Məhkəmə qərarları › İş №2-1(102)-2277/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2277/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2277/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi, qüsursuz xidmət, şərhedici norma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2024-cü il tarixli, 2-1(103)1593/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı N-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini xx.xx.2018-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.

2. Hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, xx.xx.2012-ci ildə Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) “yubiley” medalı, xx.xx.2013-cü ildə “Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, xx.xx.2018-ci ildə “Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı ilə təltif edilmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə istinadən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli 6965 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərb i qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına istinad edərək iddiaçının Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edildiyini, ümumi təqvim xidməti ilindən məhkumluq müddəti çıxdıqda Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli 6965 saylı imtina məktubunun qanunazidd sayılması və iddiaçının 20 təqvim ili qüsursuz xidməti ol an hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər SSRİ, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, N.Nərimanov adına Azərbaycan Tibb Universitetində təhsil aldığı zaman Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.N-ci il tarixli əmri ilə tələbələrin təlim toplanışı əv əzinə Ağdərə rayonu ərazisində yerləşən 02 saylı hərbi səhra hospitalına feldşer vəzifəsində 0N iyul N-ci ildən 25 avqust N-ci il müddətinə qoşun təcrübəsini keçməyə göndərilmişdir. Beləliklə N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə tibb qardaşı vəzifəsinə təyin edilmiş və tədris semestri başladığı üçün 27 avqust N-ci il tarixli, 116 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. N saylı hərbi hissə komandirinin N saylı əmrinə əsasən xidmətdən azad edilmişdir. xx.xx.N-xx.xx.N, 1997-2018-ci illər ərzində 20(iyirmi) təqvim ili, 10 (on)ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbayca n Respublikası Müdafiə Nazirinin birinci müavininin xx.xx.2018-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, xx.xx.2004-cü il, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal xx.xx.2012-ci il, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) “yubiley” medalı - xx.xx.2013-cü il, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalxx.xx.2013-cü ildə, “Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal-xx.xx.2018-ci ildə, medallarla təltif edilmişdir. İddiaçının ailə tərkibi 4 (dörd) nəf ərdən ibarətdir, hal-hazırda Bakı şəhərində kirayə mənzildə yaşayır. xx.xx.N- xx.xx.N, 1997-2018-ci illər ərzində 20 (iyirmi) təqvim ili, 10 (on)ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyindən və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq — hüququ olduğundan cavabdehə müraciət etmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi tərəfindən qanunsuz şəkildə onun mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil etməkdən imtina etmişdir. Buna səbəb kimi onun qüsurlu xidmət keçməklə Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etməsi göstərilmişdir. İddiaçı N-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 2018-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. 20 il, 10 ay 5 günlük xidmət ilinin cəmi 1 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəza çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda onun hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olmağı) iddiaçını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2 8 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən sözü gedən fərman da ona şamil edilməlidir.

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Ordusu sıralarında sentyabr 1997-ci il tarixdən 26 mart 2018-ci il tarixədək xidmət keçmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında ümumi təqvim müddəti 20 il 5 ay 26 gün təşkil edir. İddiaçı E.X.Abbasov Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim xidmət ilinə malik deyildir. Bununla əlaqədar olaraq, iddiaçının 22 iyun 2023-cü il tarixli 3-25-11/2- 3454/2023 nömrəli məktubuna Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsində baxılmış və müvafiq cavab məktubu iddiaçıya təqdim edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(112)-10288/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2022ci il tarixli 6965 saylı imtina məktubu qanunazidd sayılmış, İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “...iddiaçının xidmət illəri 20 ildən artıqdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilə qədər (22 il 04 ay 06 gün )Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. İddiaçı Bakı Hərbi Məhkəməsinin hökmü ilə təyin olunmuş sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Bakı Hərbi Məhkəməsini n 35/2008 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına görə, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. İddiaçı həqiqi hərbi xidmət illərində müvafiq olaraq xx.xx.2012-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2013-cü ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, xx.xx.2019-cu ildə isə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) Yubiley medalları ilə təltif olunmuşdur. Göründüyü kimi, o hal ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti qüsursuz, və qüsursuz xidməti isə 20 təqvim ili olması, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir. Məhz buna görə də iş üzrə ittiham hökmü çıxarılmadığı halda Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən, həmin Məcəllənin 78 və 89-cu maddələrində nəzərdə tutulmuş əsaslarla isə cəzadan azad edilmiş şəxslər məhkum olunmamış hesab edilir. Konstitusiya Məhkəməsinin bu q ərarından sonra Cinayət Məcəlləsinin «Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan şəxs hesab edilir» məzmunda olan 83.2-ci maddəsi dəyişdirilərək göstərilmişdir ki, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir.”

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2024-cü il tarixli, 21(103)-1593/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, E.Əliyev və M.Qarayeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tari xli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, oxşar işlər üzrə Ali Məhkəmənin qərarlarında da mövqe bu şəkildə əsaslandırılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.x x.2022-cü il tarixli, 2-1(102)-357/2022 saylı qərarında qeyd edilmişdir ki,

33. Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2019-cü il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə da xil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2019-cü il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsu liyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz.

34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır.”

13. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 109, “Hərbi vəzifə v ə hərbi xidmət haqqında” Qanunun 28.1, 28.2, 28.3, 36.1, 37.1-ci, Cinayət Məcəlləsinin 83.3, 83.6-cı maddələrinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli, 569 nömrəli Fərmanına və həmin Fərmana dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanına, Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”yə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsin i xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında" 15 noyabr 2021-ci İl tarixli 1476 nömrəli Fərmanının İcrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim xidmət ilinə malik deyildir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixl i 569 nömrəli Fərmanında dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin; 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-2-ci bəndi ilə qüsursuz xidmət müddətinə daxili edilməyən hərbi xidmət müddəti məsələsinə aydınlıq gətirilmişdir. Fərmanın 3-2.3-cü maddəsinə əsasən məhkumluğu olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir.

16. Bundan əlavə məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı apellyasiya məhkəməsinin dəlilinə münasibətdə kassator qeyd etmişdir ki, “Qüsursuz xidmət” anlayışına məhkəmələr tərəfindən fərqli yanaşma 20 il və daha çox qüsursuz xidmət etmiş və mənzillə təmin edilməli olan hərbi qulluqçularla, məhkumluğu olub, ödənilsə də ödənilmə müddəti çıxıldıqdan sonra 20 İl qüsu rsuz xidmətə malik olmayan hərbi qulluqçunun eyni qaydada dövlət hesabına mənzillə təmin edilməsi ədalət prinsipinin pozulması ilə nəticələnə bilər.

17. Həmçinin qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 565 nömrəli Fərmanında dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci İl tarixli fərmanının 3-2-ci bəndi qüsursuz xidmət müddətinə daxil edilməyən hərbi xidmət müddətinə aydınlıq gətirdiyindən məhkumluğu olub ödənilən hərbi qulluqçuların dövlət hesabına mənzillə təmin edilməsinə şərait yaratdığından Fərmanın mübahisəli hüquq münasibətinə tətbiqi zamanı Azərbaycan Respublikası Konstitusiyas ının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən geriyə şamil edilə bilməməsinə dair məhkəmənin mövqeyi əsaslı hesab edilə bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir)

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müd dətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu s übut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

24. İşin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə istinadən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün cavabdeh inzibati orqana mürac iət etmiş, lakin inzibati orqan iddiaçının Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edildiyini, ümumi təqvim xidməti ilindən məhkumluq müddəti çıxdıqda Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 202 1-ci il tarixli Fərmanın 3-1ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bu mövqeyin oxşar işlər üzrə Ali Məhkəmənin qərarlarında təsbir olunduğunu bildirmiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-cü il tarixli, 21(102)-357/2022 saylı qərarına istinad etmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməyərək öz mövqeyini aşağıdakılarla əsaslandırır.

27. Məhkəmə kollegiyası nəzərə alır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının h üquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz (Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə).

28. Lakin, kollegiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişikilik etmək zərurəti yaranmışdır.

29. Belə ki, nəzərə almaq lazımdır ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli v ə həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur.

30. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur.

31. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əsl ində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur.

32. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011-ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir.

33. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zam ana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normalar isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilinmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər.

34. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xi dmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3cü hissələrə tətbiq edilə bilməz.

35. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur.

36. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə ziddiyyət təşkil etməməli, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır.

37. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə k ollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəqiqləşdirən 3-1- ci, 3-2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur.

38. İş materiallarından görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmət” müddəti anlayışını dəqiqləşdirən 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra olmuşdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunan tarixədək “qüsursuz xidmət” müddəti anlayışının məzmununu müəyyən etməklə bağlı inzibati orqanların qiymətləndi rmə azadlığı olmuşdur. Məhkəmələr də müvafiq olaraq belə mübahisələrə baxarkən hər bir konkret halda inzibati orqan tərəfindən sözügedən qiymətləndirmə azadlığından obyektiv meyarlara əsaslanmaqla istifadə olunub-olunmadığına qiymət vermişlər. Lakin, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilən dəyişikliklərdən sonra Fərmanda “qüsursuz xidmət” müddəti anlayışı üçün müəyyən edilmiş meyarlara uyğun yoxlanılma aparılmalıdır.

40. Hazırkı işlə bağlı aşağı instansiya məhkəmələri tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X1 xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər SSRİ Silahlı Qüvvələrində xidmət keçmiş, N.Nərimanov adına Azərbaycan Tibb Universitetində təhsil aldığı zaman Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.N-ci il tarixli əmri ilə tələbələrin təlim toplanışı əvəzinə Ağdərə rayonu ərazisində yerləşən 02 saylı hərbi səhra hospitalına feldşer vəzifəsində 0N iyul N-ci ildən 25 avqust N-ci il müddətinə qoşun təcrübəsini keçməyə göndərilmiş, beləliklə N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə tibb qardaşı vəzifəsinə təyin edilmiş və tədris semestri başladığı üçün 27 avqust N-ci il tarixli, 116 saylı əmrlə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, xidməti dövrlərdə də qüsursuz xidmətinə görə medallarla təltif edilmiş, o cümlədən, xx.xx.2018-ci il tarixdə Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə təltif edilmiş, N saylı hərbi hissə komandirinin N saylı əmrinə əsasən xidmətdən azad edilmişdir. İddiaçı E.X.Abbasov Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edilmişdir.

41. Beləliklə, iddiaçı xx.xx.N-xx.xx.N və xx.xx.1997-xx.xx.2018-ci illər ərzində 20 (iyirmi) təqvim ili, 8 (səkkiz) ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 15 noyabr 2021-ci il tarixli Fərmanının müddəalarına əsasən iddiaçının Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edildiyini nəzərə alaraq, ümumi təqvim xidməti ilindən məhkumluq müddəti çıxdıqda Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğu müəyyən edilir.

42. Belə olan halda, Azərbaycan Respublikası Prezid entinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

43. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutları qanunvericiliyin müvafiq normalarına uyğun şəkildə təhlil edərək bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2 may 2024-cü il tarixli, 21(103)-1593/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar