Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2278/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzilə dair icarə müqaviləsinin bağlanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, 01.12.2021 Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilə dair icarə müqaviləsinin bağlanması tələbi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1921/2021 nömrəli iş üzrə 02.09.2021-ci il tarixli qərardadından ərizəçi X10 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə 01 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair onunla mənzil icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(81)-5243/2019 saylı (hakim – E.Q.Məmmədov) qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair İddiaçı ilə icarə müqaviləsi bağlanması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir.
3. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 2009-cu il tarixindən iddiaçının fasiləsiz istifadəsindədir. Mənzildə yaşadığı vaxtdan iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilin kommunal xərcləri onun tərə findən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Məhkəmə hesab etmişdir ki, iddiaçının göstərilən ünvana yaşayış sahəsinə icarə müqaviləsi bağlamaq hüququ olmuşdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə icarə münasibətlərindədir.
4. Məhkəmənin sözügedən qərarını tərəflər mübahisələndirməmişlər və qərar qanuni qüvvəyə minmişdir. Cavabdeh məhkəmə qərarının icra edilməsi ilə bağlı 235 saylı, 28 dekabr 2019-cu il tarixli sərəncam vermiş, sözügedən mənzilə dair icarə müqaviləsi iddiaçı ilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
5. X6 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n 2-1(81)-5243/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarının qanunla qorunan maraqlarına toxunduğu bildirərək, inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, o, 28 iyul 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 21 yaşına qədər ailəliklə atası X12 məxsus ünvan 2 ünvanında qeydiyyatda olmuş və orada yaşamışlar. 15 yanvar 1987-ci il tarixdə X1 ailə həyatı qurmuş, sonradan o, öz ailəsi ilə birlikdə Rusiyaya köçmüşdür. Atası 2009-cu ildə vəfat etdikdən sonra mənzillərində yalnız qardaşı X7 yaşamışdır. Qardaşı 06 mart 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra qeyd olunan mənzilin yeganə vərəsəsi kimi 19 saylı Notariat ofisinə rəsmi müraciət etmiş, lakin mənzillərinə qanunsuz müdaxilələrin olması barədə məlumat almışdır. Halbuki, həmin mənzil onun da adı yazılmış rəsmi orderlə ailəsinə, habelə İcraiyyə Komitəsinin qərarı ilə atası Yuriy Kazakova məxsus olmuşdur. Qeyd olunan mənzilə qanunsuz müdaxilələr olunması faktına dair onun ərizəsi üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-də araşdırma aparılmışdır. Həmin araşdırmanın nəticəsi üzrə qəbul edilmiş qərardan aydın olmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi İddiaçı mənzilə dair iddia ərizəsi üzrə 25.12.2019-cu il tarixli, 2-1(81)-5243/2019 saylı qərar qəbul etmişdir.
7. Birinci instansiya məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(81)5243/2019 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, hesab etmişdir ki, ərizəçi 1987-ci ildən həmin mənzildə yaşamır, həmin tarixdən qeyd olunan mənzildə qeydiyyatdan çıxmışdır və daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Bu səbəbdən də məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunmur.
9. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(81)-5243/2019 nömrəli qərardadının ləğv edilməsini, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 10.02.2021-ci il tarixli, 2-1(103)-725/2021 nömrəli ( hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(81)-5243/2019 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəçinin işə cəlb olunması və icraatın təzələnməsi barədə ərizəsini təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir.
12. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qərardaddan kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1(103)725/2021 nömrəli qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdirlər. kassasiya instansiyası məhkəməsindəki icraat
13. Ali Məhkəmənin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(102)-811/2021 nömrəli (hakimlər Xəqani Məmmədov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə iddiaçının və cavabdehin kasasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2- 1(103)-725/2021 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Apellyasiya instansiyası məhkəməsinin 02.09.2021-ci il tarixli, 21(103)-1921/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Vidadi Məmmədov) qərardadı ilə ərizəçi X8 tərəfi ndən verilmiş şikayətin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5243/2019 saylı, 23 oktyabr 2020ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
16. Ərizəçinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 37 ünvanında yerləşən 16 nömrəli mənzilə dair verilmiş 023515 nömrəli 18.12.1972-ci i l tarixli orderdə ərizəçinin (yəni Natalya Pırşenkovanın) adının qeyd olunması onun həmin mənzilə münasibətdə hüquqlarının mövcudluğunu təsdiq etdiyi göstərilir. Eyni zamanda, həmin qərardadda 16.05.1986-cı ildə Nəsimi XDS İK tərəfindən X12 mübahisəli mənzilin verilməsinin qərara alındığı, onun 4 nəfərdən ibarət ailəsi ilə birlikdə 1972-ci ildən orada yaşaması, ailə üzvlərinin mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq ərizəsi verməsi, lakin qərarda Natalya Pırşenkovanın adının birbaşa qeyd olunmaması bildirilir.
17. İş materiallarında olan Bakı Şəhər Soveti İK tərəfindən 15 dekabr 1972-ci il tarixdə verilmiş və Natalya Pırşenkovanın adı qeyd olunan mübahisəli mənzilin orderi ləğv edilməyib və bu gün də qüvvədədir. Mübahisəli mənzilə dair Natalya Pırşenkovanın qardaşı Konstanin adın a icarə müqaviləsinin bağlanması isə ərizəçinin həmin mənzil sahəsinə hüququnun itirilməsi anlamına gəlmir.
18. Bundan başqa, qərardadda Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba istinad olunaraq, X3 şöbəyə heç bir müraciətinin daxil olmadığı göstərilir. Halbuki, bu müraciət olmuş, ona dair həmin şöbənin qəbul etdiyi qərardan verilmiş şikayətə əsasən ləğv edilmişdir.
19. Məhkəmələr istər icra (Cavabdeh), istərsə də hüquq mühafizə (Nəsimi RPİ-nin 19-cu polis şöbəsi) orqanlarının açıq-aydın qanun pozuntularına, birtərəfli mövqe nümayiş etdirmələrinə qanuni tədbir görmək əvəzinə sadəcə göz yumurlar. Yuxarıda göstərilənlər bir daha sübut edir ki, Natalya Pırşenkova hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsində maraqlı olmayan məhkəmə qeyri-q anuni qərardad qəbul etməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur.
20. Bütün yuxarıda göstərilənlərə əsasən ərizəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(103)-1921/2021 nömrəli qərardadının ləğv edilməsini, ərizəçini üçüncü şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaş ayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyy əti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, ərizəçinin kassasiya şikayətindəki dəlilləri əsassızdır.
27. Belə ki apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən 16.05.1986-cı ildə Nəsimi rayon XDS İK tərəfindən X13 Tağı-Zadə küçəsi ev 57, mənzil 16 ünvanında yerləşən 24.3 kv.m. sahəli 2 otaqlı mənzilin kirayəyə verilməsi qərara alınmışdır. X11 4 nəfərdən ibarət ailəsi ilə birlikdə 1972-ci ildən orada yaşadığı və ailə üzvlərinin mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq ərizələrinin iş materiallarında mövcud olduğu qeyd olunmuşdur. Lakin qərarda X3 adı birbaşa qeyd olunmamışdır.
28. Həmçinin iş materiallarından görünür ki, mübahisəli mənzilin icarədarı X9 07.02.2009- cu il tarixdə vəfatından sonra onun həyat yoldaşı X14 da 14.02.2009-cu ildə vəfat etmiş, bundan sonra oğlu X4 icarə münasibətləri aparmadan həmin mənzildə qeydiyyatda olmuş və 06.03.2019-cu ildə vəfat etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə ərizə verərək mübahisəli mənzildə qeydiyyatsız yaşadığına görə onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin sonuncu mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Lakin sonradan X8 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğunu və bu səbəbdən də iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
29. İş materiallarında olan ünvan 1 ünvanda yerləşən 16 nömrəli mənzilə dair verilmiş 023515 saylı 18.12.1972-ci il tarixli orderə əsasən, həmin order 5 nəfər ailə üzvündən ibarət olmaqla icarədar X2 adına verilmişdir və həmin orderdə X5 da adı icarədarın ailə üzvü kimi öz əksini tapmışdır. Eyni zamanda ərizəyə əsasən müəyyən edilmişdir ki, ərizəçi 15.01.1987-ci ildə X1 ailə qurmuşdur. Sonradan o, öz ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Beləliklə, ərizəçi 1987-ci ildən mübahisəli mənzildə yaşamamış, ailə üzvləri ilə birlikdə orada təsərrüfat aparmamışdır.
30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respu blikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına əsasən X8 mənzilə dair kirayə hüququnu itirmişdir. (qərarın 21-ci bəndi)
31. Bundan başqa ərizəçi kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya məhkəməsinin qərarında Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba istinad olunaraq, X3 şöbəyə heç bir müraciətinin daxil olmadığı göstərilir. Halbuki, bu müraciət olmuş, ona dair həmin şöbənin qəbul etdiyi qərardan verilmiş şikayətə əsasən ləğv edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi özü qeyd etdiyi kimi müraciət olmuş, lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir, yəni ərizəçinin heç bir hüququnun pozulması halı aşkar edilməmişdir.
33. Bütün yuxarıda göstərilə nlərə əsasən ərizəçinin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 02.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(103)-1921/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.