Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2272/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, 25 ümumi stajın olmaması, əmək kitabçasındakı qeydlərin mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-895/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1959-cu ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus diploma və əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə ali təhsil almış, xx.xx.1976-xx.xx.1978, xx.xx.1984xx.xx.1998, xx.xx.1998- xx.xx.2003-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlanmış 02 iyun 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş əmək kitabçası və təhsil haqqında diploma əsasən iddiaçının (xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixinədək və xx.xx.1979-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək təhsil aldığı illərdə nəzərə alınmaqla) 21 il 7 ay 15 gün təşkil etmişdir. Eyni zamanda onun Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədlərində həmin müəssisədə işləmə faktı aşkar edilmədiyindən xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTL ARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı məhkəməyə müraciət edərək ona qanunla müəyyən edilmiş pensiya yaşına çatdıqda, yəni 2021-ci ilin 27 sentyabrından etibarən (62 yaş 6 ay olduğuna görə) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998ci il tarixdən xx.xx.2003-cü il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Texniki Universitetində ali təhsil almışdır. Əmək fəaliyyəti ilə məşğul olduğu dövr eləcə də, təhsil aldığı müddət də daxil olmaqla ümumi sığorta stajı 26 il 3 ay 22 gün təşkil edir. Hesab edir ki, 25 ildən artıq sığorta stajına malik olduğundan yaşa görə əmək pensiya hüququ vardır. İddiaçıya pensiya təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(112)-113 91/2023 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı 62 yaş 6 ay yaşının tamam olduğu xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadı ğı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-895/2024 nömrəli iş üzrə 26 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X2 və X3) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11391/2023 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, əmək kitabçasında qeyd edilən mübahisəli dövrlərin mötəbərliyini şübhə altına alacaq kifayə t qədər əsas olduğundan həmin dövrlər iddiaçının ümumi stajına hesablana bilməz. Belə olduğu halda isə iddiaçının ümumi stajı 25 ilə çatmadığından və iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə, Əmək Məcəlləsinin 85, 138-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məh kəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.
15. Şikayətdə qeyd edilmişdir ki, iddiaçının əmək stajı əmək kitabçası ilə təsdiq edilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi qanuni əsas olmadan oradakı məlumatların şübhəli olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz verərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilm iş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmi ş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bil dirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 26 Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 27. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
28. Hazırki iş materiallarından görünür ki, pensiya yaşı tamam olmuş iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Hesab edilir ki, iddiaçının əmək stajı 25 ildən artıq olduğundan ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilməlidir.
29. Qanunun yuxarıda qeyd edilən tələbinə əsasən pensiya yaşı tamam olmuş qadınların əmək pensiyası hüququ yaranması üçün alternativ olaraq ya şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmalı və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
30. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qəbul edilm iş stajı 21 il 7 ay 15 gündür.
31. Mübahisəli dövr iddiaçının xx.xx.1998-xx.xx.2003-cü illərdə Bakı şəhər Kino Xidməti İdarəsində işlədiyi dövrlərdir.
32. İddiaçı qeyd edir ki, həmin dövrlər onun əmək kitabçasında öz əksini tapdığından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”də iş stajını təsdiq edən sənəd əmək kitabçası olduğundan iddia tələbi əsaslıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”də, eləcə də “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədləri nin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarında əmək kitabçasının iş stajını təsdiq edən əsas sənəd olduğu vurğulanmışdır. Lakin bu hallar o zaman istinasız olaraq qəbul edilir ki, əmək kitabçasının mötəbərliyi ilə bağlı hər hansı bir əhəmiyyətli dəlil təqdim edilməsin.
34. Hazırki iş üzrə əmək kitabçasında olan qeydlərin mötəbərliyi ilə bağlı ciddi şübhələr mövcuddur. Başqa sözlə həmin qeydlər həqiqəti tam əks etdirmir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məktubda Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında vətəndaş İddiaçı həmin idarədə işləməsinin aşkar edilmədiyi qeyd edilmişdir (iş vər 53).
35. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi yuxarıda ək s edilmiş məsələni araşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə təkrar sorğu verərək iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1998-ci il tarixli, 12 nömrəli və xx.xx.2003-cü il tarixli 18 nömrəli əmrlərinin hansı şəxsə aid olması barədə məlumatın və həmin əmrlərin surətlərinin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında məhkəmənin qeyd etdiyi (xx.xx.1998-ci il tarixli, 12 nömrəli və xx.xx.2003-cü il tarixli 18 nömrəli) qeydiyyat nömrəli və tarixli əmrlər aşkar edilməmişdir (iş vər 138). Eyni zamanda bildirilmişdir ki, 1998-ci ilə dair 12 nömrəli əmr xx.xx.1998-ci il tarixlidir, 2003-cü ilə dair 18 nömrəli əm r isə aşkar olunmamışdır. Məktuba qoşma kimi xx.xx.1998-ci il tarixli, 12 nömrəli əmr əlavə edilmişdir ki, həmin əmr də Bakı Şəhər Kino Xidməti İdarəsinin mühəndisi olan X1 məzuniyyətə buraxılması ilə bağlı əmrdir.
36. Beləliklə, göründüyü kimi xx.xx.1998-ci il tarixli, 12 nömrəli və xx.xx.2003-cü il tarixli 18 nömrəli əmrlər əmək kitabçasında qeyd edilsə də, onların mötəbərliyi heç nə ilə təsdiqlənmir. Əmək kitabçasında bəhs edilən dövrlə bağlı iddiaçı barəsində olan məlumatlar Bakı şəhər İcra Hakimiyyətinin ayrı-ayrı məktubları ilə təsdiqini tapmadığından həmin dövr onun ümumi stajına daxil edilə bilməz. Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün pensiya yaşı istisna olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilən şərtlər mövcud olmamışdır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-895/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.