Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2278/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğvi, üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(104)68/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinə aktından çıxarışa əsasən iddiaçıya xx.xx.2007-ci il tarixdə uşaqlıqdan əlil kimi üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının göndərişi ilə iddiaçıya xx.xx.1993-cü il (xəstəliyin başlanma tarixi) tarixdən xroniki şəkildə N11, xronik tubulointerstrial nefrit vahid qalmış s ol böyrək, xronik pielonefrit, xroniki böyrək xəstəliyi 2-ci mərhələ, nefrogen hipertenziya, nefrogen hipertenziya, anemiya, splenektomiya, 12 barmaq bağırsağın hissəvi rezeksiyadan sonrakı vəziyyət, kəskin virus hepatiti C, qaraciyər çatışmazlığı, sol bud sınığının sonrakı vəziyyəti diaqnozu qoyulmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli məlumatına əsasən iddiaçıya 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatına əsasən iddiaçıya ikinci dərəcə əlillik 5 il müddətinə uzadılmışdır.
5. Gəncə A.Səhhət adına xəstəxananın polik linika şöbəsinin xx.xx.2022-ci il tarixli Forma-88 göndərişindən görünür ki, iddiaçının xəstəliyi böyrək çatmamazlığı- N18.2, D64, 112.0 indeksləri ilə qiymətləndirilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli məlumatına əsasən iddiaçıya “N11 Xronik tubulointerstisial nefrit, Vahid qalmış sol böyrək. Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi ll mərhələ. Nefrogen hipertenziya. Nefrogen hipertenziya. Anemiya. Splenektomiya. 12 barmaq bağırsağın hissəvi rezeksiyadan sonrakı vəziyyəti. Kəskin virus hepatiti C. Qaraciyər çatışmazlığı. Sol bud sümüyünün sınığından sonrakı vəziyyət. Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi ll mərhələ, Ağırlaşma D64 Digər anemiyalar, Anemiya. Ağırlaşma 112.0 Böyrə k çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv xəstəlik, Nefrogen hipertenziya.” diaqnozu qoyulmuş və onun əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (ətraflı: ixtisaslaşmış müalicə davam etdirilsin, fəsadlar (xbç) dəqiqləşdirilsin) imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 30 mart 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin müəyyən edilməsindən imtinaya dair Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, onun barəsində xx.xx.2022-ci il tarixli 3-cü dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi və pensiyanın ödə nilməsi üçün həmin qərarın Azərbaycan Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə avtoqəza nəticəsində travma almış və splektomiya və onikibarmaq bağırsağın hissəvi rezeksiyasından sonrakı vəziyyət, sol tərəfli hidronefroz X3 2-ci dərəcə, sol bud sümüyünün qapalı sınığı, sol bud sümüyünə metal plastika qoyulması diaqnozu ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 dekabr tarixli 678 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Bundan sonra, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2007- ci il tarixli qərarı splektomiya və 12 barmaq bağırsağın hissəvi rezeksiyasından sonrakı vəziyyət, sol tərəfli hidronefroz X3 2-ci dərəcə, sol bud sümüyünün qapalı sınığı, sol bud sümüyünə metal plastika qoyulması diaqnozu ilə 3-cü dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. Daha sonra, 2015-ci ildə sağ böyrəyin nefrektomivası əməliyyatı keçirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə “Digər dəqiqləşdirilməmiş hidronefrozlar, sağ böyrəyin hidronefrozu 3-cü mərhələ, böyrək fəaliyyətinin tam itməsi, nefrektomiyadan sonrakı vəziyyət. Xroniki böyrək xəstəliyi, X3, Xroniki qaraciyər çatışmazlığı, digər kəskin virus hepatitləri “C” virus hepatit. Onikibarmaq bağırsağın xorası, xroniki və ya dəqiqləşdirilməmiş deşilmə ilə splenektomiya və onikibarmaq bağırsa ğın hissəvi rezeksiyasından sonraki vəziyyət. Bud sümüyünün sınığı” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.8-ci bəndinə əsasən nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci-ikinci dərəcəli X3 ilə 2-ci dərəcə əlillik müəyyən edilmişdir. Bu müddət ərzində iddiaçının səhhətində daha da ağırlaşmalar olmuş, müxtəlif tarixlərdə stasionar qaydada müalicə alsa da səhhətində yaxşılaşma olmamışdır. Sonuncu dəfə xx.xx.2022-cİ il tarixdən xx.xx.2022-ci i! tarixədək Akademik M.C.Cavad-zadə adına Respublika kliniki uroloji xəstəxanasında stasionar qaydada müayinə olunmuş və “Vahid qalmış sol böyrək, xroniki pielonefrit, xroniki böy rək xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.22-ci bəndinə əsasən “Nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli X3 ilə (Q60, N18-N18.9);” diaqnozu ilə 3-ci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi müəyyən edilmişdir. Sonuncu dəfə TSEK tərəfindən əlilliyin qiymətləndirilməsi xx.xx.2016-cı il tarixdə həyata keçirilmiş və əlillik müddəti 5 illik xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən sonra 6 ay müddət keçmədən əlilliyin qiymətləndirməsi üçün Forma 88 xx.xx.2022-ci il tarixdə altsistemə yüklənmiş və qiym ətləndirmənin keçirilməsinin son müddəti də xx.xx.2022-ci il tarix olmaqla 6 ay müddət ötürülməmişdir. Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) xx.xx.2022-ci il tarixdə altsistemə yükləndikdən sonra TSEK xx.xx.2022-ci il tarixdə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etməli və həmin qərarı əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün ƏƏSMN-yi yanında DSMFna göndərməli idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı tamamilə əsassızdır, həmin qərar ləğv edilməli və xx.xx.2022-ci il tarixli olmaqla 3- cü dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi və pensiyanın ödənilməsi üçün həmin qərarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyi Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
9. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Yeganə sol bö yrəyin xroniki pielonefriti tez-tez kəskinləşmələrlə. Sol böyrəyin daş xəstəliyi Nefrogen hipertenziya. Sağ böyrəyin nefrektomiyadan sonrakı vəziyyəti (2011). Splenektomiya. Xroniki böyrək çatmamazlığı İl dərəcə. Anemiya. Onikibarmaq bağırsağın hissəvi rezeksiyadan sonrakı vəziyyəti. Kəskin virus hepatiti C. Qaraciyər çatışmazlığı. Sol bud sümüyünün sınığından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır" səbəbi ilə imtina verilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1280/2022 nömrəli qərarı ilə (hakim F.C.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul ed ilməsi və pensiyanın ödənilməsi üçün həmin qərarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, Gəncə şəhəri, A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli Forma-88 göndərişindən görünür ki, iddiaçının xəstəliyi böyrək çatmamazlığı- N18.2, D64, 112.0 indeksləri ilə qiymətləndirilmişdir. Göründüyü kimi Əsasnamənin 2.5.22-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (N18.2) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya üçüncü dərəcə əlillik müddətsiz təyin edilməli idi. Məhkəmə mövqeyini əsaslandırarkən “Tibbi-sosial e kspert komissiyaları haqqında“ Əsasnamə və “İnzibati İcraat haqqında” Qanuna istinad etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(104)-68/2023 nömrəli qərarı ilə (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)1280/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(105)-68/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının müraciətinə əsasən Gəncə şəhəri, A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri =>N11 - Xronik tubulointerstisial nefrit => N11.0 - Reflükslə bağlı, qeyri-obstruktiv xroni...; Diaqnozun mətni: N11 Xronik tubulointerstisial nefrit, Vahid qalmış sol böyrək. Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Nefrogen hipertenziya. Nefrogen hipertenziya.Anemiya.Splenektomiya.12 barmaq bağırsağın hissəvi rezeksiyadan sonrakı vəziyyəti. Kəskin virus hepatiti C. Qaraciyər çatışmazlığı. Sol bud sümüyünün sınığından sonrakı vəziyyət. Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ,. Ağırlaşma D64 Digər anemiyalar, Anemiya. Ağırlaşma 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Nefrogen hipertenziya. Yanaşı xəstəliklər S72 Bud sümüyünün sınığı, Sol bud sümüyünün sınığından sonrakı vəziyyət. Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, 2011-ci il tarixində sağ böyrəyin nefrektomiyası. 1993- cü il tarixi ndə, avtoqəza keçirdiyinə görə travma alması nəticəsində, dalağı çıxarılmış, onikibarmaq bağırsağının bir hissəsi rezeksiya olunmuş və sol bud sümüyünə metal plastinka qoyulmuşdur. 2011-ci il tarixində sağ böyrəyin nefrektomiyasından sonrakı vəziyyət. Yanaşı xəstəliklər K72.1 Xroniki qaraciyər çatmamazlığı; Mərkəzə göndəriİmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin, fəsadlar (xbç) dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.
17. Qeyd etmək lazımdır ki, Agentlik tərəfindən iddiaçı barəsində imtinaya səbəb Forma 88 arayışında əsas diaqnoz olaraq böyrək çatışmazlığı göstərilmədiyindən, yanakı xəstəliklərə münasibətdə əlavə müalicə qərarı verilmişdir.
18. Apellyasiya məhkəməsi iddiaçı barəsində ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin T105/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “TSEK də müayinələri zamanı müvəqqəti əmək qabiliyyəti hesab edilməsi və xx.xx.2023-cü il tarixdə Ak M.C.Cavadzadə adına Respublika Kliniki uroloji xəstəxanasında ambulator müayinə olunmaqla ona “vahid qalmış sol böyrək daşı” diaqnozunun müəyyən edildiyi 1-ci dərəcəli X3 əlamətləri müəyyən olunmamışdır”.
19. Apellyasiya məhkəməsi isə, “mövcud ekspertiza rəyini qiymətləndirən zaman qanunsuz olaraq ekspertiza aparılan zaman hər hansı bir sənədə əsaslanmadığını əsas gətirmiş və ekspert rəyinin M.Cavadzadə adına Respublika kliniki uroloji xəstəxana tərəfindən verilmiş xx.xx.2022 ci il tarixli səhhətin müayinə aktı ilə ziddiyyət təşkil etdiyini q eyd etmişdir”
20. Ekspert ona təqdim edilmiş sənədlər əsasında ekspertizanı həyata keçirir. Bundan əlavə keçirilən ekspertiza müayinəsinin xx.xx.2022-ci il tarixli müayinə aktına zidd olması keçirilən ekspertizanın yanlış olmasına və onun nəticələrinin iddiaçı barəsində əlillik təyin edilməsinə əsas deyildir. Əgər həqiqətən də keçirilən ekspertiza qanunvericiliyə uyğun olmayan şəkildə tərtib edilmişdirsə, o zaman məhkəmə hansı əsasla həmin ekspertiza rəyini iddiaçı barəsində 3-cü qrup müddətsiz əlillik təyin edilməsinə əsas kimi qəbul etmişdir. Göründüyü ki, məhkəmənin ekspertiza rəyi ilə bağlı qərarı heç bir əsas olmadan iddiaçı barəsində 3-cü qrup müddətsiz əlillik təyin edilməsinə səbəb olmuşdur.
21. Odur ki, Agentlik tərəfindən hər hansı qeyri-qanuni hərəkət edilməmiş və diaqnoz ona əl illik təyin edilməsinə əsas vermədiyi üçün Agentlik tərəfindən belə bir qərar qəbul edilmişdir.
22. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Age ntlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
23. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obye ktiv qiymətləndirilmişdir.
24. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə 3-cü qrup əlillik təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti əd alət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsaslan ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.
25. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsini və bunun cavabdehə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir.
26. İddiaçıya əlillik dərəcəsinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati i craat haqqında” Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sos ial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və g östəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qa ydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etmə si imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə eh tiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.22-ci bəndinə görə tibbi göstəriş olan nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli X3 ilə (Q60, N18-N18.9) halında üçüncü dərəcə əlillik müddətsiz təyin edilir. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 31. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən e dildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspe rtizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əli lliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır. 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həl li üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
33. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımı qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apell yasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti 2007-ci il tarixli qərarla müddətsiz üçüncü dərəcə əlillik kimi qiymətləndirilmiş, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il müddətinə üçüncü dərəcə, daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında cavabdeh tərəfindən yenidən qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olm ası səbəbi ilə əlillik dərəcəsinin müəyyən olunmasından imtina edilmişdir.
42. Cavabdehin imtinasının və kassasiya şikayətinin əlavə müalicəyə ehtiyacın olması ilə bağlı həmin dəlili mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları və iş üzrə materiallarla təkzib olunur. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı uzun müddət qeyd edilən xəstəliklərdən müalicə almış, əməliyyat olunmuş, sonradan yenidən müalicə olunmuş, bu davamlı xarakter daşımış və müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin ver ilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən s onra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur.
44. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və bu qərarın 29-30-ci bəndlərində qeyd olunan halların mövcud olmasına rəğmən, həmin diaqnoz əsasında 2022-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir.
45. Cavabdehin imtinaya da ir qərarında və işdə olan sənədlərdə iddiaçıya “N11 Xronik tubulointerstisial nefrit, Vahid qalmış sol böyrək. Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi ll mərhələ. Nefrogen hipertenziya. Nefrogen hipertenziya. Anemiya.Splenektomiya.12 barmaq bağırsağın hissəvi rezeksiyadan sonrakı vəziyyəti. Kəskin virus hepatiti C. Qaraciyər çatışmazlığı. Sol bud sümüyünün sınığından sonrakı vəziyyət. Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi ll mərhələ, Ağırlaşma D64 Digər anemiyalar, Anemiya. Ağırlaşma 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv xəstəlik, Nefrogen hipertenziya” diaqnozu qoyulmuşdur.
46. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il t arixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.22-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (N18.2) üst-üstə düşür.
47. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
48. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
49. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasə n məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(104)-68/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.