Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2280/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istismara qəbul aktı olmayan tikiliyə çıxarışın verilməsinin yol verilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı (üçüncü şəxs X6) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 2-1(103)-1385/2024 saylı qərarından İddiaçı v ə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 2-1(103)-1385/2024 saylı qərardadından üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanda yerləşən 331.1 kv. metr qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır.
2. İddiaçı cavabdeh xxxnə müraciət edərək ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını xahiş etmişdir.
3. Cavabdeh 13 iyul 2018-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, daxil olmuş sənədlər surətdir və təqdim edilmiş sənədlər Bakı şəhər İcra Hak imiyyəti tərəfindən təsdiq edilməmişdir. Həmçinin sözügedən qeyri yaşayış sahəsində yerləşən yaşayış binanın istismarına icazə sənədi və qeyri-yaşayış sahəsinə dair Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı iddia ərizəsi ilə 1 saylı ünvan 3 ünvanında yerləşən kooperativ binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi və zifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. İddiaçı həmin binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsini 365.000 manat ödəməklə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu xx.xx.2015-ci il tarixli maliyyə arayışı da təsdiq edir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh təşkilat müraciətin təmin edilməsindən əsassız oalraq imtina etmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus qeyri-yaşayış sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, qeyri-yaşayış sahə qanunamüvafiq olaraq ona ayrılmış, həmin sahə naturada təhvil verilmiş, o da öz növbəsində faktiki sahiblik hüquqlarını həyata keçirir. MMC-yə heç bir borcu yoxdur, kommunal xidmətlərini vaxtıvaxtında ödəyir. Bu səbəbdən qanuni istifadəsində olan qeyri-yaşayış sahəsinə dair iddiaçının adına müvafiq çıxarış verilməlidir. 6.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(81)3592/2018 saylı qərarı ilə (hakim X1) iddia təmin edilərək, "xxxx" MMC tərəf indən Bakı şəhəri, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 365 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almış və cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. 9. 11 noyabr 2022-ci il tarixdə X6 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3592/2018 saylı, 22 may 2023-cü il tarixli qərardadı ilə (hakim X7) ərizəçi X2 ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3592/2018 saylı qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X6 hazırkı inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11251 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim X7) iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatınd an imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə q ərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Lakin hazırkı işdə tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istədiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul edilməsinə dair müvafiq aktı məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmənin İPM-in 12-ci maddəsinə uyğun olaraq apardığı araşdırma da müsbət nəticə verməmişdir. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir.
13. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3592/2018 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Üçüncü şəxs X6 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizənin geri qaytarmaqla icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1385/2024 nömrəli iş üzrə 08 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)11251 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-1385/2024 nömrəli iş üzrə 08 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) üçüncü şəxs X2 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11251 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, şikayətin apelyasiya qaydasında icraata qəbulundan imtina edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayət verilmiş qərarla üçüncü şəxsin hüquqları pozulmadığından onun apelyasiya şikayəti vermək hüququ da mövcud olmur. Bu səbəbdən həmin şikayət mümkün sayılmamaqla icraata qəbul edilməməlidir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı, qərardadından isə üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti
20. Həmin kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 15-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir.
21. Şikayətdə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətdə göstərilmiş halların heç birini təhlil etməmiş, qərarı əsaslandırmamışdır. Belə ki, apellyasiya şikayəti əsaslandırılarkən göstərdiyi xüsusatlar məhkəmə tərəfindən araşdırılmamış, qərarda münasibət bildirilməmişdir. Belə ki, şikayətinin əsasına görə, məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmiş X12 Nağıyevlə aralarında olan notarial təsdiqli razılaşmaya əsasən, kompensasiya edilməsi yolu ilə barışıq sazişi bağlanılmış, bu səbəbdən də İman Cəfərov onun zəruri cəlbetmə qaydasında cəlb edildiyi işdən imtina etdiyini, ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona qaytarılması barədə Bakı İnzibati məhkəməsinə xx.xx.2023-cü il tarixli ərizə ünvanlamışdır. Lakin məhkəmə buna baxmayaraq, işə baxılmasını davam etdirmiş və xx.xx.2023-cü il tarixdə iddianın təmin edilməməsi barədə qərar vermiş, qərarında ərizəçinin imtinasına belə münasibət bildirilməmişdir. Məhkəmə işə cəlb edilmiş 3-cü şəxsin hər hansı bir pozulmuş hüquqlarının qalmadığını bildiyi halda onun hüquqlarını bərpası mövqeyindən çıxaraq, qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qərarı ilə müəyyən edilmiş məsələləri təkrar yoxlamışdır. Məhkəmə, icraatı işə cəlb edilmiş şəxsin ərizəsi əsasında başlasa da, qətnamədə həmin 3-cü şəxsin hüq uqlarının müdafiəsinə dair əsaslandırma aparmamış, tələbini geri götürmə ərizəsini nəzərə almamışdır. Üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti
22. Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunur.
23. Qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apelyasiya şikayətini qeyri-mümkün hesab edərkən İPM-in normasını düzgün tətbiq etməmişdir. Belə ki, Bakı İnzibati məhkəməsinin 2-1(81)-3592/2018 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində işə cəlb edilmişdir. İşin gedişatı zamanı İddiaçılə üçüncü şəxs arasında razılaşma əldə edilmiş, bu məqsədlə notarial qaydada razılaşma müqaviləsi (müqavilə iş materiallarına əlavə edilib) bağlanılmışdır. Həmin m üqaviləyə əsasən, İddiaçı tərəfindən ona edilmiş pul ödənişi müqabilində mübahisə predmeti olan qeyri yaşayış sahəsinə olan hüquqlarının əvəzi ödənilmiş, bu səbəbdən də Bakı İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və işin baxılmasına xitam verilməsini xahiş edilmişdir. Lakin işə baxan hakim tərəflər arasında razılaşma əldə edilməsinə və barışığın olmasına baxmayaraq, işə baxılmasını davam etdirmiş və iddia tələbini rədd etməklə üçüncü şəxsin və iddiaçının mənafelərinə zidd qərar qəbul etmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi iddiaçı ilə üçüncü şəxsin arasında olan barışıq razılaşmasını nəzərə almamış, qərarında münasibət bildirməmiş, eyni zamanda razılaşma müqaviləsinin nəzərə alınmaqla ərizəni və ona əlavə edilmiş sənədlərin g eri qaytarılmasını təmin etməmişdir. Belə olan halda iddiaçı ilə üçüncü şəxs arasında bağlanılmış razılaşma müqaviləsi üzrə öhdəliklər (icrasız qalmışdır ki, bu da İddiaçı üçüncü şəxslə bağladığı müqavilənin ləğv edilməsini tələb etmək hüququ verir. Müqavilənin ləğvi üçüncü şəxsə müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarmaq vəzifəsi yaradır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sən əd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma b ölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd...
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Resp ublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
27. Proses iştirakçıları 27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. 27.3. İdd iaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə
55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddi a məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə
66. Barışıq sazişinin mümkünlüyü 66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. 66.2. Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin x üsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. 66.3. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. 66.4. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Maddə
67. İddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələr ində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəməni n inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı...
24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan ş əxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi t əmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.
26. İPM-in 46.2-ci maddəsində təsbit edilmiş prosesin tezləşdirilməsi ilə bağlı prinsipə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, eləcə də onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmələr icraatlarında olan işləri ağlabatan müddətlərdə (İPM-də nəzərdə tutulmuş konkret müddətlərdə baxılmalı olan işlər istisna olmaqla) yekunlaşdırmaq vəzifəsi daşıyırlar. Bu mənada, üçüncü şəxslərin prosesdə iştiraka qoşulması işin hallarını daha tez müəyyənləşdirməyə imkan verərək, həm də məhkəmə mübahisələrinin ağlabatan müddətlər çərçivəsində mümkün qədər sürətli yekunlaşdırılmasına səbəb olur.
27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranma sının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
30. İddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinin qərarı, üçüncü şəxs tərəfindən isə qərardad bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərində yeganə mübahisə edilən hal üçüncü şəxs tərəfindən verilmiş geri götürülmə ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması və bunun nəticəsində iddianın rədd edilməsi ilə bağlıdır.
36. Məhkəmə kol legiyası hər iki kassasiya şikayətində əks edilmiş hüquqi mövqeyi əsassız hesab edərək ən əvvəl işin mahiyyəti ilə əlaqədar mövqe bildirməyi məqsədə müvafiq hesab edir.
37. Belə ki, iş materiallarında olan cavabdehin 13 iyul 2018-ci il tarixli imtina məktubundan, cavabdehin 13 sentyabr 2018-ci il tarixli iddia tələbinə etirazdan, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş 02 sentyabr 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, ünvan 6 ünvanda yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismarına icazə aktı yoxdur.
38. Həm Mülki Məcəllənin 139-1-ci maddəsinə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Başqa sözlə tikilinin istismara qəbulu barədə akt olmadığı təqdirdə həmin tikili üzərində hüquqlar dövlət qeydiyyatına alına bilməz.
39. Odur ki, iddianın rədd edilməsi barədə məhkəmələrin mövqeyi qanuni və əsaslı olmuşdur.
40. Üçüncü şəxs tərəfindən icraata xitam verilməsi ilə bağlı ərizənin əsassız olaraq nəzərə alınmaması ilə bağlı şikayətlərdə əks edilmiş mövqeyə gəlincə məhkəmə kollegiyası şikayətləri bu hissədə də əsassız hesab edir.
41. Belə ki, iş üzrə icraatın təzələnməsi barədə qərardad xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, ərizənin geri qaytarılması ilə bağlı vəsatət xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Göründüyü kimi üçüncü şəxsin ərizəsi icraat təzələndikdən sonra daxil olmuşdur.
42. Prosessual qanunvericilik baxımından təzələnmiş ic raat bir məhkəmə işinin yenidən baxılmasıdır və belə icraata xitam verilməsinin əsasları İnzibati Prosessual Məcəllənin 55-ci maddəsi ilə tənzimlənir. Qanunverici icraata xitam verilməsinin əsaslarını dəqiq müəyyən etmiş və ondan kənara çıxmanı nəzərdə tutmamışdır.
43. Kassasiya şikayətlərində qeyd edilir ki, iddiaçı və üçüncü şəxs razılıq əldə edərək aralarında barışıqla bağlı saziş mövcud olsa da, məhkəmələr bu halı nəzərə almamışlar.
44. Məhkəmə kollegiyası bildirir ki, İPM-in 66.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında bağlanan razılaşmadır. İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə iddiaçı və cavabdeh tərəf hesab edilir. Bu iş üzrə tərəf İddiaçı ilə cavabdeh xxx olduğundan üçüncü şəxs ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma müqaviləs inin (iddiaçı və üçüncü şəxs tərəf olmadığından) mövcudluğu icraata xitam verilmə əsası kimi qəbul edilə bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası bu qərarın “Tətbiq edilən hüquq” bölməsində istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsi, eləcə də üçüncü şəxsin apelyasiya şikayətini qeyri-mümkün sayılması barədə mövqeyi qanuni və əsaslı olduğundan iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərar və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 21(103)-1385/2024 saylı qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.