Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2272/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə əraz i aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ümumi sahəsi 2,79 ha. torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, eyni zamanda onun razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə, bu cür hərəkət və hərəkətsizliyə son qoyulması, mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X1 inşa olunduğu üçün dəyən m addi ziyana görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi, kompensasiyanın və mənəvi ziyanın ödənilməsi üçün vəsaitin sifariş edilməsi vəzifəsinin cavabdeh Gənclər və İdman Nazirliyinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2-1(112)-8415/2022 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (hakim A.Əhədova).
3. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(112)3167/2022 nömrəli qərardadı ilə iddianın məhkəmə aidiyyətinin müəyyən olunması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli 2-1(105)-670/2022 nömrəli qərardadı ilə (sədrlik edən H.Ç.Babayeva, hakimlər F.Ə.Məmmədov, Z.T.Məmmədov) inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən olunması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İPM-in 9.2-ci maddəsinə əsasən hazırkı iş üzrə səlahiyyətli məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Maddə 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. 7. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” (Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir)...
17. Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 17.1. Abşeron rayonu;... ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
8. M əhkəmə kollegiyası hesab edir ki, inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. İPM-in 8.1.1-ci maddəsinin məzmunundan görünür ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.
10. Hazırkı işin hallarından da görünür ki, iddiaçının tələbi onun mülkiyyətində olan torpaq sahəsi üzərində onun razılığı olmadan və ədalətli dəyəri ödənilmədən cavabdeh tərəfindən aparılan tikinti işlərinə görə kompensasiya ödənilməsi və həmin tikinti işlərinin dayandırması ilə bağlıdır. Odur ki, İPM-in 8.1.1-ci maddəsi hazırkı iddia tələbinə də şamil olunmalıdır.
11. İş materiallarında olan 16 iyun 2006-c ı il tarixli, MH seriyalı, ******* və ******* nömrəli çıxarışlardan, həmçinin 11 may 2007-ci il tarixli, MH seriyalı, ******* və ******* nömrəli çıxarışlardan görünür ki, iddiaçının tələbi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibətləri ilə əlaqədardır. 12. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə səlahiyyətli məhkəmə daşınmaz əmlakın olduğu yerin məhkəməsi – Sumqayıt İnzibati Məhkəməsi olduğundan, inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.