Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2273/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, X1 və İddiaçı7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, X1 və İddiaçı7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın il tarixli, 2-1(103)-15 64/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, X1 və İddiaçı7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Birinci instansiya məhkəməsinin il tarixli, 2-1(112)-4267/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Resp ublikası Konstitusiyasının 49-cu maddəsinə, «Sərbəst toplaşmaq haqqında» Qanunun 1, 6, 7-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 1, 2.0.6, 17-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.4, 35.1, 35.3, 36.1, 36.4-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçıların müvafiq müraciətinə cavabdeh tərəfindən baxılaraq digər marşrut üzrə olsa da, yürüş keçirilməsinə icazə verildiyindən, habelə yürüşün keçirilməsi nəzərdə tutulan müvafiq tarix iddia qaldırılan vaxt artıq keçdiyindən iddia mümkün sayıla bilməz.
4. Məhkəmənin qeyd olunan qərarddadından narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
5. Bakı Apelyasiya Məhkə məsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.09.2020-ci il tarixli, 2-1(103)-1564/20 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Vüsalə Baxışova) qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı və İddiaçı7 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2020 saylı 04 iyun 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1, 36.1, 36.2, 82-ci maddələrinə, eləcə də «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 saylı qərarına əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:
7. İddiaçıların kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda bildirilir ki, keçiriləcək yürüş üçün alternativ yer təqdim olunub. Lakin yürüş üçün seçilmiş yer müxtəlif konsertlərin, festivalların keçirildiyi və daimi səs-küylü olan şəhər mərkəzidir. Bundan əlavə keçirilməsi nəzərdə tutulan yürüş davam edən problemə diqqəti cəlb eləmək məqsədi daşıdığı üçün şəhər mərkəzində keçirilməli, səs-küylü olub diqqət cəlb etməlidir. Alternativ təklif edilən yer bu şərtlərə cavab vermir. Həmin yerdə yürüşün keçirilməsi nəinki yürüş məqsədləri ilə, həm də istənilən bütün ölkəni əhatə edən və bu mesaji verən yürüşün keçiri lmə məqsədi ilə üst-üstə-düşmür.
8. Qaldırılan iddia müəyyən etmə və tanınma haqqında iddiadır. Bu səbəbdən iddiaçıların tələbi də BŞİ tərəfindən qəbul edilən inzibati» aktın qanunsuz olaraq tanınmasıdır. Müəyyən etmə iddia növü subsidiar iddia növüdür. Hətta əsas iddia növü olmasa da, məhkəmə tərəfindən yoxlanılmalıdır. Bu səbəbdən Bakı Apelyasiya Məhkəməsinin qərardadı ləğv edilməlidir, çünki Bakı Apelyasiya Məhkəməsi verilən qərarın qanunsuz olub-olmamasını yoxlamamışdır.
9. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Hazırkı işdə in zibati orqanın heç bir alternativ yer təklif etmədən toplantını məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir.
10. Cavabdehin istinad etdiyi «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin l hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı (a) yalnız qanunda nəzərdə tutulan və (b) demokratik cəmiyyətdə zəruri olan hallarda, (i) milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, (ii) iğtişaşların və ya cinayətin qarşısının alınması, (iii) sağlamlığın və mənəviyyatın, (iv) digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
11. Adiçəkilən Qanunun 7-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuşdur ki, sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İnzibati orqan toplantının nə vaxtı, nə ə də ki, yeri ilə bağlı heç bir alternativ təklif verilməmişdir.
12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar kasasiya şikayətində cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 8 mart 2020-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərarın çıxarılmasını və Bakı Apelyasiya Məhkəməsinin il tarixli, 21(112)-4226/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdirlər.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
14. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (12 noyabr 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası iddiaçıların kasasiya şikayətlərindəki dəlillərlə əlaqədar hesab edir ki, həmin dəlillər əsassızdır.
18. Belə ki, iddiaçılar kasasiya şikayətində yazırlar ki, Bakı İcra Hakimiyyətinin qərarı ilə 8 mart 2020-ci ildə baş tutması planlaşdırılan yürüşə qadağa qoyulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti inzibati orqan olduğundan, 4 mart 2020-ci il tarixli cavab məktubu inzibati akt olduğundan İnzibati Məhkəmə tərəfindən mümkün hesab edili b araşdırılmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən keçiriləcək yürüş üçün alternativ yer təqdim olunmuşdur. Lakin yürüş üçün seçilmiş yer müxtəlif konsertlərin, festivalların keçirildiyi və daimi səs-küylü olan şəhər mərkəzidir. Bundan əlavə keçirilməsi nəzərdə tutulan yürüş davam edən problemə diqqəti cəlb eləmək məqsədi daşıdığı üçün şəhər mərkəzində keçirilməli, səs-küylü olub diqqət cəlb etməlidir. Alternativ təklif edilən yer onların şərtlərə cavab vermir. Həmin yerdə yürüşün keçirilməsi nəinki yürüş məqsədləri ilə, həm də istənilən bütün ölkəni əhatə edən və bu mesaji verən yürüşün keçirilmə məqsədi ilə üst-üstə düşmür.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlili əsassızdır, belə ki, iddiaçılar təklif edilən yerin nədən onların şərtlərinə cavab verməd iyini mötəbər sübutlarla əsaslandırmamış və buna dair açıqlama verməmişlər.
20. İddiaçıların digər dəlili isə ondan ibarətdir ki, iddiaçıların tələbi BŞİH tərəfindən qəbul edilən inzibati aktın qanunsuz olaraq tanınmasıdır. Cavabdehin 4 mart 2020-ci il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Cavabdeh orqanın heç bir alternativ yer təklif etmədən toplantını məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin qərarında g östərilən səbəb (bəhanə) qanunsuzdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlili, yəni, «Cavabdeh orqanın heç bir alternativ yer təklif etmədən toplantını məqsədəuyğun saymaması» dəlili əsassızdır, belə ki, işin 7-ci səhifəsində mövcud olan cavabdehin iddiaçılara olan 04 mart 2020-ci il tarixli, 1-253-003 saylı cavab məktubundan göründüyü kimi iddiaçılara müvafiq yürüş keçirmək üçün alternativ yer, tarix və saat da göstərilmiş, konkret marşrut da təklif edilmişdir.
22. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar yürüş təşkilatçıları kimi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıqla müraciət edərək, yürüşün keçirilməsi üçün şərait yaradılması, yürüşün təhlükəsizliyini təmin etmək məqsədilə aidiyyəti dövlət orqanla rının məlumatlandırılması, xəbərdarlığa baxılarkən «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ bəndində nəzərdə tutulan məhdudlaşdırma tətbiq ediləcəyi təqdirdə bununla əlaqədar əsaslandırılmış qərar qəbul edilməsi, qərar qəbul olunarkən həmin maddənin İİİ bəndinin tələblərinə riayət edilməsi ilə əlaqədar zəruri göstəriş verilməsini xahiş etmişlər.
23. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanmış İ-253-003 saylı 04 mart 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçılar tərəfindən 08 mart 2020-ci il tarixdə yürüş keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 02 mart 2020-ci il tarixli müraciətə baxılmışdır. Təklif edilmiş yer əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictimai iaş ə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirlərin keçirilməsi üçün məqsədəmüvafiq deyildir. Yürüşün keçirilməsi üçün alternativ yer olaraq, 08 mart 2020-ci il tarixdə saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə «X3» X2 təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunmuşdur.
24. Həmin məktubla razılaşmayan iddiaçılar cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04 mart 2020-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişlər.
25. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıların müvafiq müraciətinə cavabdeh inzibati orqan tərəfindən baxılaraq digər marşrut üzrə olsa da, yürüş keçirilməsinə icazə verilməsinə, habelə yürüşün keçirilməsi nəzərdə tutulan müvafiq tarixin iddia qaldırılan vaxt artıq keçməsinə əsaslanaraq iddianı mümkün saymamışdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
27. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzr ə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, … yoxlamalıdırlar (2.3-cü bənd).
28. Hazırki işdən görünür ki, iddiaçıların iddia tələbi müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini n həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyənetmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.
30. Həmin maddənin 2-ci bəndinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.
31. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, əsas məsələ ondan ibarətdir ki, hazırkı mübahisə zaman baxımından çoxdandır ki, öz əhəmiyyətini itirmişdir, belə ki, 08 mart 2020-ci il tarixindən 6 aya yaxın vaxt keçib və bu artıq formal xarakter daşıyır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-1564/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.