Məhkəmə qərarları › İş №2-1(102)-2271/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2271/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2271/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2075/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin 724 №-li, 06.08.2020-ci il tarixli arayışına əsasən iddiaçı 01.12.1982-ci ildən 22.12.1984-cü ilə qədər keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.

2. Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissədən gəlmiş, toplanışa çağırılmış, 1964-cü il təvəllüdlü iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 25.12.1993-cü il tarixli müvafiq sərəncamına əsasən, N №-li hərbi hissə komandirinin 29.12.1993-cü il tarixli, 363 №-li əmrilə (əsas: səh.-404, §14, sıra-8) 5 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 30 (otuz) yaş və yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, Yasamal RHK-dan çağırılmış, 1964-cü il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq Direktivinə əsasən N №-li hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli, 273 №-li əmrilə (əsas: səh.-196, §9, sıra602) 30.09.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, komandirin sentyabr 1993-cü il tarixli, N №-li hərbi hissə komandirinin sentyabr-noyabr 19 93-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Ərizədə sonrakı xidmət müddəti dəqiq (il və aylarla) qeyd edilmədiyindən iddiaçı barədə əlavə araşdırma apara bilmirlər.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 08.10.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ki, Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 07.10.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehti yata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 17 noyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 8 oktyabr 2020-ci il tarixli imtinasının əsassız və qanunsuz hesab edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Yasamal rayonu ərazisində ola n 3 saylı Tikinti İdarəsində işləyərkən 1993-cü ilin sentyabr ayında səfərbərlik ilə əlaqədar Yasamal rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. Onları ilk olaraq Pirəkəşkül qəsəbəsində olan N saylı hərbi hissəyə aparmışlar və qısa müddət orada təlim keçdikdən sonra onları 5-ci Yasamal batalyonu olaraq Goran ərazisində, döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissəyə göndərdilər və o, həmin hərbi hissəyə getdikdən sonra həmin hərbi hissənin 5-ci batalyonunun komandiri X1 kimi bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Sonra onları 5-ci batalyon olaraq 1993-cü ilin sentyabr ayının əvvəllərində döyüş əməliyyatlarına iştirak edən N saylı hərbi hissəyə göndərdilər və o, yenə də 5-ci batalyonunun komandiri X1 kimi bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta onlar 1993-cü ilin noyabr ayının 4-də N saylı hərbi hissənin tərkibində Fizuli rayonu istiqamətində “Zeliyonka" əməliyyatı deyilən döyüşlərdə də iştirak etmişlər. Sonra hərbi hissənin 5-ci batalyonunun komandiri X3 şəhid oldu. Sonra o, “insult” keçirmiş, 27.09.1995-ci ildə hərbi hissədəki özbaşınalıqlara görə və ən əsası könüllü olduğu üçün hərbi hissəni tərk edib evə gəlmiş və bir daha hərbi hissəyə qayıtmamışdır. Döyüş əməliyyatları zamanı hərbi biletini itirmişdir və həmin dövrdə hər kəsə məlum olduğu kimi hərbi hissə komandirlərinin səhlənkarlıq və özbaşınalıqları nəticəsində o, hərbi biletinin itirilməsi barədə heç bir arayış ala bilmir, amma buna baxmayaraq tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinə müraciət edərək ona hərbi biletinin dublikatının verilməsini xahiş etmişdir, Yasamal rayon şöbəsinin 06.08.2020ci il tarixli məktubuna əsasən 50 yaşı tamam olduğu üçün ona hərbi biletin dublikatının verilməsinin mümkün olmadığını deyərək 1982-1984-cü illər ərzində keçmiş sovet ordusunda xidmət etməyi barədə arayış verilmişdir. Onun uzun müddət keçməsinə baxmayaraq veteran adı və vəsiqəsini almaqda əsas məqsədi dövlət tərəfindən ona veriləcək 80 manat müavinət almaq üçün deyildir. Onun əsas məqsədi onun gələcək nəsillərə döyüşlərdə iştirakını sübut etmək üçün vəsiqə sahibi olmağıdır və bu səbəbdən 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək ona veteran adının və müvafiq vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh qurum 08.10.2020-ci il tarixində imtina məktubu göndərərək döyüş əməliyyatları aparılan zaman hərbi xidməti və hərbi xidmətdən ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığını, hərbi hissəni özbaşına tərk etməyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş əsasnaməsinə əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu göstərmişdir. Azərbaycan Respublikasının MN-nin 08.10.2020-ci il tarixində imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, 27.09.1995-ci il tarixində yəni 10 may 1994-cü il tarixindən atəşkəs rejimi olduğu gündən təxminən N il sonra o, hərbi hissəni tərk etmişdir və bu da müharibədən sonra olduğundan hərbi hissəni özbaşına tərketmə kimi qiymətləndirilə bilməz. Çünki Azərbaycan Respubli kasının Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 saylı qərarında göstərilmişdir ki, veteran adı 1988-ci ilin fevral ayından 1994-cü ilin may ayının 10-unadək xidmət etmiş şəxslərə şamil edilir.

6. Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis Şöbəsinin 09.12.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

7. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 14.01.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X9, 2-1(112)-2698/2021 saylı iş) 27 aprel 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi işin müəy yən olunmuş hallarına “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrini, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndini, “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il qərarının 9-cu bəndini, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3, 18-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki i craat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi), X7 və X6, 2-1(103)-2075/2021 saylı iş) 26 avqust 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı N №-li hərbi hissə komandirinin 29.12.1993-cü il tarixli, 363 №-li əmrilə 5 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, hərbi hissəni özbaşına tərk etdiyindən N №-li hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli, 273 №-li əmrilə 30.09.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış dır. Göründüyü kimi iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmadığından məhkəmə haqlı olaraq iddiaçıya müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarının qanuni və əsaslı olması qərarına gəlmişdir.

13. İddiaçı 17 sentyabr 2021-ci il tarixdə qərarın surətini almış, 15 oktyabr 2021ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiya məhkəməsi iddia ərizəsinə əlavə edilən sənədləri araşdırmadan maddi və prosessual hüquq normalarını pozmuşdur.

15. İşə baxan məhkəmə iddiaçının hərbi hissəni tərk etməsi ilə bağlı barəsində cinayət işinin olub-olmamasını müəyyən etmək üçün Hərbi Prokurorluğa sorğu göndərmişdir. Hərbi Prokurorluğun 14.01.2021-ci il tarixi məktubunda iddiaçının barəsində hər hansı bir cinayət işi və ya təqsirləndirici materiallar olmadığı qeyd edilmişdir.

16. Eyni zamanda məhkəmə tərəfindən Yasamal RPİ-nə sorğu verilmiş və Yasamal RPİ tərəfindən 09.12.2020-ci il tarixli məktubla cavab verilərək barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı göstərilmişdir.

17. İddiaçı göstərilənlərə əsasən hesab edir ki, iddiaçının döyüş bölgəsinə daxil olan N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı arxiv sənədində öz təsdiqini tapdığından və hərbi hissəni tərk etmə tarixi atəşkəs elan olunduğu tarixdən (10 may 1994) sonrakı dövrə yəni hərbi hissə komandirinin 30.09.1995-ci il tarixli 273 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarıldığından iddiaçıya “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib iddia ərizəsi təmin edilərək ona veteran adı və vəsiqəsi verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə qoyulmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını n Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 20. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. uğrunda döyüş

21. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsin in verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanla r), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kont uziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini n birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvə llər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddiaçı 1993-cü ilin sentyabr ayından 1995-ci ilin sentyabr ayına qədər N saylı hərbi hissənin tərkibində döyüşdüyünü bildirib ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı N №-li hərbi hi ssə komandirinin 29.12.1993-cü il tarixli, 363 №-li əmrilə 5 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, hərbi hissəni özbaşına tərk etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli müvafiq direktivinə əsasən N №-li hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli, 273 №-li əmrilə 30.09.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, komandirin sentyabr 1993-cü il tarixli, N №-li hərbi hissə komandirinin sentyabr-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüy ü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıql arın yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

29. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır.

30. İddiaçı Əsasnamədə hərbi hissədə hərbi xidməti ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim edə bilməmiş, qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmas ını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrlərdən çıxarışlar mövcud olmamışdır.

31. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. 32. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu itirməsi sübuta yetməmişdir.

33. Odur ki, cavabdehə qarşı iddianı rədd etməklə məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Ba kı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2075/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar