Məhkəmə qərarları › İş №2-1(102)-228/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-228/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-228/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mə rkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq qeydə alınmış 10320,53 manat pensiya sığorta kapitalının pensiya ödənişlərinin sayına bölünərək (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-646/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edil sonra iddiaçı 6 ildən artıq müddətdə əmək f əaliyyətini davam etdirmiş və fərdi hesabının sığorta hissəsində 10320,53 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.

2. İddiaçı ona pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına gorə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviriəsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10320,53 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, 10320,53 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10320,53/72 = 143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 424,19 (280,85+143,34) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (944,05 manat) həmin artım qədər (143,34 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 800, 71 (944,05-143,34) manat təşkil edir. xx.xx.2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-122,49 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının yenidən hesablanması və ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq qeydə alınmış 10320,53 manat pensiya sığorta kapitalının pensiya ödənişlərinin sayına bölünərək (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. O, cavabdehə yazılı ərizə ilə müraciət edərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi fərdi hesabının sığorta hissəsi hesablanaraq, pensiyasına əlavə olunaraq ona ödənilməlidir. Cavabdeh tərəfindən ona ünvanlanan 13 aprel 2022-ci il tarixli rəsmi məktubda ona bildirilmişdir ki, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10320,53 manat pens iya sığorta kapitalı qeydə alınmışdır. Həmin pensiya sığorta kapitalı da “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10320,53/72=143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi (280,85 manat + 143,34 manat =) 424,19 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbinə uyğun olaraq da qulluq stajına görə əlavənin məbləği (944,05 manat) həmin artım (143,34 manat) qədər azaldılıb. Nəticədə də hazırda əmək pensiyasının məbləğinin sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasının məbləği isə 800,71 (944,05 manat-143,34 manat) təşkil edir. Cavabdeh bu cavabı ilə dolayısı yo lla qulluq stajına görə məbləğin, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq müəyyən edilmiş 10320,53 manat pensiya sığorta kapitalının faktiki olaraq ona ödənilmədiyi təsdiq olunur. Halbuki, sözügedən qanunun 37.3.4-cü və 2017-ci ilin 1 iyulunadək qüvvədə olan redaksiyasının 34.3.5-ci maddələrinə görə cavabdehin apardığı hesablamanın düzgün olduğunu təsdiq edir. Cavabdehin etirazları:

5. Cavabdehin etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8571/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin ol unduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiya yenidən hesablanmalıdır. İddiaçı tərəfindən hazırda mübahisələndirilən qərardan da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində toplanmış 10320,53 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla, ona təyin olunmuş əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd olunan pensiyanın yenidən hesablanmasına dair qərar qəb ul edilərkən, onun pensiyasının yenidən hesablanması hüququnun xx.xx.2017-ci il tarixdən yaranması nəzərə alınmadan, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin xx.xx.2019cu il tarixdən qüvvəyə minmiş redaksiyasına istinad olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı pensiyanın yenidən hesablanması tələbi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ilk dəfə xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-646/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmi ş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8571/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin olunaraq, iddiaçıya xx.xx.2007-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra, 2012 iyun-2021-ci il dekabr dövründə fərdi hesabının sığorta hissəsində yığılmış sığorta kapitalı nəzərə alınmaqla əmək pensiyasının əmək pensiyaları haqqında qanunvericiliyin hazırda qüvvədə olan normalarına müvafiq qaydada yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının hərbi qulluqçu kimi 2007-ci ildə pensiyaya çıxdıqdan sonra 6 ildən çox işləməklə, 2012 iyun-2021 dekabr dövründə fərdi hesabının sığorta hissəsində 11 043,35 manat məbləğində pensiya kapitalının qeydə alınması onu deməyə əsas verir ki, həmin sığorta kapitalı nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanmasını aparmaq cavabdeh orqanın öhdəliyidir. Konkret halda cavabdeh tərəfindən əmək pensiyaları haqqında qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmır, xx.xx.2022-ci il tarixdə pensiyası yenidən hesablanarkən iddiaçının vəziyyətini yaxşılaşdıran həmin normalar ona münasibətdə tətbiq olunmasından imtina olunaraq, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyası tətbiq olunmaqla, onun pensiyasının tərkibində 2012 iyun-2021 dekabr dövründə fərdi hesabının sığorta hissəsində 11043,35 manat məbləğində sığorta kapitalı qədər pensiyası artırılıb, həmin məbl əğdə də azaldılmaqla, faktiki olaraq onun fərdi hesabında qeydə alınmış 11043,35 manat sığorta kapitalını silərək sıfırlayır ki, bu da iddiaçının pensiya hüququnun pozulması deməkdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd ilə bağlı yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı kassasiya instansiyası məhkəməsinə etirazla müraciət edərək kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, etirazının dəlillərini iddianın dəlilləri ilə əsaslandırmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiy ada). Maddə 29.2 (5 noyabr 2022-ci il tarixli, 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.... Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pen siya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;......

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və h ərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

20. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

21. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

22. Kassasiya şikayətinin təkrarlanan dəl ilinə əsasən cavabdeh hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən və bu, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından, Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən təyin edilmiş pensiyanın yenidən hesablanmasını və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını tələb etməkdə haqlıdır.

24. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-646/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar