Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-228/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası “X4” Bakı filialı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (yeni açılmış hal, məhkəmə qərarının icrasının dayandırılması ) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı “X4” Bakı filialının nümayəndəsi Nümayəndə, cavabdehin Vəkil iştirakları ilə iddiaçı “X4” Bakı filialının cavabdeh Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xxxxında yerləşən ümumi sahəsi 13103,3 kv/m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, yeni açılmış hallarla bağlı məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2485/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərardadlarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: “X4” Bakı filialı (bundan sonra mətndə iddiaçı) xx xxxx 2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “xxxxında yerləşən ümumi sahəsi 13103,3 kv/m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh vəsatət verərək, inzibati iş üzrə Nərimanov rayon İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, SOCARın və Memarlıq və Şəhərsalma Baş İdarəsinin üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2491/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarı ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan xxxxında yerləşən ümumi sahəsi 13103,3 kv/m qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2817/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2491/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından cavab deh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1167/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: İ.A.Dadaşov və S.Ə.Hüseynova) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2817/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İcra mərhələsində cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təqdim etmiş, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verildiyini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müvafiq məhkəmə q ərarının icrasının dayandırılmasını xahiş etmişdir. Eyni tarixdə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təqdim edərək, ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddianın təmin olunmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2939/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarix li qərardadı ilə (hakim: E.M.Mustafayev) mübahisə ilə bağlı yeni açılmış hallara və üçüncü şəxslərin cəlbinə dair ərizə təmin edilməmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2941/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarının icrasının dayandırılması barədə vəsatət təmin edilməmişdir. Məhkəmənin həmin qərardadlarından ərizəçi (cavabdeh) tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2485/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli (yeni açılmış hall arla bağlı məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə baxılması haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadlarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2485/2019 nömrəli qərardadlarının ləğv edilməsi, cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-2941/2018 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd ed ilir ki, aparılmış təkrar araşdırmalar nəticəsində, həmçinin İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış təkrar yoxlamaölçü işləri nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyinə dair İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Bundan əlavə, İdarəyə təqdim olunmuş eskizlə sözügedən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, müvafiq qeyriyaşayış sahəsi daxilində yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. Lakin aparılmış yenidənqurma işlərinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, müvafiq qeyri-yaşayış sahəsinin ümumi sahəsi 13103,3 kv.m-dir. “xxxx” MMC-yə xx.xx.2007-cı il tarixdə texniki pasport verilmişdir (ü/s-196563,7 kv.m). “X4” Bakı filialının mülkiyyətində olan sahə qeyri-yaşayış binasının 3-cü mərtəbəsində yerləşir. Lakin sözügedən qeyri-yaşayış sahəsinə dair arxiv qovluğunda yerləşmə sxemi, bölgü sxemi və s. olmadığından qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqləşdirmək və texniki pasport tərtib etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan hallar işə əvvəllər məhkəmədə baxılarkən məlum olmadığından və məhkəmə tərəfindən nəzərə alınmadığından yeni açılmış hallar üçün əsasdır. Lakin qeyd olunan yeni açılmış hallar birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən əsassız olaraq nəzərə alınmamış, qeyd olunan hallar araşdırılmamış və nəticədə əsassız olaraq İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırıl ması barədə vəsatətin təmin edilməməsi barədə ədalətsiz qərarlar qəbul edilmişdir. Həmçinin, qəbul edilmiş məhkəmə aktları düzgün əsaslandırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətlərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının direktoru məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalı dır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblər dən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər (100). icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (106.3.). Cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi onunla əsaslandırılmışdır ki, müvafiq ünvanda yenidən araşdırma aparılarkən mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar, sübutlar aşkar edilmişdir. Belə ki, müv afiq qeyri-yaşayış sahəsinin yerləşmə mövqeyinə dair İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. İdarəyə təqdim olunmuş eskizlə sözügedən qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Müvafiq qeyri-yaşayış sahəsi daxilində yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. Lakin aparılmış yenidənqurma işlərinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, müvafiq qeyri-yaşayış sahəsinin ümumi sahəsi 13103,3 kv.m-dir. “xxxx” MMC-yə xx.xx.2007-cı il tarixdə texniki pasport verilmişdir (ü/s196563,7 kv.m). “X4” Bakı filialının mülkiyyətində olan sahə qeyri-yaşayış binasının 3-cü mərtəbəsində yerləşir. Lakin sözügedən qeyri-yaşayış sahəsinə dair arxiv qovluğunda yerləşmə sxemi, bölgü sxemi və s. olmadı ğından qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqləşdirmək və texniki pasport tərtib etmək mümkün olmamışdır. Ərizəçinin (cavabdehin) ərizədə, eləcə də apelyasiya və kassasiya şikayətində istinad etdiyi bu hallar inzibati məhkəmə icraatı zamanı məhkəmə araşdırmasının predmeti olmuş, bu dəlillərə müvafiq hüquqi qiymət verilmişdir. Odur ki, ərizəçinin istinad etdiyi bu hallar sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi üçün əsas ola bilməz. Üçüncü şəxslərin məhkəmə iclasına cəlb edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə o şəxsləri 3-cü şəxs qismində icraata cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırkı halda isə belə bir ehtimal yaranmadığı üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməməsi prosessual qanunvericiliyin tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikası İPM-in 96.7-ci maddəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, mübahisə edilən qərardadlar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.7 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2485/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-228/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-228/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver