Məhkəmə qərarları › İş №2-1(102)-2273/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2273/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2273/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon icra nümayəndəliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon icra nümayəndəliyinə qarşı “Cəbiyev Aqil Xalıq oğluna torpaq sahəsinin ayrılması barə də aktın və sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 nömrəli qərardadından üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1998-ci il tarixli, 162 nömrəli torpaqayırma barədə aktın və xx.xx.1998-ci il tarixli, 162 nömrəli sərəncamın ləğv edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim: E.Ə.Əmirəliyev) 27 iyun 2014-cü il tarixli 2-1(86)-42/2014 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Şirvan Apellya siya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli iclasında İddiaçı ilə üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlunun barışıq sazişi məhkəmə kollegiyasına təqdim edilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Eyvazov /sədrlik edən və məruzəçi/, Z.A.Zeynalov və Q.B.Kərimov) 24 dekabr 2015-ci il tarixli, 21(106)-13/2015 nömrəli qərardadı ilə İddiaçı ilə üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlu arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmuşdur: 1) İddiaçı ilə üçüncü şəxs Cəbiyev X1 şəhəri, Dadva məhəlləsində yerləşən mübahisəli torpaq sahəsinin yarı-yarıya (bərabər şəkildə) bölünməsinə razılıq verirlər. 2) İddiaçı onun adına tərtib edilmiş X2 Kitabında 19 yanvar 2009-cu ildə qeydə alınmış A 122431 nömrəli torpaq sahəsi nin planı və ölçüsü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq verir. 3) İddiaçı torpaq bölgüsündən sonra üçüncü şəxs tərəfindən deyil, digər tərəfdən yol kimi istifadə edəcəyini öhdəsinə götürür. Həmin qərarla iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2-1(86)-42/2014 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 29 dekabr 2015-ci il tarixdə proses iştirakçılarına göndərilmişdir.

7. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2016-cı il tarixli məktubu ilə qərardad icra olunması üçün Masallı rayon İcra şöbəsinə göndərilmiş, Masallı rayon İcra şöbəsinin 21 aprel 2016-cı il tarixli qərarı ilə icraata başlanılmışdır.

8. Üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlu 29 aprel 2025-ci i l tarixdə qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nüma yəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi əlavə olunur.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırı şla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzə rdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

90. Kassasiya şikayəti vermək hüququ... Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina ed ildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

11. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunan səbəblərdən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

12. Belə ki, bu Qərarın 9-10-cu bəndlərində qeyd edilən prosessual normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməli, eyni zamanda kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilməlidir.

13. Üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlunun kassasiya şika yəti vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkil orderi əlavə edilməmişdir. Belə olan halda, baxılan şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

14. Həmçinin qeyd edilməlidir ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.

15. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin, bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

16. Hazırkı işin halları qeyd olunan mümkünlük şərtləri baxımından araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən edilmişdir.

17. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 29 dekabr 2015-ci il tarixdə proses iştirakçılarına göndərilmişdir. Buna baxmayaraq, üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlu həmin qərardaddan kassasiya şikayətini 29 aprel 2025-ci il tarixdə təqdim etmişdir.

18. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qəra rdadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlu tərəfindən ötürüldüyü mübahisəsizdir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlunun şikayəti üzrə kassasiya icraatı mümkünsüzdür. Odur ki, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 nömrəli qərardadından üçüncü şəxs Cəbiyev Aqil Xalıq oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar