Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2277/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi mübahisələri; vergi qanunuvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azə rbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin iştirakı ilə) qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1843/2021 nömrəli iş üzrə 19.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 01 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «Vergi ödəyicisinin vergi qanunuvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 09.12.2019-cu il tarixli, **********194539 №-li Qərar qəbul edilmişdir. Qərara əsasən İddiaç ı MMC üzrə səyyar vergi yoxlamasının nəticəsində 2014-2018-ci illər üzrə 1 540 834.52 manat ƏDV məbləği artıq hesablanması qərara alınmışdır. Qərar əsasında 09.12.2019-cu il tarixli, **********944400 tələbnamə təqdim olunaraq İddiaçı MMC-dən əlavə hesablanmış vergilər üzrə a) 1540834.52 manat; b) vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə - 171766.30 manat, cəmi 1 712 600.82 manatın 5 gün müddətinə ödənilməsi tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş vergi məsuliyyətinə cəlb olunma haqqında qərarı əsassız hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırı lması Baş İdarəsinə qarşı İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 30.10.2019-cu il tarixli, **********176853 nömrəli aktı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarının ləğv olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini ədliyyə müşaviri X1 tərəfindən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 30.10.2019-cu il tarixli **********176853 nömrəli aktı əsasında «Vergi ödəyicisinin vergi qanunuvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 09.12.2019-cu il tarixli **********194539 №-li Qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı MMC üzrə səyyar vergi yoxlamasının nəticəsində 2014-2018-ci illər üzrə 1 540 834.52 manat ƏDV məbləği artıq hesablanması (171 766.3 manat maliyyə sanksiyası əlavə edilməklə) qərara alınmışdır. Sözügedən qərar əsasında 09.12.2019-cu il tarixli **********944400 tələbnamə təqdim olunaraq İddiaçı MMCdən əlavə hesablanmış vergilər üzrə a) 1540834.52 manat; b) vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə - 17176 6.30 manat, cəmi 1 712 600.82 manatın 5 gün müddətinə ödənilməsi tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş vergi məsuliyyətinə cəlb olunma haqqında qərarı əsassız hesab edir. Belə ki, İddiaçı MMC 27.06.1994-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaqla tikinti sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı MMC öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən, Vergi Məcəlləsinin tələblərinə daim riayət etmiş, sahibkarlıq fəaliyyətindən irəli gələn vergi və digər dövlət məcburi ödənişlərini vaxtında, tam şəkildə yerinə yetirmişdir. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş 30.10.2019-cu il tarixli səyyar vergi yoxlaması (SYV) aktından görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbt idai Araşdırılması Baş İdarəsinin 25.10.2018-ci il tarixli **********167061 saylı qərarına əsasən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi X4 tərəfindən İddiaçı MMC üzrə aksiz vergisi, torpaq vergisi, ÖM vergi, Sadələşdirilmiş vergi, mənfəət vergisi, ƏDV və digər tədiyyələr üzrə 2013-2018-ci illəri əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. O cümlədən, ƏDV üzrə aparılan yoxlama 2013-cü ilin oktyabr ayından 2018-ci ilin avqust ayı daxil olmaqla 5 illik dövrü əhatə etmişdir. Aparılmış SVY nəticəsində tərtib olunmuş aktla digər vergi tədiyyələri üzrə ciddi nöqsanlar aşkar olunmadığı, yalnız yoxlanılan 2014-2018-ci illər üzrə ƏDV tədiyyəsi üzrə büdcəyə 1 540 834,52 manat əlavə vəsait hesab lanmışdır. Aktda göstərilir ki, müəssisədə növbədənkənar SVY ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 19.10.2018-ci il tarixli qərarına əsasən təyin edilmişdir. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti mənzil tikintisindən ibarət olmuşdur. Bundan əvvəl müəssisədə səyyar vergi yoxlamaları aparılmış, 16.03.2015-ci il tarixli SVY aktı, 22.12.2017-ci il tarixli SVY aktı tərtib olunmuş, sonuncu dəfə 12.12.2017-ci il tarixli **********4132826 №-li Qərarla vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunmuşdur.Növbədənkənar səyyar vergi yoxlaması aktı ilə əvvəlki yoxlama dövrü (2013-2015,2014-2016-cı illər) təkrar yoxl anılmış və vergi ödəyicisinin qanunvericiliyinin tələblərinə əməl etməməsi nəticəsinə gəlinmişdir. 30.10.2019-cu il tarixli aktda göstərilir ki, yoxlamanın gedişində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən müəssisə tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş binalarda 01.10.2013-cü il tarixdən 01.09.2018-ci il tarixədək olan dövr ərzində satılmış yaşayış, qeyri-yaşayış və mansard sahələrinin illər üzrə real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatası «Azərekspertiza» Birliyinin eksperti dəvət olunaraq müvafiq ekspert rəyi alınmışdır. Həmçinin, Aktdan görünür ki, yoxlamanın gedişində müəssisə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yol u 93 ünvanda inşa edilən binaların ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» Birliyinin mütəxəssisi dəvət olunaraq müvafiq mütəxəssis rəyi alınmışdır. Beləliklə, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan SVY 2018-ci ilin oktyabr ayında başlanmasına baxmayaraq, 2013- cü ildən başlayan dövrü, yəni qanunvericliklə nəzərdə tutulmuş 3 ildən artıq dövrü əhatə etməklə, o cümlədən, ƏDV tədiyyəsi üzrə əvvəlki SVY çərçivəsində yoxlanılmış 2014- 2015-ci illəri də əhatə etmişdir. SVY aparılarkən yaşayış, qeyri-yaşayış və mansard sahələrinin illər üzrə bazar dəyərinə dair ekspertiza və mütəxəssisdən rəylər alınaraq ƏDV-nin hesablanması məqsədləri üçün həmin rəylərdə göstərilən bazar dəyəri əsas götürül məklə yenidən hesablanma aparılmışdır. İddiaçı hesab edir ki, yoxlayıcı orqanın yuxarıda göstərilən bu hərəkətləri əhatə olunmuş dövrlər üzrə, həm də vergitutma obyektinin bazar qiymətinin dəyərləndirilməsinin aparılması baxımından qanunsuz və əsassız olmuşdur.
4. Birinci instansiya məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)525/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə İddiaçı MMC-nin iddiasının qismən təmin edilməsi, cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li saylı qərarı qismən, dövlət büdcəsinə ödənilməli olan 363.70 5,55 manat ƏDV və 171.766,3 manat maliyyə sanksiyasının tutulması hissəsi istisna olmaqla, qalan hissədə - 2014-2015 dövrlər üzrə ƏDV hissəsində ləğv edilməsi, qalan hissədə iddia təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 6.1.3, 52.1, 53.1, 58.1, 153, 154, 159.1-ci maddələrinə, İPM-in 14.1, 58.1, 58.7, 68.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan, vergi orqanının mübahisələndirilən qərarı qismən, yəni 2014 - 2015-ci illər üzrə ƏDV hissəsində ləğv edilməlidir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 nömrəli qərarının ləğv edil məsini, iddia təmin edilməmiş hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 nömrəli qərarının ləğv edilməsini, iddia təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 19.08.2021-ci il tarixli, 2-1(103)-1843/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Vidadi Məmmədov) qərarı ilə İddiaçı MMC t ərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-525/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanıması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarını tətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 14.2 və 14.3-cü maddələrini düzgün tətbiq etməmiş, həmin məcəllənin 14.1-ci və 01.01.2016-cı ilədək qüvvədə olmuş 159.9-cu maddələrini isə tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, inzibati mühahisə üzrə bazar qiymətinin müəyyən edilməsi və bu istiqamətdə ekspertizanın təyin edilərək ekspert rəyinin alınması qanunsuz və əsassız olmuşdur. Məlumat üçün bildirir ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 19.10.2018-ci il tarixli qərarı ilə müəssisənin fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Qərarın İcrası məqsədilə Baş idarənin 25.10.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 30.10.2019cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 09.12.2019-cu il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cəmiyyət tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli sərəncamı ilə verilmiş icazə əsasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2561-ci məhəllə ünvanında yerləşən 0,49 ha torpaq sahəsində 5 girişli, 13 mərtəbəli yaşayış binası tikilmişdir. 19.09.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən tikilmiş binaların ümumi sahəsinin 44.550,84 m2 (yaşayış L sahəsi - 28.901,51 m*, qeyri yaşayış sahəsi - 2.797,71 m2 mansard sahəsi - 2.409,86 m2, zirzəmi - 3.002,73 m2, pilləkən, dəhliz, lift sahəsi - 7.439,03 m2), satışa yararlı sahənin isə 35.441,08 m2 olduğu müəyyənləşdirilmişdir. İddiaçının fəaliyyəti üzrə əvvəllər keçirilmiş səyyar vergi yoxlamaları zamanı tərtib edilmiş 25.06.2009-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə 8.000,0 m2, 16.03.2015-ci İl tarixli səyyar vergi yoxlaması aktı ilə isə 13.010,0 m2 satışa yararlı sahə əhatə edilmişdir. Yerdə qalan 14.431,08 m2 (35.441,08-8.000,0-13.010,0) satışa yararlı sahə əvvəlcə 18.08.2017-ci il tarixli səyyar vergi yoxlaması aktında əhatə olunmuşdur. Eksp ert tərəfindən müəyyən edilmiş orta bazar qiyməti (1 m2 üzrə 800,0 manat) əsas götürülməklə ümumi satış qiyməti 11.544.86 manat (14.431,08*800,0) müəyyən edilmiş, 1.761.080,95 manat (11.544.86*18/118) ƏDV hesablanmışdır. İddiaçı həmin səyyar vergi yoxlamasının nəticəsindən narazı olduğunu bildirmiş, hesablanmış vergilərə yenidən baxılması üçün həmin dövr üzrə təkrar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin sonrakı səyyar vergi yoxlaması zamanı təqdim edilmiş sahələr üzrə real bazar qiymətləri araşdırılmadan, əsassız olaraq Vergi Məcəlləsinin 159.9-cu maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş minimum dövriyyə (hər kvadratmetr üzrə 225,0 manat) tətbiq edilmişdir. Qeyd olunan səyyar vergi yoxlaması zamanı yol verilmiş nöqsanların aradan qaldırılması və iddiaçı nın real vergi öhdəliyini müəyyən etmək məqsədilə hazırkı yoxlama təyin edilmişdir. Hazırkı yoxlama zamanı satışa yararlı sahə üzrə real bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə ekspert dəvət edilmişdir. İddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2561-ci məhəllə ünvanında inşa etdiyi binanın yoxlama ilə əhatə edilən sahəsinin təqdim edilməsindən ƏDV öhdəliyi 1.761.587,7 manat ([5.317.642,0+6.230.544,0]x 18/118) müəyyən edilmiş, əvvəlki yoxlama ilə hesablanmış 584.458,7 manat nəzərə alınmaqla, ona əlavə olaraq 1.177.129,0 manat ƏDV hesablanmışdır. Bununla yanaşı, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 09.06.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında, X2 məxsus 2,83 ha torpaq sahəsində yaşayış binalar ının tikintisini həyata keçirmişdir. Həmin binaların təməlqoyma işlərinə 2016-cı ilin may ayında başlanılmış, iddiaçı Vergi Məcəlləsinin 218.3-cü maddəsində göstərilən müddətdə bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyindən Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən ƏDV-nin ödəyicisi sayılmışdır. Yoxlamaya təqdim edilmiş müqavilələrə əsasən müəyyən edilmişdir ki, 01.09.2018-ci il tarixədək olan dövr ərzində həmin binalarda 2.991,0 m yaşayış sahəsi (38 mənzil) 2.384.292,0 manata təqdim edilmiş, buna baxmayaraq ƏDV hesabatlarında heç bir dövriyyə bəyan edilməmişdir. Bu səbəbdən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş binanın yoxlama ilə əhatə edilən sahəsinin təqdim edilməsi nə görə 363.705,55 manat (2.384.292,0x18/118) ƏDV hesablanmışdır. Beləliklə, hazırkı yoxlama ilə iddiaçıya ümumilikdə 1.540.834,52 manat (1.177.129+363.705,55) ƏDV hesablanmışdır. Göründüyü kimi qanunvericilik ƏDV məqsədləri üçün vergi tutulan dövriyyənin yalnız aşağı həddi üzrə hər kvadratmetr üzrə 225,0 manat olmaqla məhdudiyyət nəzərdə tutur. Hazırkı yoxlamayadək iddiaçının ƏDV öhdəliyi müəyyən edilərkən də satışa yararlı sahənin 1 m2 üzrə satış qiyməti 225,0 manatdan hesablanmışdır. Halbuki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş müqavilələr və maliyyə arayışlarına əsasən iddiaçının həmin dövrdə, həmin binada olan aşağıdakı mənzillər üzrə rəsmiləşdirdiyi satış qiymətləri 650- 850 manat arasında olmuşdur.
11. Belə olan halda iddiaçın ın bağladığı real satış müqavilələrindən təxminən 3 dəfə aşağı qiymətin, yəni 225,0 manatın tətbiq edilərək ona vergi hesablanmalı olduğunu qeyd etməsi absurddur, gülünc və anlaşılan deyil. Başqa sözlə desək iddiaçı açıq-aşkar vergidən yayınmaq istədiyini bəyan edir və işə baxan aşağı instansiya məhkəmələri isə işdə olan sübutları və qanunvericiliyin tələblərini görməzdən gələrək qəbul etdikləri qərarla vergi ödəyicisinin külli miqdarda vergiləri büdcədən yayındırmasına şərait yaradırlar.
12. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq hesab edirik ki, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 14.2-ci və 14.3.3-cü maddələrini düzgün tətbiq etməmişdir.
13. İşin faktiki hallarından müəyyən olunur ki, bazar qiymətinin tətbiq edilməsi üçün kifayət qədər hüquqi əsas olmuş, lakin məhkəmə ko llegiyası bu faktların müəyyən edilməsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və nəticədə iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarında mövcud olan və birbaşa öncə qüvvədə olan Vergi Məcəlləsinin 159.9-cu maddəsinin tətbiqini istisna edən sübutları nəzərə almamışdır.
14. Birinci dəlil ondan ibarətdir ki, iş materiallarında iddiaçının qeyd olunan bina üzrə satdığı mənzillərin rəsmiləşdirildiyi müqavilələr üzrə qiymətlər artıq minimum dövriyyənin (225,0 manatın) tətbiqini istisna edir. Digər tərəfdən analoji mənzillərin satış qiymətlərinin əks olunduğu rəsmi mənbə və iş materiallarında mövcud olan sübutlar birmənalı şəkildə ƏDV üzrə hesablama üçün minimum dövriyyənin tətbiqini İstisna edir.
15. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normasına istinad etməsinə və həmin normanı tətbiq etməsinə baxmayaraq, hansı vergilərin ödənildiyi halda təkrar ödənilməsini əsaslandırmamışdır. Halbuki iddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2561-ci məhəllə ünvanında inşa etdiyi binanın yoxlama ilə əhatə edilən sahəsinin təqdim edilməsindən ƏDV öhdəliyi 1.761.587,7 manat ([5.317.642+6.230.544] *18/118) müəyyən edilmiş, əvvəlki yoxlama ilə hesablanmış 584.458,7 manat nəzərə alınmaqla, ona əlavə olaraq 1.177.129,0 manat ƏDV hesablanmışdır.
16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(103)1843/2021 nöm rəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 17. daxil olmamışdır. İddiaçı və üçüncü şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxla ması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların ko nkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyya r vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
19. Vergi Məcəlləsinin 01 yanvar 2016-cı il tarixədək qüvvədə olmuş 159.9-cü maddəsi Mənzil tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əlavə dəyər vergisinin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə v asitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayə tin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qism ən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə və apellyasiya instansiyası məhkəməsinin 19.08.2021-ci il tarixli qərarı ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə gəldiyi nəticəyə gələrkən bunu onunla əsaslandırmışdır ki, “İnzibati iş üzrə araşdırma zamanı məhkəmə iclasında iştirak edən 3-cü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi də öz izahatı zamanı bildirmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04.12.2017-ci il tarixli, **********131010 nömrəli qərarı əsasında İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanda tikilmiş binalar üzrə satışa y ararlı olan 14.431,08 kv.m sahə yoxlama ilə tam əhatə olunmuş, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 159.9-cü maddəsi tətbiq edilməklə (225 manat X 14.431,08 = 3.246.993 manat), MMC-nin 2014-2015-ci illər üzrə ƏDV öhdəliyi 584.458,7 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsi tətbiq edilməklə maliyyə sanksiyası hesablanmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********135602 saylı 25.12.2017-ci il tarixli qərarla MMC cəmi 680.008,77 manat vergi məsuliyyətinə cəlb edilmiş, həmin qərar mübahisələndirilməmiş, vəsait MMC tərəfindən aidiyyəti üzrə ödənilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********135602 saylı 25.12.2017-ci il tarixli Qərar hazırda da qüvvədədir.
24. Göründüyü kimi, 04.12.2017-ci il tarixli, **********131010 nömrəli qərarı əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin 01.11.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan hesabat dövrü qiymətləndirilən zaman, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanda tikilmiş binalar üzrə satışa yararlı olan 14.431,08 kv.m sahə üzrə ƏDV hesablanarkən məhz VM-nin 159.9-cu maddəsinə istinad olunmuş və hər kvadrat metr üçün 225 manat məbləği tətbiq edilərək hesablanmışdır. Bu isə bir mənalı olaraq onu göstərir ki, əvvəlki səyyar vergi yoxlaması ilə iddiaçının yoxlanılan dövrü üzrə tətbiq edilmiş əlavə dəyər vergisinin hesablanma qaydası əsaslı olmuşdur.”
25. Daha sonra apellyasiya instansiyası məhkəməsi qərarında gös tərmişdir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Məhkəmə hesab edir ki oktyabr 2013-avqust 2018 olan dövrlər üzrə İddiaçı MMC-nin əldə etdiyi gəlirdən eyni növ verginin (ƏDV) hesablanması VM-nin 3.5-ci maddəsinə ziddir. Belə ki, 22.12.2017-ci il tarixli səyyar vergi yoxlaması aparılan zaman İddiaçı MMC –yə hesablanmış və vergi məsuliyyətinə cəlb olunması ilə bağlı qərar əsasında ona tətbiq olunmuş 584.458,74 manat ƏDV və 95.550,03 manat maliyyə sanksiyası artıq ödənilmişdir. Həmçinin, inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.12.2017-ci il tarixli, * *********135602 saylı qərarı mübahisələndirilməmiş və hazırkı günədək qüvvədə olmuşdur. Həmin qərar qüvvədə ola-ola, vergi ödəyicisi tərəfindən həmin qərarla hesablanmış vergi borcu dövlət büdcəsinə ödənildiyi halda, eyni dövr üzrə eyni sahənin fərqli metodla təkrar yoxlanılması ümumilikdə qanunverilik normalarının tələblərinə ziddir.”
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, 22.12.2017-ci il tarixli səyyar vergi yoxlaması aparılan zaman iddiaçıya hesablanmış və vergi məsuliyyətinə cəlb olunması ilə bağlı qərar əsasında tətbiq olunmuş 584.458, 79 manat ƏDV və 95.550,03 manat maliyyə sanksiyasının iddiaçı tərəfindən həqiqətən ödənilməsini təsdiq edən işdə heç bir sübut, yəni ödəniş sənədləri yoxdur, digər tərəfdən sözügedən məsələnin dəqiqləşdirilərək müəyyən edilməsini mümkün edən iddiaçının-vergi ödəyicisinin şəxsi hesab vərəqəsi də mövcud deyildir.
27. Beləliklə apellyasiya instansiyası məhkəməsi işin sözügedən faktiki hallarını təsdiq edə biləcək sübutları tələb etməmiş və onları araşdırmamışdır.
28. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin 25.12.2017-ci il tarixli, **********135602 saylı qərarının hazırda qüvvədə olması həmin qərar qüvvədə ola-ola verfgi ödəyicisi tərəfindən həmin qərarla hesablanmış vergi borcu dövlət büdcəsinə ödənildiyi halda, eyni dövr üzrə eyni sahənin fərqli metodla təkrar yoxlanılması ümumilikdə qanunvericilik normalarının tələblərinə zidd olması barədə qənaəti yanlışdır və qanuna uyğun deyildir.
29. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtar dıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.
30. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
31. Lakin apellyasiya məhkəməsi hazırkı iş üzrə məhkəmə qərarı qəbul edərkən Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrinin tələblərini nəzərə almamış, nəticədə sözügedən məsələ ilə bağlı yanlış qənaətə gəlmişdir.
32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə həll edilərkən Vergi Məcəlləsinin 3.5-ci maddəsinin vergi qanunvericiliyinin müddəal arının tələbləri baxımından işin faktiki hallarının tam və hərtərəfli araşdırılması nəticəsində mümkündür.
33. Lakin apellyasiya məhkəməsi bunları etməmişdir.
34. Belə ki, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 09.12.2019-cu il tarixli qərarında Vergi Məcəlləsinin 49-cu maddəsi əsas tutulsa da, həmin maddənin konkret olaraq hansı hissəsinə istinad edilməsi göstərilməmiş, halbuki bu məsələ həm iddiaçının, həm də cavabdehin hüquqi mövqelərinin nə dərəcədə qanuna uyğun olması üçün və nəticə etibarı ilə iş üzrə düzgün məhkəmə qərarı qəbul edilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.
35. Çünki, iddiaçıda bundan öncə bir neçə dəfə səyyar vergi yoxlamaları keçirilmiş, buna görə də mübahisə predmeti olan hazırkı növbədənkənar verg i yoxlamasının məqsədi Vergi Məcəlləsinin 49.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla aydınlaşdırılmalı, əvvəlki səyyar vergi yoxlamaları ilə sonuncu növbədənkənar yoxlaması ilə əhatə olunmuş dövrlər yoxlanılmış və vergi növləri müqayisəli şəkildə tam və hərtərəfli araşdırılmalı, düzgün hüquqi nəticəyə gəlinməlidir.
36. Belə olan halda kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 19.08.2021-ci il tarixli qərarı qismən-cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 21(103)-1843/2021 nömrəli qərarı qismən-cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.