Məhkəmə qərarları › İş №2-1(102)-2279/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2279/2020

15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2279/2020 15.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1488/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının əlavə tikililərlə birlikdə qeydiyyata alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ol unmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2332/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı adına mülkiyyət hüququ ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının əlavə tikililərlə birlikdə qeydiyyata alınması və bununla əlaqədar dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, sonradan qe yri-yaşayış sahəsi tərtib edilmiş eskiz layihəsinə əsasən artırılmış və məhkəmə tərəfindən yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi eskiz layihəyə uyğun şəkildə aparılmış əlavə tikinti hesabına genişləndirilmiş, layihədə göstərilənlərdən başqa kənaraçıxma faktı aşkar edilməmişdir.

4. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1488/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və Z.A.Şirinov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməs inin 2-1(112)-2332/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Apelyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2020-ci il tarixdə cavabdehə təqdim edilmişdir.

8. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şik ayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəməyə yazılı müraciət edərək kassasiya şikayətinin geri götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda cavabdehin kassasiya şikayətini geri götürməsinə dair müraciəti təmin edilməli, şikayət üzrə kassasiya icraatına xitam verilməlidir.

12. Qeyd olunmalıdır ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. (İPM-in 97.3-cü maddəsi). Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikas ı İPM-nin 69 və 97-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası X1 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1488/2020 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar