Məhkəmə qərarları › İş №2-1(102)-2271/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2271/2020

15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2271/2020 15.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qaçqın statusu verilmədindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1592/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2019-cu il tarixində vəsatətlə cavabdeh orqana müraciət edərək ona ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçının vəsatətini təmin etməkdən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, iddiaçının dəlilləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslər) statusu haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikas ı Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İQ-50/4 nömrəli xx.xx.2020-cu il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzi fəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu ildə Azərbaycana gəlmiş, xx.xx.2019-cu il tarixində ailəsi ilə birlikdə sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alaraq onunla və həyat yoldaşı ilə müsahibə aparmışdır. O, həyat yoldaşı X1 Sare-Pol vilayətində, baldızının deputatlığa namizədliyini irəli sürdüyü üçün onun təbliğat kompaniyasında iştirak etdiyi, hətta bir dəfə taliblər tərəfindən atəşə tutulduğunu, eləcə də, müxtəlif təhsil müəssisələrində müəllim işlədiyinə görə taliblər tərəfindən təhdid edilərək həyatı üçün təhlükə yarandığından ailə üzvləri və arvadının yaxın qohumları ilə birlikdə qaçqın sta tusu almaq niyyəti ilə Azərbaycana gəlmiş və Əfqanıstana geri qayıtmaq istəmir. Dövlət Miqrasiya Xidməti xx.xx.2020-ci il tarixdə İQ-50/4 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd etmişdir. Dövlət Miqrasiya Xidməti qərarını onunla əsaslandırmışdı ki, onun sığınacaq üçün əsasları mövcud deyildir. Belə ki, cavabdeh orqanın qərarı ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4069/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim – M.C.Qarayeva) iddianın təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı Əfqanıstana qayıtdığı təqdirdə Avropa Konvensiyasının 2-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin olduğunu göstərməmişdir. İddiaçı ölkəsini tər k etməsinə səbəb kimi dini etiqadına görə şiə həzarə olduği üçün Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndirmiş, lakin özünün dini mənsubiyyətinə görə, məhz həzarə olduğuna görə hər hansı cinatər təqibinə məruz qalması barədə sübut ya dəlil göstərməmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1592/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – X.A.Cəmilova, hakimlər – M.N.Tağızadə və R.M.Həsənov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4069/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

11. Məhkəmə qərarından iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1592/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətind ə əlavə olaraq qeyd edilmişdir ki, cavabeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçnın etnik-dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Bundan başqa, cavabdeh iddia üçün əsas ola bilən halları - ərizəçinin və ailə üzvlərinin etnik mənsubiyyətini, ərizəçinin arvadının müəllimliklə, arvadı və baldızının siyasi-ictimai fəaliyyətlə məşğul olduqlarına görə taliblər tərəfindən təqibə məruz qaldıqları üçün həyatlarına təhlükənin yarandığını müəyyən və təhlil etməmişdir. Məhkəmə isə göstərilən hallara qiymət vermədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

15. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

16. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Qaçqınların və məcbu ri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

18. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu veri lməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkədaxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (him ayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

20. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-et məməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 21. “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.

22. Həmin Konvensiyanın 3-cü maddəsinə görə razılığa gələn dövlətlər bu Konvensiyanın müddəalarını qaçqınlara irqi, dini əlamətə və ya mənşəcə mənsub olduğu ölkəyə görə heç bir ayrı-seçkilik qoymadan tətbiq edəcəklər. 23. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur

24. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

25. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən m üəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

26. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddiaçının əsas dəlili cavabdeh tərəfindən inzibati icraatın qanunauyğun aparılmaması, iddiaçının Əfqanıstanı tərk etməsinə və ora qayıda bilməməsinə dair dəlillərinin cavabdeh orqan t ərəfindən tam, hərtərəfli araşdırılmamasıdır. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən bu hallara qiymət verməmişdir.

32. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 17-22-ci bəndlərində “qaçqın” statusunun anlayışı, həmin statusun verilməsi əsasları və proseduru göstərilmişdir.

33. İşin mübahisəsiz hallarına görə, iddiaçı müvafiq vəsatətlə cavabdeh orqana müraciət etdikdən sonra həmin orqan tərəfindən vəsatətin araşdırılması üçün şəxsi iş açılmış, iddiaçının təqdim etdiyi sənədlərin kserosurəti şəxsi işə əlavə edilmiş, iddiaçı və onun arvadı ilə müsahibə keçirilmiş, nəticədə iddiaçıya “qaçqın” statusunun verilməsi üçün əsasların olmadığı qənaətinə gəlinmişdir. 34 Göründüyü ki mi, cavabdeh orqan həm “İnzibati icraat haqqında” Qanunun, həm də ““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə əməl etmiş, həmin Qanunlarda nəzərdə tutulan prosedur qaydalara riayət etmişdir.

35. İddiaçı ölkəsini tərk etməsini Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndisə də, nə cavabdeh tərəfindən inzibati icraat aparılan zaman, nə də işə məhkəmələr tərəfindən baxılarkən dini mənsubiyyətinə görə, məhz həzarə olduğuna görə hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikaları dır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

36. Hazırkı qərarın 26-cı bəndində göstərilən normanın tələbindən də göründüyü kimi, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

37. Hazırkı iş üzrə iddiaçı ona “qaçqın” statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcəyinə dair real riskin mövcud olmasını sübut edə bilməmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkməsinin qərarını dəyişdirmədən saxlamışdır.

39. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti rədd edilməlidir.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1592/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar