulluqçulara da verilmişdir. Yoxlamanın nəticələrinə görə müəyyən olunmuş nöqsanlar- postda məxfi sənədlərin saxlandığı seyfin möhürsüz olması, kustar üsulla düzəldilmiş qızdırıcı peçdən istifadə edilmə, hər iki bölmənin şəxsi heyətinin xidməti kunqlardan icazəsiz ola raq yaşayış yeri kimi istifadə kimi nöqsanlar onun məzuniyyətə getməsindən əvvəl yaranmışdır.

29. Digər tərəfdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-cİ maddəsinin V bəndinə əsasən XN rəisinin radiotexniki hazırlıq üzrə baş köməkçisi vəzifəsinə təqdim edilənə qədər 08 avqust N-ci il tarixdə “söhbət vərəqi”ndə iddiaçının məsuliyyətinin aşağı səviyyədə olduğu, tutduğu vəzifə həcmində tələbkarlılığının zəif olduğu, tənqidlərdən düzgün nəticə çıxarmadığı, şəxsi intizam və işgüzarlığının qənaətbəxş olmadığı bildirilmiş, onun mülahizələri soruşulmuş, “tənqidlərdən nəticə çıxarmışam” - iddiaçı tərəfindən verilən cavab qeyd edilənlərin etirafı hesab oluna bilər.

30. İddiaçıya məxsus xidməti vərəqədə iddiaçıya N3 iyul N019-cu il tarixdə və 0N iyun N-ci il tarixdə “Töhmət” intizam cəzasının t ətbiq edildiyi və N4 iyul N-ci il tarixdə xəbərdarlıq edildiyi qeyd edilmişdir.

31. Beləliklə də, iddiaçı aşağı vəzifəli işə keçirilməzdən əvvəl intizam məsuliyyətinə cəlb edilmiş, bundan məlumatlı olmuş və mübahisələndirməmişdir.

32. Sadalanan xüsusatlar bir daha inzibati orqan tərəfindən öz diskresion səlahiyyətlərinin düzgün həyata keçirdiyi, iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 81-ci maddəsinin V bəndinə müvafiq olaraq iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust N-ci il tarixli 06N5 nömrəli əmrin əsaslı və qanuni olduğunu sübut etmiş olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)170N/N0NN nömrəli, 19 avqust N0NN-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər:... v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə;... 35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.N. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

36. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 1N. İşin hallarının araşdırılması prinsipi 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutl ar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.N. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Mübahisə il ə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

40. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə ist inad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

42. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Bununla yanaşı, məhkəmə kollegiyası əla və olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

44. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh orqanın 15 avqust N-ci il tarixli 06N5 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan aşağı vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissənin XNnin rəisi, N-ci dərəcəli kapitan İddiaçı tutduğu vəzifədən azad edilmiş və N nömrəli hərbi hissənin XN rəisinin radiotexniki hazırlıq üzrə baş köməkçisi təyin olunmuşdur.

45. Həmçinin İddiaçı aşağı vəzifəyə keçirilməsi barədə 15 avqust N-ci il tarixli 06N5 nömrəli əmr N nömrəli hərbi hissə komandirinin N avqust N-ci il tarixli təqdimatına əsaslanmışdır.

46. Həmin təqdimatda qeyd olunmuşdur ki, N-ci dərəcəli kapitan İddiaçı müntəzəm olaraq bilik və bacarığı nın artırılması üçün daim öz üzərində çalışmır. Rəhbər sənədlərlə işləmək bacarığı zəifdir. Edilən tənqidlərdən düzgün nəticə çıxarmağı bacarmır. Xidməti işinin icrası zamanı haqq və ədalət prinsiplərinə əməl etməsi kafidir. Fiziki və mənəvi cəhətdən sağlamdır. Kollektivdə və yoldaşları arasında az hörmətə malikdir. Hərbi nizamnamələri bilir, lakin gündəlik xidmətini onların tələbləri əsasında qurmağa çətinlik çəkir. Təşkilatçılıq qabiliyyəti və qərar qəbul etmə bacarığı, o cümlədən verilən tapşırıqların yerinə yetirilməsi zamanı əsas istiqaməti müəyyənləşdirmək, mürəkkəb şəraitdə düzgün qərar qəbul etməkdə çətinlik çəkir. Təşəbbüskardır, vətənpərvərdir. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır.

47. İşin faktiki halları ilə bağlı onu da qeyd etmək zəruridir ki, iddiaçıya daha aşağı vəzifəyə keçirilmədən öncə N3 iyul N019-cu il tarixdə və 0N iyun N-ci il tarixdə töhmət intizam cəzası tətbiq edilmiş, N4 iyul N-ci il tarixdə xəbərdarlıq edilmişdir.

48. Daha sonra iddiaçı cavabdehin 15 avqust N-ci il tarixli 06N5 saylı əmrinin ona aid hissədə ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi göstərişlərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

49. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçı barəsində xidməti vərəqədə qeyd edilmiş intizam cəzalarının tətbiqinə səbəb olmuş halları, bu halların iddiaçın ın işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə təsiri zamanı nəzərə alına bilməsi hallarını araşdırmışdır.

50. Xidməti vərəqəyə əsasən müəyyən edilmişdir ki, N-ci dərəcəli kapitan İddiaçı şəxsi vəsiqəsini yararsız hala saldığına görə N nömrəli hərbi hissə komandiri tərəfindən N3 iyul N019-cu il tarixdə töhmət intizam cəzası ilə cəzalandırılmışdır. Səngi-Muğan adasından Silahlı Qüvvələrin Baş klinik Hospitalına təxliyə olunması zamanı fərqləndiyinə görə N nömrəli hərbi hissə komandirinin N5 sentyabr N019-cu il tarixli 316 nömrəli əmrinə əsasən N3 iyul N019-cu il tarixli töhmət intizam cəzası üzərindən götürülmüşdür. Göründüyü kimi, qeyd edilən töhmət cəzası iddiaçı barəsində mübahisələndirilən əmr verilən zamanı üzərində olmamış, verildiyi tarixdən N ay sonra xidmətdə fərqləndiy inə görə üzərindən götürülmüşdür.

51. Həmçinin xidməti vərəqəyə əsasən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 0N iyun N-ci il tarixli əmrinə əsasən həmin tarixdə verilmiş əmr və tapşırığı vaxtında icra etmədiyinə görə N-ci dərəcəli kapitan İddiaçı barəsində töhmət intizam cəzası tətbiq edilmişdir.

52. Məhkəmə araşdırması zamanı iddiaçının həmin intizam cəzası barədə məlumatlı olmadığını, bu səbəbdən mübahisələndirmədiyini, xidməti vərəqə ilə 14 avqust N-ci ildə sonuncu dəfə tanış olan zamanı həmin cəza barədə məlumatlı olduğu iş üzrə öz təsdiqini tapmışdır.

53. Həmçinin iş üzrə N nömrəli hərbi hissə komandirinin N4 iyul N-ci il tarixli 31N nömrəli əmri ilə N3 iyul N-ci il tarixdə hərbi hissə komandirinin şifahi əmrinə əsasən hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndin in ərazisində yerləşən “X1 Postu”na və “Radiokəşfiyyat qovşağının radiokəşfiyyat məntəqəsinin radiokəşfiyyat stansiyası”na qəfil yoxlama keçirilərkən postların şəxsi heyətinin öz vəzifə borclarının icrasına laqeyd yanaşdığı və şəxsi heyətin intizamının çox aşağı səviyyədə olduğu aşkar olunmuş, intizam qaydasında bir sıra nöqsanlara görə hərbi hissənin iki hərbi qulluqçusuna şiddətli töhmət verilmiş, yeddi hərbi qulluqçusuna, o cümlədən, İddiaçı “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam tənbehi elan edilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı, nəinki yoxlama günü, hətta həmin gündən bir həftə əvvəl məzuniyyətə çıxmış, başqa sözlə, mübahisəli yoxlama ərəfəsində, ümumiyyətlə, hərbi hissədə xidmət başı nda olmamışdır.

55. Belə olan halda, ona N3 iyul N-ci il tarixində hərbi hissənin Xudat şəhərinin Müqtədir kəndinin ərazisində yerləşən “X1 Postu”na və “Radiokəşfiyyat qovşağının radiokəşfiyyat məntəqəsinin radiokəşfiyyat stansiyası”na keçirilən qəfil yoxlamanın nəticələri üzrə aşkar olunan nöqsanlara görə vəzifə funksiyalarını lazımınca yerinə yetirmədiyinin irad tutulması formal xarakter daşımışdır. Ən azından ona görə ki, iddiaçı hərbi hissədə olmadığı müddətdə, o cümlədən məzuniyyətə buraxıldığı 16 iyul N-ci il tarixdən N4 iyul N-ci il tarixədək olan müddətdə o, yoxlanılan posta nəzarət edə və həmin postda baş verənlərə görə onun cavabdehliyini və intizam məsuliyyətini müəyyən edilə bilməzdi.

56. Hərbi qulluqçuların statusunu tənzimləyən qanunvericilik normalarında hərbi qulluqçular mə zuniyyətdə olduğu dövrdə onların intizam məsuliyyətinə cəlb oluna bilməsi ilə bağlı qayda nəzərdə tutulmamışdır.

57. Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Lakin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.N-ci maddəsi nəzərdə tutur ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

58. Belə olan halda, Əmək Məcəlləsinin oxşar münasibətləri tənzimləyən 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşə bbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir.

59. Hazırkı iş üzrə isə iddiaçı məzuniyyətdə olarkən xidmət etdiyi hərbi hissə komandirinin əmrinə əsasən N3 iyul N-ci il tarixdə aparılmış yoxlamanın nəticələrinə görə ona hərbi hissə komandirinin N4 iyul N-ci il tarixli əmri ilə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilmiş və bu hal cavabdeh tərəfindən təkzib olunmamışdır.

60. Bundan əlavə, apellyasiya baxışı zamanı iddiaçının yoxlanılan postun onun “XN rəisi” vəzifəsinin funksional vəzifələrinə aid olmadığının mübahisələndirilməsi ilə bağlı araşdırma aparılmışdır.

61. N saylı hərbi hissə komandiri və onun müavini - qərargah rəisi tərəfindən 08 iyul N-ci il tarixində imzalanaraq hərbi hissənin möhürü ilə təs diq olunmuş “XN rəisi”nin funksional vəzifə borclarında - X1 postlarının döyüş və döyüşə hazırlığına, postların ümumi fəaliyyətinə rəhbərlik etmək, şəxsi heyətin nizam- intizamına nəzarət etmək kimi vəzifəsi təsbit olunmuşdur.

62. Həmçinin apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddiaçı barəsində keçirilmiş sonuncu attestasiyanın nəticələrinə dair sənədləri tələb etmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş 09 iyun N0NN-ci il 1864 nömrəli arayışı təqdim etmişdir.

63. Həmin arayışa əsasən müəyyən olunmuşdur ki, ehtiyatda olan N-ci dərəcəli kapitan İddiaçı N019-cu ilin attestasiya nəticələrinə görə 98,14 balla qiymətləndirilmişdir.

64. Bundan əlavə, məhkəmə kolleg iyası qeyd edir ki, mübahisələndirilən əmr qəbul edilməzdən əvvəl - 30 iyul N-cı il tarixdə iddiaçı N nömrəli hərbi hissənin nizami hissəsinə öz arzusu ilə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə raportla qərargah rəisinə müraciət etsə də, cavabdeh orqan iddiaçı barəsində onun iş həcmi az olan vəzifəyə keçirilməsi barədə əmr vermişdir.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin digər bir göstərişinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmış və iş üzrə cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verildiyi müəyyən olunmuşdur.

66. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının N-1(103)-170N/N0NN nömrəli, 19 avqust N0NN-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar