Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2281/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-1(103)-943/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 3 fevral tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin 2020-ci il 18 fevral tarixli, 2-1(114)-753/2020 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin yanvar ayının 12-dən, 1993 -cü ilin may ayının 16-na kimi iddiaçı könüllü olaraq Goranboy rayonunda Rasim Əkbərovun rəhbərliyi ilə yaradılmış Goranboy özünümüdafiə batalyonunun tərkibində Samux döyüşçülərindən ibarət bölüyün tərkibində ermənilərə qarşı Goranboy rayonunun Gülüstan, Manas, Başkənd, Talış, Keçəltəpə kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Onun döyüşlərdə iştirak etdiyini onunla birlikdə döyüşlərdə iştirak etmiş şəxslər təsdiq edə bilərlər. Həmin şəxslər hazırda veterandırlar. Döyüşlər zamanı çəkdirdiyi fotoşəkillər vardır, həmin fotoşəkilləri də iddia ərizəsinə əlavə edilmişdir. 1993-cü ilin may ayının 17-də 18 yaşı tamam olduğu gün Samux rayon hərbi komissarlığına gedib qeydiyyata düşmüş və həqiqi hərbi xidmətini çəkmək üçün Ali Dövlət Hakimiyyəti Baş Mühafizə İdarəsinə göndərilmişdir. 1996-cı ilin iyun ayının 12-nə kimi Milli Qvardiyada qulluq etmişdir. 1996-cı ildən 1999cu il tarixə kimi Ali Dövlət Hakimiyyəti Baş Mühafizə İdarəsi rəhbərliyinin təşəbbüsü ilə Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyasının Moskva şəhərindəki Azərbaycan Respublikasının səfiri Ramiz Rzayevin və onun ailəsinin təhlükəsizliyini təmin etmək üçün ezamiyyətə göndərilmişdir. Ona müharibə veteranı statusu və vəsiqəsi verilməsindən ötrü Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Həmin imtina məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adı və vəsiqəsi alması üçün təqdim etdiyi sənədlər baxılıb qərar verilməsi məqsədi ilə tərəflərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”na təqdim edilmişdir. Xidmət Aparatında fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasının iclasında təqdim olunmuş sənədlərə baxılmış və sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən təsdiqedici arxiv sənədləri yoxdur) müharibə veteranı adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Cavabdeh orqanın həmin imtina məktubunu itirmiş, habelə imtina ilə razılaşmadığından yenidən cavabdeh orqana 2020-ci il 31 yanvar tarixdə müraciət etmişdir. O, cavabdeh orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinasını qanunsuz və əsasız hesab edir. Həmin imtina ilə onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilməmişdir. Hesab edilməlidir ki, ona müharibə veteranı adının verilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Cavabdehin etirazları:
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənə dlər təqdim edilməlidir. Bu səbəbdən də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq qərar qəbul edir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edə biləcək sənədləri olmadığından iddia tələbi rədd edilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli, 2-1(112)-4090/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi h esab etmişdir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «müharibə veteranı» adı və vəsiqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər əsasında verilməsi müəyyən edilmişdir. Hazırki halda iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədən yalnız X5, X3 və X2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi əsassızdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-1(103) -943/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə şahidlərin dindirilməsində maraqlı olmamış, iş üzrə zəruri araşdırma aparmamış və yalnız iddianın rədd etməklə kifayətlənmişdir. Məhkəmə iddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edən rəsmi sənədlərin olma masını əsas gətirməklə, həmin sənədlərin əldə olunması istiqamətində zəruri addımları atmamış, müvafiq inzibati orqanlara sorğular göndərilməmişdir. Halbuki, inzibati məhkəmə qeyd olunan halların araşdırmaq vəzifəsini daşıyır. Məhkəmə hüquqi faktları deyil yalnız cavabdehin imtinasına əsaslanaraq, hesab etmişdir ki, iddia əsassızdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək vet eranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İ smayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş ə məliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübu t edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmal ıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarın ın bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və həmin qənaətin əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 9 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən h ər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
20. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiq ələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər.
21. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil.
22. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İşlər İdarəsi tərəfindən verilən arxiv arayışlarına görə, N saylı hərbi hissə komandirinin yanvar-may 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparıla bilinməmişdir.
23. Məhkəmə sorğusuna cavab olaraq G oranboy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş C-161 saylı, 2020-ci il 29 aprel tarixli məktubdan görünür ki, Goranboy özünümüdafiə batalyonunun tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı barədə Goranboy Rayon İcra Hakimiyyətində heç bir sənəd aşkar olunmamışdır.
24. Məhkəmə sorğusuna cavab olaraq Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən 15/439 saylı, 2020-ci il 9 oktyabr tarixli məktubla bildirilmişdir ki, 1975-ci il 17 may təvəllüdlü İddiaçı qeyd etdiyi Goranboy özünümüdafiə batalyonunun tərkibində Samux döyüşçülərindən ibarət bölüyün iştirak etməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində və Göygöl rayon Dövlət arxivində heç bir sənəd və məlumat aşkar olunmamışdır.
25. Beləliklə, Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 21(103)-943/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.