Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2279/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2098/2021 nömrəli iş üzrə 21.09.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 01 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 26.10.1979-cu il tarixdən 20.12.1993-cü il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 23 fevral 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdi r.
3. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1927/2017 saylı, 25 avqust 2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2086/2017 saylı 21 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1927/2017 saylı iş üzrə 25 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı icra edilməsi üçün 20.12.2017-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2017-ci il tarixli, 21(81)-2837/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(82)2837/2017 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı 26.10.1979-cu il tarixdən 20.12.1993-cü il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam oldu ğu 23 fevral 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2837/2017 saylı, 23 iyun 2017-cü-cü il tarixli qərarının ləğv edilməsi, məhkəmə qərarının icrasının dayandırılması, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, İnzibati Prosessual Məcəlləsinin 101, 102, 103-cü maddələrinə istinad edərək, belə hesab etmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş yeni sübutlar tədqiq edilmiş, yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsi üçün əsaslar müəyyən edilmişdir.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(82)-2837/2017 nömrəli qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 21.09.2021-ci il tarixli, 2-1(103)-2098/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Aida Hüseyn) qərardadı ilə iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(82)-2837/2017 saylı 18 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinin mümkün sayılmaması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İnzibati Prosessual Məcəlləsinin 79, 100, 103.1, 103.2, 103.3-cü maddələrini tətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı aşkar edilmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının son iclası 21.11.2017-ci keçirilmiş və həmin tarixdə çıxarılmış qərar 15 dekabr 2017-ci il tarixdə şöbəyə daxil olduğu zaman həmin qərarın üzərinə şöbənin daxilolma ştampı vurularaq qeydiyyata alınmışdır. Görün düyü kimi, şöbə tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla bu işdə maraqlı şəxslərə görə pensiyanın məbləğinin artırılması haqqında şöbənin sərəncamı ilə 23.02.2007-ci il tarixdən hesablanaraq Ali Məhkəmənin qərarının elan olunduğu vaxtdan 45 gün əvvəl - 10.10.2017-ci il tarixdə ödənişə göndərilərək icra edilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2017-ci il tarixədək M.Mərdanovun 10 il əvvəl, yəni 2007-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək ola r.
15. Məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra məhkəmə qərarları və digər sənədlərə, o cümlədən “Neftqaztikinti” tresti tərəfindən təsdiq və təqdim edilmiş 02.05.2017-ci il tarixli SOCAR**********320123X00051 nömrəli 20042005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin Pensiya üzrə komissiyasının (şöbə müdirinin və Pensiya sektorunun müdirinin imzası ilə) tarixi olmayan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin sərəncamı əsasında İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 23.02.2007-ci il tarixdən 52 yaşının tamam olduğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 33 il sosial sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən vətən daşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq 23.02.2012-ci il tarixdən düzgün təyin olunmuşdur. Bu barədə yuxarıda müvafiq məlumat verilmişdir. Eyni zamanda İddiaçı yazılı müraciəti və Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında onun pensiyası 01.03.2018-ci il tarixdən yenidən hesablana bilər.
16. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 01.02.2020-ci il tarixədək ödənilməsi nəticəsində onun plastik kart hesabına külli miqdarda əsassız məbləğ köçürülmüşdür. Təyin olunmuş və ödənişi aparılan pensiya işi ilə əlaqədar izahat verməsi üçün İddiaçı əmək kitabçası və digər zəruri sənədlərin əsil ləri ilə birlikdə Fondun Bakı şəhəri Suraxanı rayon şöbəsi vasitəsilə Nazirliyə dəvət olunmuş, vətəndaş Nazirliyə gələrək yazılı izahat təqdim etmiş, həmin izahatda 1973-1975-ci illərdə hərbi xidmətdə olduğunu, əmək kitabçasında qeyd olunan idarə və müəssisələrdə müvafiq vəzifə və işlərdə işlədiyini, məhkəməyə özünün müraciət etdiyini, məhkəmə işləri barədə Fondun Suraxanı rayon şöbəsinin ona kömək etdiyini, plastik kart hesabına köçürülmüş məbləğləri özünəməxsus plastik pensiya kartı vasitəsilə bankomatdan çıxardığını bildirmişdir. Yuxarıdan göründüyü kimi həm birinci isntansiya məhkəməsi, həm də yuxarı instansiya məhkəmələri, İPM-nin 12.1 və 12.2-ci maddələrin tələblərini pozmuş, iddiaçının verdiyi iddia ərizəsi ilə əlaqədar araşdırmanı tam və hərtərəfli aparmayaraq İPM-nin 12.1 və 12.2- ci maddələrini pozmuş, həmçinin iddiaçıya münasibətdə tətbiq edilməli olmayan “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini ona münasibətdə tətbiq etmişlər.
17. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2-1(103)-2098/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
18. İnzibati Prosessual Məcəllə: Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllən in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Suraxanı rayon xidmət nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış **********0 saylı, 28.08.2020-ci il tarixli məktuba əsasən cavabdehin istina d etdiyi yeni açılmış hal (pensiyanın alt sistemində İddiaçı adına olan pensiya aydınlaşdırma statusu ilə bağlanmışdır) - inzibati məhkəmə icraatı başa çatmamış artıq cavabdehə 04.02.2020-ci il tarixdə artıq məlum olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu (yəni 04.02.2020-ci il) gündən yeni açılmış hallarla bağlı ərizə ilə 25.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
23. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını apellyasiya və kassasiya instansiya məhkəmələri qüvvədə saxlamış və birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 20. 12.2017-ci il tarixdə cavabdehə göndərilmişdir.
24. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində istinad etdiyi hallar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir.
25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 21.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(103)-2098/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.