Məhkəmə qərarları › İş №2-1(102)-2271/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2271/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2271/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-2271/2023) (Açar sözlər: məhkəmə qərardadının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərardadın icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsi” tələbinə dair i nzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-521/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Fərdi sahibkar X4 barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********194888 nömrəli qərar qismən, 2017-ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, həmin qərar ilə əlavə hesablanmış 264 365.9 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197.95 manat maliyyə sanksiyasının fərdi sahibkar X1 şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-77/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar X4 barəsində qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019cu il tarixli, **********194888 nömrəli qərarının qismən ləğv olunması, iddiaçı X2 2017ci ilin gəlir vergisi üzrə əlavə hesablanmış 264.365.9 manat vergi məbləği v ə tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********194888 nömrəli qərar ilə əlavə hesablanmış 264.365,90 manat vergi məbləğinin və tətbiq edilmiş 132.197,95 manat maliyyə sanksiyasının fərdi sahibkar X1 şəxsi hesab vərəqindən silinməsi qərara alınmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)77/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)434/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir.

5. Sumq ayıt İnzibati Məhkəməsi xx.xx.2022-cü il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-434/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadını icra olunması üçün cavabdehə göndərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçının hüquq varisi İsmayılova Kübra Şamxal qızı Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək uzun müddət keçməsinə baxmayaraq, müvafiq məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmaması səbəbinə görə cavabdeh barəsində icra tədbirlərinin görülməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması:

7. Ərizənin əsaslarına görə, Ali Məhkəmənin 2-1(102)-434/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icraya göndərildiyi vaxtdan bu günədək keçən 9 aydan çox müddət ötməsinə baxmayaraq Ali Məhkəmə nin qüvvəyə minmiş qərarı icra edilməmiş, xx.xx.2020-ci ildə vəfat etmiş şəxsin vəfatından 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, vergi öhdəliklərinə xitam verilməmiş, bununla da Ali Məhkəmənin də öz qərarını əsaslandırdığı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.4, 77.4.3 və 81.1-ci maddələrinin tələbləri pozulmuşdur. Ali Məhkəmənin qüvvəyə minmiş qərarının icrası, eyni zamanda Vergi Məcəlləsinin tələblərinə əsasən vəfat etmiş şəxsin vergi öhdəliklərinə xitam verilməsi məqsədilə dəfələrlə aidiyyəti üzrə müraciətlər edilməsi də icra ilə bağlı nəticə verməmişdir. Halbuki, Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı heç bir müraciət və yazışma olmadan icra edilməli, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.4, 77.4.3 və 81.1-ci maddələrinin tələbləri təmin edilməli idi. Cavabdehin etirazları:

8. Cavabdeh ərizəyə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, mübahisələndirilmiş vergi məbləğlərinin silinməsinə dair məhkəmə qərarında müvafiq göstəriş olmadığından və həmin məbləğlərin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməsinin vəfat etmiş şəxsin vərəsəsi (və ya vərəsələri) tərəfindən müraciət edilməsi və ya Vergi Məcəlləsinin 93-cü maddəsinin tətbiqi qaydasında həyata keçirilməsi məsələsinə baxılacaqdır. Cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, cərimə tətbiqi barədə iddiaçının nümayəndəsinin verdiyi ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 7 aprel 2023-cü il tarixli, 2-1(118)-77/2021 nömrəli qərardadı ilə cavabdeh Azər baycan Respublikası Ali Məhkəməsinin 2-1(102)434/2022 nömrəli 06 aprel 2022-ci il tarixli qərardadının icrasını təmin etmədiyi üçün 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-434/2022 nömrəli 06 aprel 2022-ci il tarixli qərardadına göstərdiyi mövqe ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 77.4.3-cü maddəsinin tələbləri baxımından vergi ödəyicisinin vəfatı ilə əlaqədar vergi öhdəliyinə xitam verildiyinə görə D.H.İsmayılovun adına hesablanmış vergi borcu silinməlidir. Məhz bu cəhətdən Ali Məhkəmə mövcud olmayan (Qanunun tələbinə görə vergi ödəyicisinin vəfatı ilə əlaqədar silinmiş borcun) borcun mərhum şəxsdən tələb edilməsini qanunsuz hesab etmişdir. Nəzərə alınmalıdır ki, bununl a da iddiaçının nümayəndəsi dolayı da olsa istədiyini əldə etmişdir. Ali Məhkəmənin qərardadının icraya yönəldilməsinə və məhkəmə qərarının icra edilməsi ilə əlaqədar iddiaçının hüquqi varisi X3 tərəfindən mərhumun borcun silinməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq cavabdeh təşkilatın üzərinə borcun silinməsi ilə bağlı göstərişin olmaması bəhanəsi ilə tələb yerinə yetirilməmişdir. Bu isə bir daha cavabdeh təşkilatın iddiaçının qanuni tələbini yerinə yetirilməsindən boyun qaçırılması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan qərar qəbul etsə də üzərinə düşən müvafiq prosedur qaydalarını tam yerinə yetirməmişdir. Halbuki, iddiaçının hüquqi varisi X3 üzərinə düşən müvafiq müraciətləri etməsinə baxmayaraq, cavabdeh təşkilat müxtəlif b əhanələrlə məhkəmə qərarını tam icra etməmişdir. Hesab olunur ki, cavabdeh təşkilat əsassız bəhanə edərək məhkəmə qərarını icra etməkdən yayındığına görə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq 3000 manat məbləğində cərimə edilməlidir.

11. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(105)-521/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 7 aprel 2023-cü il tarixli qərardadı ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq Qərarı ilə iddiaçı vəfat etdiyind ən və onun barəsində yaranmış vergi borcu öhdəliyinin vərəsəlik qaydasında keçə bilməyən öhdəlik qismində çıxış etdiyindən, həmin əsasla hazırki iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, həmin qərarda cavabdeh inzibati orqanın üzərinə icra etməli olduğu hər hansı öhdəlik qoyulması halı(vergi borcunun silinməsi və sair bu kimi öhdəlik), o cümlədən vergi öhdəliyinə xitam verilməsinə dair hər hansı müddəa əks olunmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın üzərinə qoyulmayan öhdəliyin icra edilməməsi ilə bağlı cərimə edilməsi özlüyündə inzibati prosessual qanunvericiliyin tələbinə zidd olar. Həmçinin, məhkəmə kollegiyası iddiaçı tərəfin istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçının hüquqi varisi ərizənin əsası kimi vergi öhdəliyinə xitam verilməsi ilə bağlı hallara (vergi borcunun silinməsi və cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı) istinad etmişdir. Qeyd edilən hallarla bağlı isə müvafiq məhkəmə qərarında cavabdeh inzibati orqanın üzərinə heç bir öhdəlik qoyulmamışdır.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və cavabdehə cərimənin müəyyən olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Ali Məhkəmənin vergi qanunvericiliyinə əsaslanmaqla qəbul etdiyi qərardadın tərəflər arasındakı mübahisəni həll etməyən, hər hansı hüquqi nəticə yaratmayan, sadəcə məhkəmədə baxılan iş olaraq icraata xitam verilməsini müəyyən edən formal sənəd kimi qiymə tləndirilməsinə əsas verir. Halbuki, Ali Məhkəmə qərarının əsaslandırma hissəsində iş üzrə icraata xitam verilməsinin əsası olaraq Vergi Məcəlləsinin 77.4, 77.4.3 və 81.1-ci maddələrinə istinad etmiş və ətraflı izah etməklə cavabdeh orqanın bu mübahisə üzrə vergi qanunvericiliyindən irəli gələn vəzifəsi, vergi ödəyicisinin vergi öhdəliklərinə xitam verilməli olmasını aydın şəkildə müəyyən etmişdir. Ali Məhkəmənin qərardadının icrasından yayınmaq üçün “cavabdeh orqanın üzərinə öhdəliyin qoyulmaması” bəhanəsi ilə vergi qanunvericiliyindən irəli gələn öhdəliklərini icra etməyən, Ali Məhkəmənin qərarına hərfi mənada yanaşaraq “boşluq” axtaran cavabdeh orqanın bu yanaşması hüquqi tənzimləmə baxımından düzgün mövqe, vergi ödəyicisinin hüquqlarının müdafiəsi baxımından isə qanuni və ədalətli qəna ət hesab edilə bilməz.

16. Ali Məhkəmənin İnzibati Kollegiyasının VM-nin 77.4, 77.4.3 və 81.1-ci maddələrinə əsasən vergi öhdəliklərinə xitam verilməli olduğundan iş üzrə icraata xitam verilməsinə dair qanuni qüvvəyə minmiş qərardadının olması, eyni tərəflər arasında (hüquq varisinin və vergi orqanı), eyni predmet barəsində (vergi ödəyicisinin vəfatı ilə əlaqədar vergi öhdəliklərinə xitam verilməsi), eyni əsaslar üzrə (Vergi Məcəlləsinin 77.4, 77.4.3 və 81.1-ci maddələri) yenidən iddia qaldırılmasını mümkünsüzdür. Eyni zamanda, qeyd edirik ki, bu halda yenidən iddianın qaldırılması mümkün olsa idi, vaxt itkisi və xərclər çəkilməklə uzun-uzadı məhkəmə prosesləri, məhkəmələrinin iş yükünün artırılması nəticəsində vergi ödəyicisinin əldə edəcəyi məhkəmə qərarında cavabdehin üzərinə “vergi ödə yicisinin vergi öhdəliklərinə xitam verilsin və onun bütün vergi borcları silinsin” öhdəliyinin qoyulması olardı. Halbuki, bunun üçün AR İnzibati-Prosessual Məcəlləsinin 76-cımaddəsinə əsasən məhkəmə qərarının mətnində məhkəmənin düzəliş etməsi ilə mümkündür. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İPM-in 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərd arlıq edir. Həmin məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.

23. Normaların məzmunundan göründüyü kimi, həmin normaların tətbiqi inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin icra olunmaması ilə şərtlənir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda istinad edilən qərardadı ilə iş üzrə icraata iddiaçının ölümü ilə xitam verilmiş, icraat başa çatmış, iddianın təmin edilməsi və inzibati orqanın üzərinə vergi borcunun silinməsi ilə bağlı öhdəlik qoyulması barədə məhkəmə qərarları qanuni qüv vəyə minməmişdir. Ali Məhkəmənin adıçəkilən qərardadında isə cavabdeh inzibati orqanın üzərinə icra edilməli olan hər hansı öhdəlik qoyulmamışdır.

25. Beləliklə, cavabdehə münasibətdə İPM-in 120-ci maddəsinin tətbiqi üçün əsaslar olmamışdır.

26. Digər tərəfdən, Ali Məhkəmənin qərardadı ilə mübahisə predmeti, yaxud ölmüş şəxsin vergi borcu üzrə hüquq varisliyinə yol verildiyi, deməli həm də Vergi Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş halın (əmlak vergisi üzrə borc öhdəliyinin vərəsələrə keçməsi) mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən də iş üzrə icraat xitam verilmişdir. Vergi Məcəlləsinin 77.4, 77.4.3-cü maddələrinin tətbiqi isə vergi orqanı tərəfindən inzibati icraat qaydasında həll edilməli olan məsələdir. Bununla bağlı maraqlı şəxsin müraciəti təmin olunmadıqda, imtina m əhkəmə qaydasında mübahisələndirilə bilər. Bu halda mübahisə digər əsaslardan irəli gəldiyindən “eyni tərəflər arasında (hüquq varisi və vergi orqanı), eyni predmet barəsində (vergi ödəyicisinin vəfatı ilə əlaqədar vergi öhdəliklərinə xitam verilməsi), eyni əsaslar üzrə (Vergi Məcəlləsinin 77.4, 77.4.3 və 81.1-ci maddələri) yenidən iddia qaldırılmasının mümkünsüzlüyü” barədə şikayətin dəlili əsaslı deyil. Həm də nəzərə alınmalıdır ki, hazırkı iş üzrə tələb “vergi ödəyicisinin vəfatı ilə əlaqədar vergi öhdəliklərinə xitam verilməsi” olmamışdır. İddia vergi ödəyicisinin sağlığında onu özü tərəfindən, digər predmet barədə (vergi orqanının xx.xx.2019-cu il tarixli, **********194888 nömrəli qərarının mübahisələndirilməsi) və digər əsaslar üzrə qaldırılmışdır.

27. Apellyasiya instansiyası məhkəm əsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-521/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar