Məhkəmə qərarları › İş №2-1(102)-2274/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2274/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2274/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X7 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyiciləri arasında əməliyyat baş tutmadığına görə ödənilmiş ƏDV-nin geri qaytarılması ilə bağlı vergi məsuliyyətə cəlb edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X7 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(104)355/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 15 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC satıcı qismində “Köprülü kran” adlı malı satmağı, "xxxx" MMC isə malı almağı öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Səhmdar cəmiyyətə məxsus bir ədəd “Körpülü kr an” adlı mal cəmiyyətə satılmalı olmuş və müqavilənin şərtinə görə malın dəyərinin 100 faizini əvvəlcədən "xxxx" MMC ödəməli idi. Ona görə də, 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV üzrə depozit hesabından 28753.0 manat avans olaraq ƏDV ödənilmişdir. 3. xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın surətindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 22236.1 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və hesablanmış 22.236 (iyirmi iki min iki yüz otuz altı) manat 10 (on) qəpik vergi borcunun ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 yanvar 2020-ci il tarixdən 2021ci ilin iyun ayı da daxil olmaqla olan dövr ərzində səhmdar cəmiyyət tərəfindən malların (iş və xidmətlərin), yəni enerji satışından gəliri təqdim edilmiş e-qaimə fakturaları üzrə ƏDV-siz 745203.44 manat olmuşdur. ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. 01 yanvar 2020-ci il tarixdən etibarən təqdim edilən mallara (işlər və xidmətlərə) görə ƏDV tutulan əməliyyatların vaxtı həmin malların (iş və xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtla müəyyən edilir. Eləcə də təqdim ediləcək mallara görə avans qaydasında (əsas məbləğ daxil olmadan) ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq müəyyən edilir ki, ƏDV-nə cəlb olunan dövriyyə depozit hesaba daxil olmuş vəsaitlə müəyyən edilmir, faktiki hesablaşma hesabına daxil olmuş vəsaitlə müəyyən edilir. Belə ki, 01 yanvar 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək cəmiyyətin hesablaşma hesabına 688938.18 manat vəsait daxil olmuşdur, yəni bu dövr üzrə ümumilikdə ƏDV hesabatlarında əks etdirilməli olan ƏDV-nə cəlb olunan dövriyyənin ümumi məbləği 688938,18 manat, ƏDV tutulan əməliyyatlar üzrə ƏDV-nin ümumi məbləği isə 124008.88 manat olmalıdır. Lakin həmin dövrə səhmdar cəmiyyətin ƏDV depozit hesabına 166577.3 manat vəsait daxil olmuşdur. Bu vəsaitin 124008.88 manatı yuxarıda qeyd edildiyi ki mi, ƏDV-nə cəlb edilən 688938.18 manat dövriyyənin (688938.18*18%=124008.88) ƏDV-si, qalan 42568.42 manat isə depozit hesabına daxil olmuşdur. Depozit hesabına daxil olan 42568.42 manat ƏDV-nin (5 noyabr 2020-ci il tarixdə 7200 manat, 23 dekabr 2020-ci il tarixdə 2880 manat) cəmi 10080.0 manatı "xxxx" ASC-yə verilmiş avans məbləğinin qaytarılmasından daxil olan ƏDV-i, 32488.42 manatı isə əsas məbləği ödənilmədən ƏDV-i üzrə depozit hesabına ödənilmiş avans ƏDV-dir. Avans olaraq daxil olan ƏDV-nin 10200.0 manatı ("xxxx" ASC-yə 21 oktyabr 2020-ci il tarixdə 3200.0 manat, "xxxx" Group MMC-yə 07 noyabr 2020-ci il tarixdə 7000.0 manat) qaytarılmış, 22288.42 manat avans məbləğlərini ödəyən cəmiyyətlər əsas məbləği ödəyə bilmədiyi üçün əməliyyat başa çatmamış alğısatqı aparılmamış, e-qaimə faktu ra təqdim edilməmişdir. Nəticədə əməliyyat yarımçıq qaldığı (başa çatmadığı) yəni, hesablaşma hesabına və digər hesablara, o cümlədən kassaya vəsait daxil olmadığı, həmçinin qarşılıqlı hesablaşma yolu ilə də vəsait daxil olmadığı üçün ƏDV üzrə depozit daxil olan ƏDV məbləğinə görə Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən büdcəyə hesablama verilməmişdir. Qeyd edilən dövrlər üzrə ƏDV bəyannamələri təqdim edilən zaman yuxarıda qeyd edilənləri əsas götürərək əsas məbləğ daxil olmayan ƏDV-yə görə büdcəyə hesablamalar verilməmiş və ƏDV-i 22288.42 manat azaldılmamışdır. Ona görə də, 2021-ci ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində qeyd edilən uyğunsuzluq nəzərə alınmamalıdır

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin 17 fevral 202 3-cü il tarixli, 2-1(114)-645/2023 nömrəli qərarı ilə (hakim: X6) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizəsində təqdim ediləcək mallara görə avans qaydasında (əsas məbləğ daxil olmadan) ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanmasının qanunvericiliklə nəzərdə tutulmamasını göstərmişdir. Bununla da iddiaçı tərəf qanunvericiliyi birtərəfli qaydada şərh edərək ziyanına olan halları göstərməkdən yayınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli 07-10/Ç-2020 saylı alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, alıcı, yəni "xxxx" MMC şərtləşdirilmiş malın dəyərinin 100 faizini ödəməli idi. Həmçinin "xxxx" MMC-nin məktubu ilə də təsdiq olunur ki, bağlanmış müqaviləyə və müqaviləyə əlavə edilmi ş qiymət razılaşma protokoluna görə satılacaq “Körpülü kranın” qiyməti (ƏDV-siz) 159783.0 manat, ƏDV-i 28752.84 manat, ümumi dəyəri 188490.84 manat razılaşdırılmışdır. Müqavilənin şərtinə görə malın dəyəri 100 faizi əvvəlcədən ödənməli olduğundan 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV üzrə depozit hesabından 28753.0 manat avans olaraq ƏDV ödənilmişdir. Lakin Cəmiyyətin hesablaşma hesabında vəsait olmadığından əsas məbləğ ödənilməmiş, müqavilənin şərtinə əməl edilməmiş və əməliyyat yarımçıq qalmışdır. Əməliyyat başa çatmadığı üçün avans olaraq ödənilmiş məbləğ Səhmdar cəmiyyət tərəfindən hissə-hissə qaytarılmış, hazırda isə 11753.0 manat qalmışdır. Yəni iddiaçı ƏDV-nin depozit hesabına edilmiş ödəməni qaytarmalı olduğunu bilmiş, buna uyğun olaraq da həmin məbləğin bir qismini hissə-hissə qaytarmışdır, lakin bu halla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli quruma məlumat verməmiş, əksinə həmin məbləği hesabında saxlamaqla əməliyyatlar həyata keçirmişdir. İddiaçının alqı-satqı müqaviləsi əsasında ƏDV sub-uçot hesabına edilən ödəmənin avans olmasını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilədə birmənalı olaraq məbləğin birdəfəlik ödənilməsi qeyd edilmişdir. Digər bir tərəfdən qeyd olunan normaların məzmunundan da görünür ki, avans malın ƏDV-siz dəyərinin hissə-hissə ödənişi olduğundan ödənilmiş məbləğ avans hesab edilə bilməz. İddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, i ş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən iddiaçı “X7 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(104)- 355/2023 nömrəli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X1 və X2) Gəncə İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının alğı-satqı müqaviləsi əsasında ƏDV sub-uçot hesabına edilən ödəmənin avans olmasını bildirməsi ilə bağlı qeyd edilməlidir ki, müqavilədə birmənalı olaraq məbləğin birdəfəlik ödənilməsi qeyd edilmişdir. Digər tərəfdən qanunvericilikdən də görünür ki, avans malın ƏDV-siz dəyərinin hissə-hissə ödənişi olduğundan və malın ƏDV-siz dəyəri ödənilmədiyindən hazırda ödənilmiş məbləğ avans hesab edilə bilməz. ƏDV sub-uçot hesabına yalnız ƏDV məbləği ödənilir ki, bunun da ge ri qaytarılmasına vergi qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilir

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır, məhkəmə kollegiyası hansı maddi hüquq normasının düzgün tətbiq olunmasını nəzərdə tutur aydın deyil. Halbuki, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. 01 yanvar 2020-ci il tarixdən et ibarən təqdim edilən mallara (işlər və xidmətlərə) görə ƏDV tutulan əməliyyatların vaxtı həmin malların (iş və xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq müəyyən edilir ki, ƏDV-yə cəlb olunan dövriyyə depozit hesaba daxil olmuş vəsaitlə müəyyən edilmir, faktiki hesablaşma hesabına daxil olmuş vəsaitlə müəyyən edilir. Yekun olaraq qərarda qeyd edilmişdir ki, işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********659600 nömrəli qərar qəbul edərkən sadalanan normaların tələblərinə əməl edildiyindən iddiaçının tələbi təmin edilməməlidir. Hakim qərarında mübahisəyə tətbiq ediləcək maddi hüquq normasından və inzibati orqan tərəfindən qərar qəbul edərkən sadalanan normaların tələblərinə əməl edilməsindən bəhs edir və bu əsasla iddiaçının tələbinin təmin edilməməli olduğunu qeyd edir, lakin qərarda konkret olaraq sözügedən məsələ ilə bağlı iddiaçıya vergi öhdəliyi yaradan maddi hüquq normasına istinad qeyd edilməmişdir, çünki vergi qanunvericiliyində belə bir norma mövcud deyildir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə qərarda konkret olaraq sözügedən məsələ ilə bağlı iddiaçıya vergi öhdəliyi yaradan maddi hüquq normasına istinad qeyd edilməmiş, çünki vergi qanunvericiliyində belə bir norma mövcud deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəy icisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının 1.1-ci bəndində vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi qeyd olunmuşdur. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasi ya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-nin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır. Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi" Qaydalarında mal ların dəyəri ödənilərkən yalnız ƏDV məbləğinin ödənilməsi, eyni zamanda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda da alıcı tərəfindən aldığı malların ƏDV-sinin iddiaçının ƏDV depozit hesabına köçürülməsi iddiaçı üçün 2021-ci ilin iyun ayı üçün ƏDV üzrə hesablama vermək öhdəliyi yaratmışdır. Vergi orqanı tərəfindən iddiaçıya göndərilmiş “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubda qeyd olunanlardan da göründüyü kimi vergi orqanı tərəfindən hesablama aparılarkən geri qaytarılmış məbləğ nəzərə alınmış və vergitutma obyektindən kənar edilmişdir.

15. Vergi ödəyicisinin 2021-ci il iyun ayı dəqiqləşmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilən zaman qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək (2021-ci ilin iyun ayı da daxil olmaqla) olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 166577.3 manat olduğu və həmin məbləğdən 10200 manat ƏDV məbləğinin geri qaytarıldığı, habelə təqdim edilmiş 2021-ci ilin iyun ayı ƏDV bəyannaməsində cari ayın sonuna cari debitor məbləğinin 10132,32 manat ƏDV məbləği ( ƏDV-siz 56290.68 manat), yekunda qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 +301.1.1.7+ 301.1.1 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319. 1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 124008,88 manat olmağı, təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə - 22236.1 manat (166577.3-10200-101xx.xx-124008,88 = 22236.1 manat ƏDV məbləği fərqi) ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqan larının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə

11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə

12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23.1.1. Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi or qanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə

64. Əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78.1 Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasınd an asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; vergi yoxlaması materiallarına; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə

166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddə də başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçi rildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır.[940] 166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malla rın (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. 166.6. Ödəmə malların (işlərin, xidmətləri n) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. 2

1. İşin halları ilə müəyyən olunur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə “X7 Stansiyası” Açıq Səhmdar Cəmiyyətindən hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün sənədlərin vergi orqanına təqdim olunması tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməmiş və 2021-ci ilin iyun ayı üçün 22236.10 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.

22. İş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli, 07-10/Ç-2020 saylı alğı-satqı müqaviləsindən görünür ki, alıcı, yəni "xxxx" MMC şərtləşdirilmiş malın dəyərinin 100 faizini ödəməli idi. Həmçinin "xxxx" MMC-nin məktubu ilə də müəyyən olunur ki, bağlanmış müqaviləyə və müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna görə satılacaq “Körpülü kranın” qiyməti (ƏDV-siz) 159.783.0 manat, ƏDV 28.752.84 manat, ümumi dəyəri 188.490.84 manat razılaşdırılmışdır. Müqavilənin şərtinə görə malın dəyərinin 100 faizi əvvəlcədən ödənməli olduğundan 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV üzrə depozit hesabından 28.753.0 manat avans olaraq ƏDV ödənilmişdir. Lakin cəmiyyətin hesablaşma hesabında vəsait olmadığından əsas məbləğ ödənilməmiş, müqavilənin şərtinə əməl edilməmiş və əməliyyat yarımçıq qalmışdır. Əməliyyat başa çatmadığı üçün avans olaraq ödənilmiş məbləğ cəmiyyət tərəfindən hissə-hissə qaytarılmış, hazırda isə 11753.0 manat qalmışdır.

23. Hazırkı iş üzrə cavabdeh tərəfindən vergi tutulan əməliyyat 15 oktyabr 2020ci il tarixli, 07 -10/Ç-2020 saylı alqı-satqı müqaviləsidir.

24. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Vergi Məcəlləsinin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.

25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları araşdırmadan qərar qəbul etmişdır. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsi üzrə malın ƏDV-siz dəyərinin ödənilib-ödənilməməsi barədə bank əməliyyatları üzrə araşdırma aparmamışdır.

26. Həmçinin, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin biri nci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

27. Cavabdehin xx.xx.2022-ci il tarixli “X7 Stansiyası” Açıq Səhmdar Cəmiyyətindən hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün sənədlərin vergi orqanına təqdim olunması barədə məktubunda qeyd olunan dəqiqləşdirilmiş bəyannamə iş materiallarında mövcud deyil.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd olunan müddət tələbinin təmin olunmasını müəyyən etmək məqsədi ilə iddiaçı tərəfindən verilmiş dəqiqləşdirilmiş bəyan namə və MMC-nin şəxsi hesab vərəqəsi iş materiallarına əlavə edilməli olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmamış, həmin normanın tələblərinə cavabdeh tərəfindən əməl olunması yoxlanılmamışdır.

29. Bundan əlavə, müqavilənin subyekti olan "xxxx" MMC tərəfindən qalan ƏDV məbləğinin əvəzləşdirilməsinin aparılıb-aparılmaması müəyyən olunmalıdır.

30. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir

31. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdı rmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə, bu qərarın 16-cı bəndində bəhs olunan hüquq normalarının tələblərinə uyğun araşdırma aparılmamışdır.

32. Odur ki, kasasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın təmi n olunması hissəsində şikayət təmin olunmamalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X7 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(104)- 355/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar apellyasiya baxışına göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar