Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2277/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.11.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-454/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Yelizavetpol şəhər idarəsi” fondundakı Yelizavetpol şəhər sakinlərinin daşınmaz əmlak siyahısında baş vermiş dəyişikliklərin 1913-cü ilə dair qeydiyyat kitabına əsasən, Əsgər və Həsən Allahverdi oğlanları Yelizavetpol şəhəri, 4-cü kvartal, Səfərabad küçəsində yerləşən 35 saylı ev (həyətyanı sahəsi ilə birgə) sahibləri olmuşlar.
2. Gəncə şəhər, Nizami küçəsi, 46 (keçmiş Gəncə şəhəri, Səfərabad küçəsi, 35; əvvəlki Yelizavetpol şəhəri, 4-cü kvartal, Əzizbəyov 54; Şıxnizami 64/46) ünvanında yerləşən mülk 1930-cu il tarixli inventarlaşdırma zamanı yerli təsərrüfat idarəsinin adına qeyd edilməklə, 5 nömrəli məktəbin balansında, 1954-cü il tarixli inventarlaşdırma zamanı 21 nömrəli məktəbin istifadəsində ol duğu qeyd edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 6138 nömrəli sərəncamı ilə ünvan 2 saylı binanın bir hissəsi Nizami rayon Dövlət Sığorta Agentliyinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 258 nömrəli sərəncamı ilə isə bir hissəsi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir (DƏDRX-nin Gəncə Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli və DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubları). 3. ünvan 1 ünvanda yerləşən birmərtəbəli binanın bir hissəsi və zirzəmisindəki 219,0 kv.m qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyətinə verilmiş və bu barədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır.
4. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-318/07 nömrəli, xx.xx.2 007-ci il tarixli qətnaməsi ilə 18 iyun 1964-cü ildə vəfat etmiş X13 X1 doğma qızı olması, X1 X3 ilə doğma qardaş olmaları ilə bağlı qohumluq münasibətində olmaya, X2 1931-ci ildə, X1 1934-cü ildə ölümlərinin qeyd edilməsinə və X13 X1 və X2 qanun üzrə vərəsəsi olmasına dair hüquqi faktlar müəyyən edilmişdir.
5. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə X20 və qeyrilərinin cavabdehlər X12 və qeyrilərinə qarşı həmin məhkəmənin 10 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş hesab edilmiş miras qoyanlar X1 qızı və X2 qardaşı qızı olan mərhum X13 qanun üzrə vərəsəsi olduğundan qanun üzrə vərəsəlik zamanı sonuncunun övladları X14 1/8 pay hissəsi, X15 1/8 pay hissəsi, X17 1/8 pay hissəsi, İddiaçı 1/8 pay hissəsi, X5 1/8 pay hissəsini, mərhum oğlu X21 övla dları X18 1/32 pay hissəsi, X8 1/32 pay hissəsi, X23 1/32 pay hissəsi, X19 1/32 pay hissəsi, mərhum qızı X16 övladları X9 1/24 pay hissəsi, X10 1/24 pay hissəsi və X11 1/24 pay hissəsi ilə ünvan 2 ünvanda yerləşən miras mülkə vərəsə kimi tanınıb paylarına mütənasib olaraq mülkiyyət hüququnun verilməsi, 219,0 kv.m torpaq sahəsində yerləşən Gəncə şəhəri, Nizami küçəsindəki 46 saylı miras mülkün və torpaq sahəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin digər cavabdeh X4 adına verdiyi 27 iyun 2005-ci il tarixli 005468 saylı mülkiyyət hüququ haqqında şəhadətnamənin və onunla əlaqədar auksion protokolunun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mülkün bir hissəsinin cavabdeh Gəncə şəhər Nizami rayon Dövlət Sosial Sığorta Agen tliyinin balansına verilməsi haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 mart 1999-cu il tarixli, 6183 saylı sərəncamının ləğv edilməsi və mübahisəli daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması, həmin mülkün ümumi sahəsi 135,2 kv.m olan beş otağın, sahəsi 33,8 kv.m olan dəhlizin və sahəsi 50,3 kv.m olan zirzəminin cavabdeh Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansına verilməsi haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 02 avqust 2004-cü il tarixli, 258 saylı sərəncamın ləğv edilməsi və mübahisəli daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması və cavabdeh Gəncə Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən 21 saylı orta məktəbin istifadəsinə verilmiş Gəncə şəhəri, Nizami küçəsi 46 saylı miras mülkün bir hissəsinin əvvəlki vəziyyətə qaytar ılması haqqında ərizələri təmin edilməmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(104)-177/2009 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)-1845/09 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, mülkiyyət və vərəsəlik hüququndan məhrum olması ilə əlaqədar 500.000 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yelizavetpol şəhəri, 4 nömrəli kvartal, Səfərabad küçəsi 35 nömrəli ev hazırkı ünvan 2 nömrəli evlə eyni evdir. Həmin ev Əsgər və Həsən Allahverdi oğlanlarının adına olmuş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə anası X24 onların varisi kimi tanınmışdır.
10. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 6183 saylı sərəncamına əsasən binanın bir hissəsi Gəncə şəhəri Nizami rayon Dövlət Sosial Sığorta Agentliyinin, bir hissəsi isə xx.xx.2004-cü il tarixli, 25 8 saylı sərəncamı ilə Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sərəncamına verilmişdir.
11. Sonradan həmin bina tamamilə sökülmüş və icra hakimiyyəti tərəfindən başqa şəxslərə satılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(044)-1307/2008 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı və digərlərinin "məhkəmə qətnaməsi ilə ölmüş elan edilmiş miras qoyanların qanun üzrə vərəsəlik zamanı müvafiq paylar hüquqlu vərəsələrinin tanınması, mirasın əmlakda onların paylarına mütənasib mülkiyyət hüquqlarının verilməsi, miras əmlakın ayrı-ayrı yollarla özgəninkiləşdirilməsi haqqında auksion nəticələrinin, alğı-satqı müqaviləsinin və şəhadətnamənin etibarsız, yerli icra hakimiyyətinin sərəncamlarının isə ləğv edilməsi və mübahisəli daşınmaz əmlakın əv vəlki vəziyyətə qaytarılması" iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
12. Qeyd edilən qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Lakin o, hesab edir ki, qeyd edilən torpaq sahəsi başqa şəxslərə verildiyindən icra hakimiyyəti tərəfindən vərəsəlik və mülkiyyət hüququndan məhrum olunmuşdur. Ona görə də, ona 500.000 manat pul ödənilməlidir.
13. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2203/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lakin hazırkı halda, iddiaçının iddiasında göstərdiyi ünvan 2 nömrəli evə (iddiaçının bildirməsinə görə - keçmiş Yelizavetpol şəhəri, 4 nömrəli kvartal, Səfərabad küçəsi 35 nömrəli evə) dair hər hansı hüquqlarının mövcudluğu müəyyən edilmir. İddiaçının ilk növbədə mübahisəli evə dair hüququ olmalıdır ki, onun sökülməsi və yerləşdiyi torpaq sahəsinin başqa şəxslərə satılması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
16. İş ma teriallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, X1 qızı və X2 qardaşı qızı olan mərhum X13 qanun üzrə vərəsələri olan sonuncunun övladları (iddiaçı da daxil olmaqla) cavabdehlər X12 və qeyrilərinə qarşı ünvan 2 ünvanda yerləşən miras mülkə vərəsə kimi tanınıb paylarına mütənasib olaraq mülkiyyət hüququnun verilməsi və digər tələblərlə məhkəmədə qaldırdıqları iddia tələbi təmin edilməmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
17. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı d a mövcud olmur.
18. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən daşınmaz əmlaka vərəsəlik və ya mülkiyyət hüquqlarının mövcud olması müəyyən edilmədiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-454/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
21. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində iddia tələbi və işin halları sadalanmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə düzgün araşdırma və əsaslandırma aparmadan qərardad çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 27.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 28.Məhkəmə kollegiyası qe yd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 29.İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. 30.İ ddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddianın mümkün sayılması üçün ilk növbədə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olması şərti də yerinə yetirilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. 32.İddiaçı ünvan 2 nömrəli evin (iddiaçının bildirməsinə görə - keçmiş Yelizavetpol şəhəri, 4 nömrəli kvartal, Səfərabad küçəsi 35 nömrəli ev) cavabdeh tərəfindən söküldüyünü, bununla da onun zərər məruz qaldığını bildirsə də, iş materialları ilə iddiaçının qeyd olunan əmlaka dair hər hansı hüquqlarının mövcudluğu müəyyən edilməmişdir. İddiaçı bununla bağlı hər hansı hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Həmçinin iş materiallarının araşdırılması ilə də mübahisəli evin ona məxsus olması müəyyən edilmir. 33.Belə olan halda, iddiaçının cavabdehə qarşı İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-454/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.