Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-228/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü; iddia müddətinin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentya br 2024-cü il tarixli, 2-1(107)-541/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə xx.xx.2009-cu il tarixdə baxılaraq, ona qarın boşluğunun absesi, qarnın ön divarının funksiyaedən bağırsaq fistulası səbəbli iki dəfə laparatomiyadan sonrakı vəziyyət diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə həmin diaqnozla 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə həmin diaqnozla 1 il müddətinə ikinci dərəcə və xx.xx.2016-cı il tarixdə həmin diaqnozla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki rayon Mərkəzi Xəstəxanasının 12 mart 2022-ci il tarixli g öndərişi əsasında baxılmış, göndəriş, natamam doldurulması, ümumi qidalanma zəifliyi təsdiq edən BÇİ-nin qeyd olunmaması əsası ilə geri qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 05 avqust 2024-cü il tarixli 21(116)-2569/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbul olunması səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilit asiya Agentliyinə aid etməklə, əlilliyin qiymətləndirilməsini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir. Əlilliyin təyin olunması barədə qərar inzibati aktın xassələrini daşıdığından, o cümlədən şəxs üçün hüquqi nəticə yaratdığından, hazırkı mübahisə “məcburetmə haqqında” iddiaya aid edilməlidir. Həmin növdən olan iddialara qanunvericiliklə iddia müddəti şamil olunur. Qeyd olunmalıdır ki, iş üzrə iddia ərizəsi məhkəməyə 20 iyun 2024-cü il tarixdə, yəni cavabdehin müvafiq (12 mart 2022-ci il tarixli) imtinasından 2 il 3 ay müddət keçdikdən sonra verilmişdir. Buraxılmış iddia müddətinin bərpa olunmasına gəldikdə isə, iddia 2 ildən artıq müddət keçdikdən s onra qaldırıldığından və İPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) üzrə xüsusatlar ortaya çıxmadığından, məhkəmə buraxılmış müddətin bərpası barədə ərizə verilməsinin iddiaçıya tövsiyə olunmasını məqsədəuyğun saymamışdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, mübahisənin xarakterinə görə əlillik təyinatına şəxsin sağlamlıq vəziyyətinin dəyişməsi birbaşa təsir etdiyindən, iddiaların imtina tarixindən uzun müddət keçmədən qaldırılması daha ağlabatan və səmərəli ola bilər. Belə olan halda, iddiaçının sağlamlıq vəziyyətindən, müayinə və müalicələrinin nəticəsindən asılı olmayaraq, yuxarıda göstərilənlərə əsasən hazırkı iddia mümkün sayıla bilməz.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və V.İ.Məlikov) 10 sentyabr 2024-cü il tarixli, 21(107)-541/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya qanunların tələbi ilə elektron qaydada avtomatik olaraq təyin edilməli olan əlillik dərəcəsi cavabdeh tərəfindən kağız daşıyıcılarla aparılmış kargüzarlıqla heçə endirilmiş və bununla da, iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İddiaçının xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş pensiyasının, “əlillik müddəti qurtardığına görə” ödənişinin kəsildiyi gündən beş ildən çox vaxt keçməmiş, vaxtında cavabdeh orqana müraciət etmiş, cavabdeh isə elektron qaydada əlilliyin bərpa edilməsi əvəzinə, kağız daşıyıcılarla olan kargüzarlığı ilə və əlilliyin bərpa edilməməsi ilə iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi mötəbə r sənədlərlə onun, qanunvericiliyin tələbləri ilə 10 ildən də artıq bir müddətdə əlilliyinin qeydiyyatda olması faktı cavabdeh tərəfindən mübahisələndirilmədiyi halda, məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqq ında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
91. Müba hisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsi n tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini a raşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
17. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda qeyd edilir ki: “14. Tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir.
15. Eyni zamanda, işlərin təhlili ilə müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə mübahisələrə baxılarkən bəzi hallarda şəxsin sağlamlıq vəziyyətinin tibbi göndərişlərin verildiyi vaxta uyğun qiymətləndirilməli olması baxımından, əlilliyin müəyyən olunma sından imtina edildikdən uzun müddət sonra qaldırılan iddialar mümkün sayılmamış, bəzi hallarda isə iddianın mümkünlük şərtlərinin ödənildiyi hesab edilməklə, işlərə mahiyyəti üzrə baxılmışdır.
16. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetm ə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.”
18. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə sonuncu göndəriş əsasında 12 mart 2022-ci ildə baxılmış və ona əlillik təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçı ona əlillik təyin edilməsi ndən imtina olunduğundan məlumatlı olmuş, buna baxmayaraq, təqribən 2 ildən artıq müddət keçdikdən sonra iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, beləliklə də hazırkı məzmunda iddia verilməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür.
19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın müddət ötürülməklə verilməsi səbəbi ilə mümkünsüzlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 2 -1(107)-541/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.