Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2275/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1991-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6 oğlu, X7, X8, X11 və X3) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-464/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.1399 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X6 oğlu, X7, X8, X11 və X1, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X6 oğlunun adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən X4, X6 oğluna, X5, X9 və X2 məxsus 0.1399 hektar torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 173.8 kv.m fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış ********** nömrəli reyestr qeydinin qismən, yəni X6 oğlunun adına qeyd edilmiş 173.8 kv.m fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 oğluna aid Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən torpaq sahəsinin üzərind ə inşa edilmiş ümumi sahəsi 173.8 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış verilərkən qanunsuz olmuş, iddiaçının mülkiyyət hüquqlarını pozmuş, çıxarış qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, qeyd olunan fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən və bu, məhkəmə qətnaməsi ilə öz təsdiqini tapdığından, X6 oğluna aid Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 173.8 kv.m olan fərdi yaşayış evinə münasibətdə həmin çıxarış ləğv edilməlidir. Cavabdehin etirazları:
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-517/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-464/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(114)-517/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Üçüncü şəxs X6 oğlu kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyu n 2023-cü il tarixli, 2-1(104)-464/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ
16. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
17. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı cavabdehlər X6 oğluna, X4, X5, X9 və X2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, həmin fərdi yaşayış evinə 1/2 hissədə payının müəyyən olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə aparılmış reyestr qeydinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-292/2021 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-326 3/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-292/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3263/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi evə dair reyestrdə aparılmış qeydin və çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Həmin məhkəmə aktları ilə hazırkı işdə iddia olunan ev birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməmişdir.
19. Eyni ilə, iddiaçının həmin daşınmaz əmlakа hər hansı əşya hüququnun olduğu da müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı cavabdeh tərəfindən hüququnun pozulduğunu iddia edə bilməz.
20. Beləliklə, iddiaçının cavabdehə qarşı İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
21. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü tarixli, 21(104)-464/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.