Məhkəmə qərarları › İş №2-1(102)-228/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-228/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-228/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.07.2021-ci il tarixli, 2-1(103)-1620/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qə bul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xətai rayon İcra Hakimiyyətinin qanuni qüvvəyə minmiş məhkəmə qərarına görə ona ödəməli olduğu məbləği vaxtında ödəmədiyi üçün, ümumilikdə 9000 manat məbləğində vəsaitin ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

2. Birinci instansiya məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)-1070/2021 nömrəli (hakim Fərid Mədətli) qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl 9000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etməmişdir və bu səbəbdən iddia mümkün sayılmamalıdı r.

4. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.07.2021-ci il tarixli, 2-1(103)-1620/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Azər Hüseynov ) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzib ati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, dəfələrlə cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq, ona şifahi və ya yazılı olaraq heç bir cavab verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

10. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.

14. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulm uş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdird ə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

17. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

18. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

19. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası (məcburetmə) haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi llə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır.

20. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Ümumi hüquqi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur.

21. Bu mənada, iddiaçının əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi hallarda da, ümumi hüquqi müdafiə marağı mövcud olmur.

22. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə g örə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

23. Hazırkı mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki o inzibati orqana müraciət edərək tələbini daha asan yolla və məqsədəuyğun şəkildə həll etmək imkanına malik olmuşdur.

24. Apelyasiya instansiyası məhkəməsi, həm yuxarıda istinad olunan normanın tələbinə, həm də Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsasən haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsin in gəldiyi nəticə əsaslı və düzgündür. Məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.07.2021-ci il tarixli, 2-1(103)-1620/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar