Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-228/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-228/19 Bakı şəhəri 27 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin nümayəndəsi X2un və vəkili Vəkil1in iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1905/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05 may 2017-ci il tarixli, **********9789 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh operativ vergi nəzarətinin aparılması üçün əsas olan halları göstərmədən qanunsuz olaraq ona məxsus geyim mağazasında operativ vergi n əzarətini həyata keçirmiş, 02 may 2017-ci il tarixli akt tərtib etmiş və onun barəsində 15.161,50 manat məbləğində maliyyə sanksiyasını tətbiq etmişdir. Maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb kimi cavabdeh, vergi ödəyicisi tərəfindən alınmış mallara dair ciddi hesabat blankları olan qaimə-fakturaların təqdim olunmamasını göstərmişdir. Halbuki, yoxlama aparıldığı zaman iddiaçıya məxsus mağazada olan mallar 2016-cı ilin dekabr ayında Türkiyə Respublikasından alınmış mallar olmuşdur. Həmin malların əldə olunduğu dövrdə isə vergi qanunvericiliyi sadələşdirilmiş vergi ödəyiciləri üçün alınmış malların alışını təsdiq edən sənədlərin, yəni qaiməfakturaların təqdim edilməsini nəzərdə tutmamışdır. Həmçinin bildirilmişdir ki, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş, vergi orqanı isə həmin qaydalara əsasən tərtib olunması nəzərdə tutulmuş ciddi hesabat blanklarının nümunələrinin hazır olmadığı dövrdə, fərmanın qanuni qüvvəsini aldığı tarixdən yalnız bir gün sonra operativ vergi yoxlamasının keçirilməsi barədə qərəzli qərar qəbul etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə isə idxal gömrük bəyannaməsi sənədlərindən ən azı birinin olmaması vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulduğu qaydad a məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Vergi orqanı tərəfindən aparılmış yoxlama nəticəsində iddiaçıya məxsus təsərrüfat subyektində 151.615,0 manat məbləğində vergi qanunvericiliyinə uyğun olaraq müvafiq sənədlərlə alışı təsdiq edilməyən mallar aşkar edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya həmin məbləğin 10 faizi həcmində, yəni 15.161,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2-1(82)4326/2017 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 ap rel 2017-ci il tarixli Fərmanından bir gün sonra, həmin fərmana əsasən Qaydalarda nəzərdə tutuan ciddi hesabat blanklarının formasının təsdiq edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına verilmiş bir aylıq müddət başa çatmadan iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarətinin keçirilməsi barədə müvafiq qərarı qəbul etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1905/2018 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı ilin dördüncü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində iddiaçının mal qalığı göstərilməmişdir ki, bu da yoxlama zamanı iddiaçının təsərrüfat subyektində aşkar edilmiş malların 2017-ci il tarixədək alınmasını istisna edir. İddiaçı vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada malların alışını və hansı dövrdə alınmasını təsdiq edən sənədləri təqdim etməmiş, halbuki, Vergi Məcəlləsi qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəlir və ödənilən vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməyi vergi ödəyicilərinin əsas vəzifələrindən biri kimi müəyyən etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.7, 50, 58.8, 130.1-1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.1, 21.2, 51.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd etdiyi iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran və hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa no rmativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin iddiaçı tərəfindən malların alındığı dövrdə qüvvədə olmayan müddəasının tələblərinə istinad etməklə, onu vergi məsuliyyətinə cəlb etmişdir. Kassasiya şikayətində göstərilmiş dəlilin hüquqi əsası olaraq iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə vəAzərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5, 53.3 və 54.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə etiraz Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, yoxlama zamanı iddiaçının təsərrüfat subyektində aşkar olunmuş malların iddiaçı tərəfindən 2016cı ilin dördüncü rübü üzrə təqdim edilmiş bəyannamədə mal qalığı olaraq göstərilməməsi həmin malların iddiaçı tərəfindən məhz 01 yanvar 2017-c i il tarixdən sonra alındığını sübut edir. Bu səbəbdən, vergi orqanı Vergi Məcəlləsinin 58.8-ci maddəsinin həmin tarixdən qüvvədə olan mətninə əsaslanmaqla iddiaçının barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa bildirilmişdir ki, vergi qanunvericiliyi malların alışına dair sənədlərin saxlanılması vəzifəsini vergi ödəyicilərinin fundamental vəzifələrindən biri kimi müəyyən etmiş və həmin sənədlər hər zaman vergi ödəyicilərindən tələb olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 23 fevral 2007-ci il tarixdə vergi ödəyicisi kimi vergi orqanlarında ünvan 1 ünvanı üzrə qeydiyyata alınaraq, ona (VÖEN: **********) verilmişdir. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üz rə uçota alınması haqqında arayışın surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən təsərrüfat subyekti olduğu yer üzrə 30 mart 2007-ci ildə uçota alınmışdır. Departamentin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 20 aprel 2017-ci il tarixli, **********8348 saylı qərarının təsdiq edilmiş surətindən məlum olur ki, həmin qərar əsasında İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (geyim mağazası) pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi (ləri) üzrə 21 aprel 2017-ci il tarixdən 10 may 2017-ci il tarixədək operativ vergi nəzarətinin kiçik vergi xidmət müş avirləri H.H.Ağayev və V.H.Musayev tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 20 aprel 2017-ci il tarixli, KY171000704 saylı çıxarışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı (VÖEN: **********) sahibkarlıq fəliyyəti üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Vergi Məcəlləsinə əsasən 21 aprel 2017-ci il tarixdən 10 may 2017-ci il tarixədək vergi nəzarəti yoxlamasının aparılması qeydiyyata alınmışdır. Departamentin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 21 aprel 2017-ci il tarixli, **********8395 saylı qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin qərar əsasında İddiaçı (VÖEN: **********) “Nəzarət kitabçası”, mal ların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasını təsdiq edən sənədlərin və digər zəruri sənədlərin götürülməsi qərara alınmış, həmin qərar rəsmi qaydada 02 may 2017-ci il tarixdə İddiaçı təqdim olunmuşdur. Departamentin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 21 aprel 2017-ci il tarixli, **********8413 saylı tələbnaməsindən müəyyən olunur ki, İddiaçı (VÖEN: **********) operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələri əsas tutularaq, “Nəzarət kitabçası”, malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasını təsdi q edən sənədlərin və digər zəruri sənədlərin 1 gün müddətində, yəni 21 aprel 2017-ci il tarixə kimi vergi orqanının operativ nəzarəti həyata keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının Departamentinə ( AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla, 44) təqdim olunması tələb olunmuş, həmin tələbnamə rəsmi qaydada 02 may 2017-ci il tarixdə İddiaçı təqdim olunmuşdur. Departamentin kiçik vergi xidmət müşavirləri H.H.Ağayev və V.H.Musayev tərəfindən tərtib edilmiş “Operativ vergi nəzarətinin nəticəsi haqqında” VN-16 seriyalı, 000661 saylı aktın təsdiq olunmuş surətindən görünür ki, Departamentin 20 aprel 2017-ci il tarixli **********8348 saylı qərarına əsasən X1 və X2 tərəfindən pul vəsaitinin uçotdan gizlədilməsinə və ya uçota alınmamasına və sahibliyində olan malların alışını tə sdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərə nəzarət məsələsi üzrə fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus ünvan 3 ünvanında yerləşən “Giovanne Gentlie” kişi geyimləri mağazasında İddiaçı iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, yoxlama zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsinə və ya uçota alınmaması aşkar olunmadı. Malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, gömrük sənədləri və hər hansı sənəd vergi ödəyicisi tərəfindən təqdim olunmadı. Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən 15161,50 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, vergi ödəyicisinə mal-material dəyərlilərinin uçotunun Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun aparılması tövsiyyə olunmuşdur. Nəzarət kitabı təqdim olunmamışdır. İddiaçının cavabdehə ünvanlanmış 02 may 2017-ci il tarixli izahatından müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən “Giovanne Gentlie” kişi geyimləri mağazasında kişi üst geyimlərinin pərakəndə satışı ilə məşğul olur, ona məxsus olan və ya sahibkarlıq məsələləri üçün istifadə olunan mal-material dəyərlilərin qalığı ona məxsusdur. Başqa şəxslərə məsul saxlamağa mal ve rməmiş və qəbul etməmişdir. Satışda olan malları Türkiyə Respublikasından karqo vasitəsilə gətirir. Bu səbəbdən alış qaimələrini təqdim edə bilmir. Bundan əlavə, 02 may 2017-ci il tarixdə mağazada mövcud olan satış üçün nəzərdə tutulan malların ümumi dəyəri 100000-120000 manatdır. 02 may 2017-ci il tarixdə tərtib olunmuş siyahının təsdiq olunmuş surətindən müəyyən olunur ki, vergi yoxlaması zamanı iddiaçıya məxsus mağazada 24 adda 2229 ədəd olmaqla ümumi dəyəri 151.615 manatlıq mal aşkar olunmuşdur. İddaçıya məxsus şəxsi hesab vərəqəsinin çıxarışından müəyyən olunur ki, vergi ödəyicisinin 19 oktyabr 2017-ci il tarixə 17.412,48 manat ( 17076,10 manat əsas + 335,03 manat faiz) vergi borcu vardır. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edi lməsi haqqında” **********9789 saylı, 05 may 2017-ci il tarixli qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin qərar əsasında İddiaçı (VÖEN: **********) Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 15.161,50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 15 may 2017-ci il tarixədək 15.161,50 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada malların alışını və hansı dövrdə alınmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunsa da, o, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüy ü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qnauni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, vergi qanunvericiliyində müvafiq sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunduğu halda, iddiaçı tərəfindən aparılmış yoxlama zamanı zəruri olan sənədlər təqdim edilmədiyindən, cavabdeh tərəfindən maliyyə sanksiyasının tətbiq edilməsi qanunamüvafiq olmuşdur. Bu mövqeyi mübahisələndirən iddiaçı hesab etmişdir ki, cavabdeh Vergi Məcəlləsinin iddiaçı tərəfindən malların alındığı dövrdə qüvvədə olmayan müddəasının tələblərinə istinad etməklə, onu vergi məsuliyyətinə əsassız olaraq cəlb etmişdir. Məhkəmə kollegiyası dəlillə aşağıdakılar a əsasən razılaşmadığını qeyd edir. İddiaçı tərəfindən mübahisələndirilən qərar 05 may 2017-ci il tarixində qəbul edilmişdir. Həmin vaxt qüvvədə olan redaksiyasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - Vergi Məcəlləsi): - 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarındamaliyyə sanksiyası tətbiq edilir. Maddələrin tələblərinə görə, vergi ödəyicisində operativ vergi nəzarəti həyata keçirilən zaman sonuncunun sahibliyində olan malların alışını təsdiq edən müvafiq sənədlərin (qaimə-faktura, elektron qaimə-faktura, elektron vergi hesab-faktura, idxal gömrük bəyannaməsi, gəlir və xərclərlə dair) təqdim edilməməsi maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsasdır. İşin hallarına görə, iddiaçıda aparılmış operativ vergi nəzərəti zamanı mallara dair müvafi q sənədlər təqdim edilmədiyindən, onların dəyəininn 10 faizi həcmindəmaliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının istinadına görə, o, sadələşdirilmiş vergi ödəyicisi olduğundan, 01 yanvar 2017-ci il tarixinə qədər malların alınmasına dair müvafiq sənədlərin ondan tələb edilməsi qanunvericilikdə təsbit edilməmişdir. Çünki onun vergi öhdəliyi Vergi Məcəlləsinin 220-ci maddəsinə əsasən, malların təqdim edilməsindən əldə etdiyi vəsaitin məbləğindən faiz dərəcəsi ilə müəyyən edilirdi ki, bu vergi öhdəliyinin sübut edilməsi üçün malların alınmasına dair hər hansı bir sənədlərin saxlanılması zəruri olmamışdır. Lakin 16 dekabr 2016-cı il tarixli “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə dəyişiklik edilərə k yuxarıda verilmiş redaksiyasında müəyyən edilmişdir. Qeyd edildiyi kimi, həmin maddəyə görə bütün vergi ödəyiciləri tərəfindən sahibliyində olan malların alışına dair sənədlərin təqdim edilməsi müəyyən edilmişdir. Bu qaydanın tətbiqi 01 yanvar 2017-ci il tarxindən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. İddiaçının bir dəlilinə görə, operativ vergi nəzarəti zamanı müəyyən edilmiş mallar 01 yanvar 2017-ci il tarixinə qədər, yəni Qanun qüvvəyə minmədən əvvəl alındığından, həmin maddəyə əsaslanmaqla malların alınmasına dair sənədlərin ondan tələb edilməsi qanunsuz olmuşdur. Lakin iddiaçının eyni dəlili apellyasiya icraatı zamanı yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı 2016-cı ilin 4-ci rübü üzrə təqdim edilmiş bəyannaməsində malların qalığının olmadığını bəyan etmişdir. Yəni iddiaçının özü tərəfindən cavabdehə hesabat verilməklə bildirilmişdir ki, 01 yanvar 2017-ci il tarixinə onun malları olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, malların 01 yanvar 2017-ci il tarixinə qədər alınması faktı öz təsdiqini tapmadığından, apellyasiya məhkəməsinin nəticəsi əsaslı, cavabdehin dəlili isə bu hissədə əsassızdır. Digər dəlil kimi iddiaçı bildirmişdir ki, müvafiq sənədlərin saxlanılması vəzifəsi istinad edilən qanuna edilmiş dəyişiklikdən sonra qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın təsdiq edilməsi haqqında” 19 aprel 2017-ci il tarixli Fərmanl ilə müəyyən edildiyindən, həmin fərmanın icrası ilə bağlı ciddi hesabat blanklarının form ası hələ təsdiq edilməmiş və bu səbəbdən ondan həmin sənədlər tələb oluna bilməzdi. Məhkəmə kollegiyası dəlili o səbədən əsaslı hesab etmir ki, iddiaçının istinad etdiyi fərmanlar Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin tətbiqi ilə bağlı qəbul edilmişdir ki, həmin maddə eyni vaxtda Məcəlləyə əlavə olunmuş və müəyyən edilmişdir ki, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddə “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” fəslində yerləşmiş və iddiaçının fəaliyyətinə hər hansı bir aidiyyəti olmamışdır. Çünki Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələblərinin 130.1-1-ci maddə ilə əlaqəli tətbiqi yalnız o vergi odəyicilərinə münasibətdə zəruri hesab edilməlidir ki, əgər mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edilmişdir. Ciddi hesabat blanklarının formasının təsdiq edilməməsi ilə bağlı İddiaçının istinadı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir. Vergi Məcəlləsinin: - 16.1.3-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; - 16.1.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməkvergi ödəyicisinin vəzifəsidir; - - 71.1-ci maddəsinə əsas ən, vergi ödəyicisi olan hər hansı şəxs: həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur; - 71.2-ci maddəsinə əsasən, vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Sadalanmış müddəaların mənasına görə, vergi ödəyicisi vergitutma obyektlərinin uçotunu aparmağa, Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Sənədlərin üçotu isə qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmalıdır. Azərb aycan Respublikası Nazirlər Kabinetinin 118 saylı, 27 avqust 2004-cü il tarixli qərarı ilə «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları» təsdiq edilmişdir. Bu qərara uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Q-09 saylı, 04 aprel 2016-cı il tarixli qərarı ilə ciddi hesabat blanklarının forma və rekvizitləri təsdiq olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən mallar Azərbaycan Respublikasında alınmışdırlarsa, onların alışını təsdiq edən ciddi hesabat blanklarında tərtib edilmişqaimə-fakturalar mövcud olmalı idi. İddiaçı malları başqa ölkədən gətirmişdirsə, idxal gömrük bəyannaməsini təqdim etməli idi. Lakin apellyasiya məhkəməsinin işin müəyyən ed ilmiş hallarından göründüyü kimi, iddiaçımalların alışını və hansı dövrdə alınmasını təsdiq edən sənədləri istər operativ vergi nəzarəti zamanı cavabdehə, istərsə də məhkəmə icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmine dilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1905/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-228/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-228/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver