Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2274/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanması cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanması cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 16 aprel tarixli, 2-1(106)-124/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda iddiaçı xx.xx.1985xx.xx.1991-ci illərdə 1-ci Şahsevən kənd sovetində katib vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu kimi nəzərə alınaraq dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını tələb edir. 2. Аzərbаycаn Rеspublik аsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-4566/2024 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 13 yanvar 2023-cü il tarixli 3-17-1/2-M-5943/3/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 13 dekabr 2023- cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması X1 Kənd X3 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Bu səbəbdən də adıçəkilən komitədəki 18 oktyabr 1991- ci il tarixinədək əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1985-1991-ci illər üzrə işlədiyi işin dövlət qulluğu kimi qəbul edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 aprel 1982-ci tarixdə Beyləqan rayonu X9 X5 İcraiyyə Komitəsində hərbi məsləhətçi vəzifəsinə işə qəbul olunmuşdur. 19 fevral 1985-ci il tarixdə həmin vəzifədən azad edilərək kənd Sovetinin katibi vəzifəsinə təyin edilmişdir. 21 dekabr 1991-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının X9i üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmiş, 03 oktyabr 2012-ci il tarixdə vəzifədən azad olunmuşdur. Hazırda yaşa görə təqaüdə çıxmışdır. Yaşa görə pensiyaya çıxarkən 24 aprel 1982-ci il tarixindən 03 oktyabr 2012-ci ilədək çalışdığı vəzifə dövlət qulluqçu kimi nəzərə alınmamışdır.
5. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçü n o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. İddiaçı Mərkəzi Filial tərəfindən 1 iyul 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 133,50 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 66,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 148,33 manat olmaqla orta aylıq əmək haqqı 848,58 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 20 il 9 ay 12 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (848,58 manat) 67,25 faizi- 570,67 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı ümumi iş stajı 24 il 11 ay 9 gün (xx.xx.1980- xx.xx.1980-cı il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1991- xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajı isə 20 il 9 ay 12 gün (xx.xx.1991-xx.xx.2012-ci il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentya br tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda X9 X3 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının komitədəki 18 oktyabr 1991-ci il tarixədək əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. birinci instansiya məhk əməsinin gəldiyi nəticə:
6. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 2024-cü il 25 sentyabr tarixli, 2-1(120)-3258/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1985-xx.xx.1991-ci illərdə 1-ci Şahsevən kənd X3 İcraiyyə Komitəsində katib vəzifəsini icra etdiyini və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olduğunu bildirsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstəril ən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya həmin vəzifə daxil olmadığı üçün dövlət qulluğu hesab edilmir.
8. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və İ.Q.Əsədov) 2025-ci il 16 aprel tarixli, 2-1(106)-124/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3258/2024 nömrəli qərarı ləğv edilməklə, iddianın təmin edilm əsi, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci tarixədək Beyləqan rayon 1-ci Şahsevən kənd X3 İcraiyyə Komitəsində katib vəzifəsində işlədiyi dövrün dövlət qulluğu kimi nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kənd X5 İcraiyyə Komitəsinin katibi vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması kənd X5 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi o lmaması anlamına gəlməməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, kənd X3 İcrayə Komitəsində hərbi masa rəisi və katib vəzifələrində işləmiş əməkdaşlar səfərbərlik və çağırış funksiyalarının, ərazi icra nümayəndəliklərdə kargüzarlıq, təsərrüfatbaşına uçot və digər xidməti sənədlərin işlənməsi funksiyalarını həyata keçirmişdir. Hazırda həmin işlər inzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusu olan Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinləri tərəfindən həyata keçirilir. Bu baxımdan iddiaçının fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, həmin qurumun təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış edərək, nəzərə almaq lazımdır ki, həmin dövrün dövlət hüquq normalarına və idar əçilik sisteminin təşkili prinsiplərinə əsasən qeyd olunan qurum dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının 1985-1991-ci illərdə işlədiyi Beyləqan rayonu X9 X3 İcrayə Komitəsində katib vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qu lluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda öz əksini tapmadığına istinad etməklə kifayətlənmiş, həmin vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmadığının müəyyən edilməsi istiqamətində lazımi həcmdə araşdırma aparmamışdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir.
11. Cavabdeh qeyd olunan qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Filial tərəfindən 1 iyul 2022-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 445,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 133,50 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 66,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 148,33 manat olmaqla orta aylıq əmək haqqı 848,58 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 20.11.2- ci madd əsinə əsasən 20 il 9 ay 12 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (848,58 manat) 67,25 faizi-570,67 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı ümumi iş stajı 24 il 11 ay 9 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1985-ci xx.xx.1991-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajı isə 20 il 9 ay 12 gün (xx.xx.1991-xx.xx.2012-ci il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mö vcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda X9 X3 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının komitədəki 18 oktyabr 1991-ci il tarixədək əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd olunan hal X4 müvafiq məktubları ilə öz təsdiqini tapmışdır. Belə ki, araşdırma zamanı Azərbaycan Respublikası X4 xx.xx.2024-cü il tarixli, 9-3/2 1217/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrə li Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası"nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respu blikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1982-1985-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsində hərbi masa rəisi vəzifəsində iş müddətilə bağlı bildirilir ki, yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin "inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin bənddə kənd X2 icraiyyə komitəsində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 19821985-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsində hərbi masa rəisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Bundan başqa, Azərbaycan Respublikası X4 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-2535/2024 nömrəli digər məktubunda göstərilmişdir ki, 1985-1991-ci i llərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində iş müddətilə bağlı bildirilir ki, yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu'nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, kənd X3 icraiyyə komitəsində mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1985-1991ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Göründüyü kimi, iddiaçının xx.xx.1985-xx.xx.1991-ci illərdə 1-ci Şahsevən kənd X3 İcraiyyə Komitəsində katib vəzifəs ində işləməsi vəzifəsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dövlət qulluğunun aparıldığı orqanlar sırasına daxil deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması" Siyahısı təsdiq edilmişdir. Lakin, iddiaçının xx.xx.1985-xx.xx.1991-ci illərdə İ Şahsevən kənd sovetində katib vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması qeyd edilən qərarda nəzərdə tutulmamışdır. İşin faktiki hallarına əsasən iddiaçının xx.xx.1985-xx.xx.1991-ci illərdə 1-ci Şahsevən kənd X3 İcraiyyə Komitəsində katib vəzifəsini icra etdiyini və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olduğunu bildirsə də, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı'nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya həmin vəzifə daxil olmadığı üçün həmin müddət dövlət qulluğu stajı hesab edilmir. Apellyasiya instansiya məhkəməsi isə öz qərarında qeyd etmişdir ki, kənd X5 İcraiyyə Komitəsinin katibi vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfinden uyğunlaşdırmanın aparılmaması kənd X5 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmaması anlamına gəlməməlidir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2025ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, 1982-1991-ci illərdə Beyləqan rayonu X9 X3 İcrayə Komitəsində hərbi masa rəisi və katib vəzifələrində işləmiş əməkdaşların vəzifə təlimatları barədə Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur. Beyləqan rayonu kənd X3 İcrayə Komitəsində hərbi masa rəisi və katib vəzifələrində işləmiş əməkdaşlar səfərbərlik və çağırış funksiyalarının, ərazi icra nümayəndəliklərdə kargüzarlıq, təsərrüfatbaşına uçot və digər xidməti sənədlərin işlənməsi funksiyalarını həyata keçirmişdir. Hazırda həmin işlər inzibati vəzifələrin yeddinci təsnifatı üzr ə dövlət qulluqçusu olan Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinləri tərəfindən həyata keçirilir. Dövlət qulluğu sahəsində fəaliyyəti və dövlət qulluğu üçün kadrların seçilməsini təşkil edən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən bu siyasətin həyata keçirilməsini təmin edən, dövlət qulluqçularının reyestrini aparan və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin edən publik hüquqi şəxs olan Azərbaycan Respublikası X4 iş üzrə verdiyi rəylərdən də aydın olur ki, İddiaçı 1985-1991-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsindəki iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmı r. Belə ki, apellyasiya instansiya məhkəməsi həmin illərin hansı əsasla dövlət qulluğu stajına aid edilməsini müəyyən etməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi vəzifələrin həmin Siyahıya əsasən uyğunlaşdırılması müəyyən edilməmiş, məhkəmə maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş və öz qərarını lazımi qaydada əsaslandırmamışdır. Nəticədə, apellyasiya instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğuna aid edilib edilməməsi ilə bağlı iddia tələbini araşdırarkən vəzifənin Siyahıya uyğunluğunu müəyyən etmədən əsassız olaraq yekun nəticəyə gəlmişdir. Göründüyü kimi, apellyasiya instansiy a məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 2.1. dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.5. bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. dövlət qulluğu vəzifəsi dövlət orqanının norm ativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 8.1. dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyat a keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları); 8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X6, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dö vlət orqanları); 8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, AzərbaycanRespublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti o rqanları, Milli Televiziya və X7 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X7, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları); 8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları); 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Maddə 8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısı
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətd ə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının dövlət qulluğu stajı 20 il 9 ay 12 gün (xx.xx.1991-xx.xx.2012- ci il tarixləri arasındakı dövr) təşkil edir. Hazırkı işdə iddiaçının hüquqi marağı xx.xx.1985-xx.xx.1991-ci illərdə 1-ci Şahsevən kənd sovetində katib vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu kimi nəzərə alınaraq dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir.
21. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair qənaətini onunla əsaslandırmışdır ki, kənd X3 İcrayə Ko mitəsində hərbi masa rəisi və katib vəzifələrində işləmiş əməkdaşlar səfərbərlik və çağırış funksiyalarının, ərazi icra nümayəndəliklərdə kargüzarlıq, təsərrüfatbaşına uçot və digər xidməti sənədlərin işlənməsi funksiyalarını həyata keçirmişdir. Hazırda həmin işlər inzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusu olan Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinləri tərəfindən həyata keçirilir. Bu baxımdan iddiaçının fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, həmin qurumun təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış edərək, nəzərə almaq lazımdır ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən qeyd olunan qurum dövlət idarəçiliyi sahəsində dövlətin funksiya larını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur.
22. Kollegiya apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi ba rədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısı təsdiq edilmişdir.
23. İşin mübahisələndirilməyən hallarından aydın olur ki, iddiaçının xx.xx.1985xx.xx.1991-ci illərdə 1-ci Şahsevən kənd sovetində işlədiyi katib vəzifəsi yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulmamışdır.
24. Eyni zamanda bu sahə üzrə ixtisaslı qurum olan Azərbaycan Respublikası X4 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-2535/2024 nömrəli məktubunda göstərilmişdir ki, 1985-1991-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində iş müddətilə bağl ı bildirilir ki, yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılsa da, kənd X3 icraiyyə komitəsində mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1985-1991-ci illərdə Beyləqan rayon İ Şahsevən kənd X3 İcraiyyə Komitəsinin katibi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
25. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının “19851991-ci illər üzrə işlədiyi işin dövlət qulluğu kimi qəbul edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üz ərinə qoyulması” barədə iddiasının təmin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin qərarı qanunauyğun və əsaslı olmadığına görə ləvğ edilməli, iddia təmin edilməməldir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 16 aprel tarixli, 21(106)-124/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.