Məhkəmə qərarları › İş №2-1(102)-2280/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2280/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2280/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinin torpaq şöbəsinə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın il tarixli, 2-1(103)-1508/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Bakı şəhəri Badamdar Bələdiyyəsinin 07.06.2007ci il tarixli 085 nömrəli qərarı ilə İddiaçı2 Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməməsinin, habelə həmin qərar əsasında tərtib edilmiş torpaqların alqısatqısına dair aktın qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçə kmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Badamdar Bələdiyyəsinin 31.01.2007-ci il tarixli, 055 nömrəli qərarına əsasən İddiaçı1 Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Qeyd olunan prosedurlarından keçdikdən sonra iddiaçı mülkiyyətinə verilməsi qərara alınmış torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası DTXK-nın Bakı şəhər şöbəsinə müraciət etmişdir. Lakin AR DTXK B akı şəhər şöbəsi iddiaçının müraciətlərini cavablandırmamışdır. Cavabdeh iddiaçının hüquqlarını pozmaqla qanuni müraciətini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin il tarixli, 2-1(81)-1309/2015 nömrəli (sədrlik edən hakim Müseyib Bayramov) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Badamdar Bələdiyyəsinin 07.06.2007-ci il tarixli 085 nömrəli qərarı İddiaçı2 Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinə dair «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi, habelə həmin qərar əsasında tərtib edilmiş torpaqların alqısatqısına dair aktın qeydə alınması vəzifəsi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 152.1, 157.8, 158.4, 241–243-cü maddələrinə, Torpaq Məcəlləsinin 55, 65-ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 25-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 58.1, 58.7-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya ins tansiyası məhkəməsi) 23.09.2020-ci il tarixli, 2-1(103)-1508/20 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2-1(81)-1309/2015 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinin torpaq şöbəsinə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Torpaq Məcəlləsinin 55, 68-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət r eyestri haqqında» Qanunun 8-ci maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4.0.1, 6.5-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 13.2 və 17-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, müvafiq torpaq sahəsinə dair maddi hüquq qanunvericiliyində nəzərdə tutulmuş sənədlər təqdim edilmədiyindən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Kasasiya şikayətinin dəlilləri:

8. İddiaçının kasasiya şikayəti onunla əs aslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticənin hüquqi əsası yoxdur. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

9. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 09 avqust 2001-ciil tarixli, 548 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma i craatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 10. 15 fevral 2016-cı il tarixli, 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı («Azərbaycan» qəzeti, 21 fevral 2016-cı il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, İİ kitab, maddə 251) ilə 2-ci hissənin dördüncü abzasında «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin» sözləri «Əmlak Məsələləri Dövlət Komitəsinin» sözləri ilə əvəz edilmişdir. 11. 16 may 2019-cu il tarixli 691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı («Xalq» qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Q anunvericilik Toplusu, 2019-cu il, No5, maddə 843) ilə 2-ci hissənin dördüncü abzasına «və rayon» sözlərindən əvvəl «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair)» sözləri əlavə edilmişdir.

12. Göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanda yerləşən 600 kvadrat metr torpaq sahəsi ona Bak şəhəri Badamdar Bələdiyyəsinin 07 iyun 2007-ci il tarixli, 085 nömrəli qərarı ilə ayrılmışdır. Bununla da apelyasiya instansiyası məhkəməsi tərəfindən, ona torpaq sahəsinin ayrılması zamanı mövcud olmayan tələblərə əməl edilməməsinə istinad olunmuşdur. Odur ki, ona torpaq sa həsinin ayrılması zamanı «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində göstərilən (hazırda qüvvədə olan redaksiyada) Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini alınması nəzərdə tutulmadığından apelyasiya instansiyası məhkəməsinin göstərilən dəlilləri əsassızdır.

13. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi ilə tənzimlənir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geri yə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ aktların qüvvəsi geriyə şamil edilmir.

16. Sadalanan qanunvericilik aktları normalarına əsasən İddiaçı2 ilə cavabdeh Səbail Bələdiyyəsi arasında göstərilən torpaq sahəsinə dair münasibətlər «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikasi Prezidentinin 09 avqust 2001-ci il tarixli, 548 nömrəli Fərmanının 2-ci bəndinə edilmiş dəyişikliklərə dair Azər baycan Respublikası Prezidentinin 15 fevral 2018-cı il tarixli 787 nömrəli və 16 may 2019-cu il tarixli 691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının qəbul edilməsindən zaman etibarı ilə daha əvvəl yarandığından, bundan zaman etibarı ilə daha sonra qəbul edilmiş normativ aktla müəyyən edilmiş fərqli qaydaya əməl edilməsi mümkün olmadığından, apelyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən hala əsaslanmaqla iddianın təmin edilməməsinə dair gəldiyi nəticə əsassızdır.

17. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-1508/2020 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalar ının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayəti faktiki olaraq yeganə bir dəlildən ibarətdir, yəni, «15 fevral 2016-cı il tarixli, 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikasi Prezidentinin 09 avqust 2001-ci il tarixli, 548 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, 2-ci hissənin dördüncü abzasında «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin» sözləri «Əmlak Məsələləri Dövlət Komitəsinin» sözləri ilə əvəz edilmişdir və 16 may 2019-cu il tarixli 691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2-ci hissənin dördüncü abzasına «və rayon» sözlərindən əvvəl «, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair)» sözləri əlavə edilmişdir.

22. Buna görə də iddiaçının qənaətincə, apelyasiya instansiyası məhkəməsi tərəfindən artıq müvafiq icazə mahiyyətli rəyinin başqa orqana verilməsinin və bu səbəbdən də bu cür rəyin iddiaçıda olmasının zaman baxımından iddiaçıda sadəcə olaraq mümkün olmamasının nəzərə alınmaması yanlışdır, belə ki, bu Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir.

23. Məhkəmə ko llegiyası hesab edir ki, iddiaçının bu dəlili formal mülahizələrə istinad edilməklə əsassızdır.

24. Belə ki, məlum olduğu kimi, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli, 055 nömrəli qərarı ilə Badamdar qəsəbəsi, İİİ yaşayış massivində olan 600,0 kvadrat metr torpaq sahəsi İddiaçı1 adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 07 iyun 2007-ci il tarixli, 085 nömrəli qərarı ilə Badamdar qəsəbəsi, İİİ yaşayış massivində olan 600,0 kvadrat metr torpaq sahəsi İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Badamdar Bələdiyyəsinin 07 iyun 2007-ci il tarixli 085 nömrəli qərarı ilə ona ayrılan Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanında yerləşən 600 kvadrat metr torpaq s ahəsinə dair «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi, habelə həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin 01/01-3645 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Səbail rayonu, Badamdar Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin müddəalarına uyğun olaraq verilmişdir. Həmin Əsasnamənin 7-ci bəndinə görə ayrı lması nəzərdə tutulan torpaq sahəsinə memarlıq və şəhərsalma nöqteyi-nəzərindən və sahənin Bakı şəhərinin baş planına uyğunluğu barədə memarlıq xidməti orqanlarının rəyi tələb olunur. Sözügedən torpaq sahəsinin yuxarıda qeyd olunan məqsəd üçün ayrılmasının mümkünlüyü barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edildikdən sonra şöbədə müvafiq qaydada sənədləşmə işinin aparılacağı bildirilmişdir. İddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi prosessual hüquq normaları düzgün tətbiq etmişdir.

26. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki ş əxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərin də hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0 1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrü fatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə müna sibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul a ktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənz il Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

29. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir.

30. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

31. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş «Torpaqların alqı-satqısı» qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edir.

32. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli, 696 nömrəli Fərmanının 2-ci bəndinə əsasən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razıl aşdırılması qaydaları haqqında» Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər.

33. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslar qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı torpaq sahəsinin rəsmiləşdirilməsi və müvafiq sənədlərin verilməsi üçün «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə və «Bələdiy yə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 160 nömrəli Qanununun 6.5-ci maddəsinin tələblərinə əsasən yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini inzibati orqana və məhkəməyə təqdim etməmişdir.

34. Belə ki, əvvəla məhkəmə kollegiyası qeyd edir ki, işin 7-ci səhifəsində olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı ilə Badamdar Bələdiyyəsi arasında 20 dekabr 2006-cı il tarixdə bağlanmış həmin aktda Bakı şəhər Torpaq şöbəsinin müdiri X1, adı və atasının adı yazılsa da, onun imzası və şöbənin möhürü mövcud deyildir ki, bu Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 20 14-cü il tarixədək qüvvədə olmuş «Torpaqların alqısatqısı Qaydaları»na ziddir.

35. Digər tərəfdən, xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı halda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları tətbiq edilə bilməz, belə ki, həmin müddəalar o halda tətbiq edilə bilərdi ki, sözügedən torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlandığı zaman icazə mahiyyətli rəyin verilməsi şərti ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmasa idi, lakin adıçəkilən müqavilə bağlandığı zaman «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsində sözügedən rəyin alınması mütləq qaydada tələb olunurdu, yəni, həmin rəyin verilməsinin hazırda başqa orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmasının inzibati mübahisənin mahiyyətinə və onun həll olunm asına heç bir əhəmiyyəti yoxdur.

36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-1508/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar