Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2278/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan̈Respublikası̈adından Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyasının cavabdeḧAzərbaycan̈Respublikasının̈IqtisadiyyaẗNazirliyïyanındäDövlət VergïXidmətï*̈saylı̈ƏrazïVergilər̈Baş̈Idarəsinə̈qarşı̈iş̈üzrə Q̈Ə̈R̈ÄR̈İ (Açar sözlər : Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi) Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “##.##.2020-ci il tarixli, *************** saylı qərarın “xxxx” MMC-nə mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN̈HALLARI
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi barədə” ##.##.2018-ci il tarixli, **************** nömrəli qərarına əsasən iddiaçıda ##.##.2017-ci il tarixdən ## ######## 2018-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmişdir.
2. Səyyar vergi yoxlamasının nəticələri ##.##.2019-cu il tarixli, **************** nömrəli Aktla rəsmiləşdirilmiş və onun əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, *************** saylı qərar qəbul edilmişdir.
3. Həmin qərarla iddiaçıya 2017-ci ilin üzrə mənfəət vergisi, 2017-2018-ci illər üzrə ƏDV, ümumilikdə 208.491,66 manat əlavə vergi və 104.245,83 manat maliyyə sanksiyası hesablanmışdır.
IŞ̈ÜZRƏ̈QƏBUL̈EDILMIŞ̈MƏHKƏMƏ̈AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, *************** saylı qərarının mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDV-nin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin hesablamaları əsassızdır və iddiaçı tərəfindən dövlət büdcəsinə hesablanan vergilər düzgün olmuşdur.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama zamanı “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət edilmişdir. Ekspert tərəfindən müəssisə tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətləri müəyyənləşdirilmiş və ##.##.2019-cu il tarixli, MB **-*** nömrəli rəy təqdim olunmuşdur. Yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır. Bundan əlavə, xərcləri təsdiq edən sənədlər tam olmadığından, müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti müəyyən edilmişdir.
7. Şirvan Inzibati Məhkəməsinin ## #### 2020-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə və Vergi Məcəlləsinin tələblərinə əsasən, ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək olan dövrdə “xxxx” MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir.
8. Şirvan Inzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin ##.##.2020-ci il tarixli, *************** nömrəli qərarı mənfəət vergisinin hesablanması hissəsində tamamilə, ƏDVnin hesablanması hissəsində isə qismən, yəni 10.291,95 manat məbləğindən artıq məbləğdə ƏDV-nin hesablanması hissəsində ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki: - vergi orqanının vergiləri hesablayarkən istinad etdiyi “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş rəydə müəssisənin təqdim etdiyi balıq məhsullarının real bazar qiymətinin mütəxəssis tərəfindən hansı mənbələrdən və hansı təhlil əsasında müəyyən edilməsi göstərilməmişdir. Həmin rəydən Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində təsbit edilən bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4-cü və 14.6.1.6-cı maddələrinin tələblərinə müvafiq olaraq, malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınmalı idi. Beləliklə, səyyar vergi yoxlaması zamanı müəssisənin mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri deyil, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olnumuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.6-cı və 14.2-ci maddələrinin tələblərinə zidddir; - vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin yoxlama ##.##.2018-ci il tarixdə başlamış, 8 dəfə dayandırılmış, 2 dəfə uzadılmış və ##.##.2019-cu il tarixdə başa çatdırılmışdır. Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının müddətinin hər biri 28-30 gün (1-i 60 gün) olmaqla, cəmi “8” dəfə dayandırılması və ya 2 dəfə uzadılması barədə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1-38.7.5-ci maddəsində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, “ekspert” və ya “mütəxəssis” rəylərinin alınması üçün yoxlama müddətinin 8 dəfə dayandırılması və ya 2 dəfə uzadılması mütənasib prosessual hərəkət kimi qəbul oluna bilməz; - vergi orqanı tərəfindən əlavə vergi yoxlaması və vergi yoxlamasının dayandırılması barədə qərarlar verilsə də, inzibati orqan yoxlamanın dayandırılması və ya əlavə yoxlamanın keçirilməsi barədə qərarlarda mənbəyi bəlli olan hansı məlumatın yoxlamadan əvvəl əldə olunması və sonradan yoxlama zamanı (materiallarla) öz təsdiqini tapmasına dair və ya yoxlamanın dayandırılmasına dair heç bir dəlil bildirməmiş, sübut təqdim etməmişdir. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 58-ci, 62-ci maddələrinə və IPM-in 38.1-ci maddələrinə (vergilər, maliyyə sanksiyaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. - iş materiallarına əlavə edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiyməti düzgün müəyyən edilməmişdir. Odur ki, səyyar vergi yoxlaması aktında “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətləri nəzərə alınmaqla aparılan hesablamalar əsaslı deyil.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, F.C.Hüseynov və M.A.Əsədli) ## ##### 2025ci il tarixli, **-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, cinayət işi üzrə mübahisə hazırkı iddia üzrə mübahisələndirilən qərarla müəyyən edilən vergi borcu ilə bağlı olmuşdur. Həmin iş üzrə ittihama görə X1 * saylı Ərazi Vergilər Baş Idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-nin adından vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, 2017-ci il üzrə 44.865,56 manat mənfəət vergisini, 2017-ci il üzrə 29.392,34 manat və 2018-ci il üzrə 134.233,76 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Cinayət işi üzrə “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətinin düzgün olmaması halı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2022-ci il tarixli, */****-*/**** nömrəli ekspert rəyi, dövlət ittihamçısının vəsatəti əsasında təyin edilmiş təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizasının ##.##.2022-ci il tarixli */****-*/**** nömrəli rəyi ilə də təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
KASSASIYÄŞIKAYƏTININ̈VƏ̈ONÄQARŞÏETIRAZIN̈DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində işin hallarına, iddia tələbinə etirazda, eləcə də apelyasiya şikayətində qeyd edilən dəlillərə istinad etmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ̈EDILƏN̈HÜQUQ
16. Azərbaycan̈Respublikasının̈InzibatïProsessual̈Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN̈MÜMKÜNLÜYÜ,̈KASSASIYÄBAXIŞININ̈HƏDLƏRI
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYÄINSTANSIYÄMƏHKƏMƏSININ̈MÖVQEYI
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.
23. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən qərarla iddiaçı müəssisəyə 2017-ci il üzrə mənfəət vergisi və 2017-2018-ci illər üzrə ƏDV hesablanmışdır.
Mənfəət vergisi ilə bağlı qeydlər
24. Iş üzrə səyyar vergi yoxlaması aktının məzmunundan görünür ki, iddiaçıya mənfəət vergisi hesablanarkən vergi orqanı iddiaçının xərc sənədlərinin tam olmamasına istinad edərək, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən (şərti rentabellik norması əsasında) mənfəət vergisi hesablamışdır. Halbuki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən ##.##.2022-ci ilədək 67-ci maddəyə əsasən mənfəət vergisinin hesablanması zamanı həmin maddədəki ardıcıllıq nəzərə alınmalıdır.
25. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2017-ci ildə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
26. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2017-ci ildə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla, vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
27. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin 2017-ci ildə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
28. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4cü maddələrinin 2017-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqi ilə hesablanması qaydası nəzərdə tutulmuşdur.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır.
30. Nəzərə alınmalıdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə tam təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.
32. Beləliklə, cavabdeh yoxlama zamanı iddiaçının ümumi xərclərini birbaşa müəyyən etməyin mümkün olmamasına istinadən Vergi Məcəlləsinin 67.14-cü maddəsinə və 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyənləşdirərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi bütün imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma aparmamışdır. Odur ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa həmin Məcəllənin 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi hesablaması qanuni sayıla bilməz.
ƏDV ilə bağlı qeydlər
33. Məhkəmə kollegiyası mübahisələndirilən qərarla hesablanmış ƏDV ilə bağlı qeyd edir ki, iş üzrə səyyar vergi yoxlaması aktına əsasən iddiaçıya ƏDV hesablanarkən vergi orqanı “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən yoxlamaya ekspert dəvət etmiş və ekspert tərəfindən idxal və tədarük olunmuş balıq məhsullarının bazar qiymətlərinin müəyyənləşdirilməsinə dair rəy tərtib edilmişdir ki, yoxlama zamanı həmin rəy nəzərə alınmaqla hesablamalar aparılmışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, hazırkı iddiaçı müəssisənin faktiki rəhbərinə qarşı ümumilikdə külli miqdar təşkil edən 208.491,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmasına görə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işində “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən müəyyən olunmuş bazar qiymətinin düzgün müəyyən edilməməsi halı müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2022-ci il tarixli, */****-*/**** nömrəli ekspert rəyi, dövlət ittihamçısının vəsatəti əsasında təyin edilmiş təkrar kompleks məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizasının ##.##.2022-ci il tarixli, */****-*/**** nömrəli rəyi ilə də təsdiq edilişdir (qeyd olunan rəylərində ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara 10.291,95 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilmişdir). Lənkəran Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi qeyd edilmiş sübutlar əsasında müəssisənin faktiki rəhbərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etməməsi nəticəsinə gəlmiş və şəxsə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası da aşağı instansiya məhkəmələrinin mövqeyi və nəticəsi ilə razılaşmışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarla iddiaçıya əlavə hesablanmış ƏDV məbləğinin hüquqi və faktiki əsaslarına hüquqi qiymət verilərkən həmin hesablamanın hansı sübutlara söykəndiyi nəzərə alınmalıdır. Vergi orqanı tərəfindən ƏDV-nin hesablanması birbaşa olaraq “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən verilmiş rəyə əsaslandığından, əlavə hesablanmış ƏDV məbləğinin qanuniliyi və əsaslılığı ilk növbədə onun əsasında duran ekspert rəyində müəyyən edilmiş bazar qiymətlərinin həqiqiliyinin və düzgünlüyünün təsdiq olunmasından asılıdır.
36. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı müəssisənin faktiki rəhbərinə qarşı Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə aparılmış cinayət icraatı çərçivəsində ##.##.2022-ci il tarixli, */****-*/**** nömrəli kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, habelə ##.##.2022-ci il tarixli, */****-*/**** nömrəli təkrar kompleks ekspertiza rəyi ilə vergi yoxlaması zamanı əsas götürülmüş bazar qiymətlərinin düzgünlüyü təsdiq edilməmiş, əksinə həmin rəylərdə yoxlama aktında göstərilən nəticələrdən fərqli olaraq, cəmi 10.291,95 manat məbləğində ƏDV-nin az hesablandığı müəyyən edilmişdir.
37. Eyni zamanda, hazırkı inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş və ##.##.2021-ci il tarixli, */**** nömrəli ekspert rəyi ilə də ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək olan dövr üzrə cəmi 10.291,95 manat məbləğində ƏDV-nin az hesablandığı müəyyən edilmişdir. Beləliklə, həm inzibati məhkəmə icraatı çərçivəsində keçirilmiş məhkəməmühasibatlıq
38. ekspertizasının, həm də cinayət işi üzrə təyin edilmiş iki ayrı kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələri vergi orqanının “xxxx” MMC-nin ekspert rəyinə əsaslanmaqla müəyyən etdiyi bazar qiymətlərinin və həmin qiymətlər əsasında aparılmış vergi hesablamalarının düzgünlüyünü təsdiq etmir. Əksinə, müxtəlif vaxtlarda və müxtəlif prosessual çərçivələrdə aparılmış ekspert tədqiqatlarının nəticələri vergi orqanının gəldiyi nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənmişdir.
39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən tətbiq edilmiş hesablamanın əsaslandığı ekspert rəyinin düzgünlüyü sonradan keçirilmiş məhkəmə ekspertizaları ilə təsdiq olunmadığından, mübahisələndirilən qərarın bu hissəsi kifayət qədər sübutlarla əsaslandırılmış hesab edilə bilməz.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARÄALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.