Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2281/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəhid statusunun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə qarşı "X6 şəhid statusunun, ailəyə isə şəhid ailəsi adının verilməsi" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-183/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı mərhum oğlu X7 xx.xx.2001-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş və 2020-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.
2. X7 xx.xx.2021-ci ildə göldə boğularaq vəfat etmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə ərizə ilə müraciət edərək X2 şəhid statusunun verilməsini xahiş etmiş, lakin cavabdeh müraciət təmin olunmasından imtina etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli 1218 nömrəli məktubla bi ldirmişdir ki, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı ilə təsdiq olunur. X5 hərbi hissə tərəfindən verilmiş bildirişində Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar öz əksini tapmadığına görə ona şəhid statusunun verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 23 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mərhum oğlu X6 “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu 2020-ci il tarixdə İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində qumbaraatan kimi xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan, Füzuli və Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 iyun 2021-ci il tarixdə hərbi xidmət vəzifəsinin icrası zamanı göldə boğularaq həlak olmuşdur.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 15 fevral 2022-ci il tarixli 2- 1(116)-681/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. X2 şəhid adının verilməsi üçün onun Azərbaycan Respub likasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasının müəyyən edilməsi tələb olunur. Lakin iş materialları ilə bu halların heç biri müəyyən edilmir. X1 həlak olduğu şəraiti təsdiq edən sənədlər onun şəhid sayılmasına əsas vermir. Belə olan halda isə, mərhumun ailəsi şəhid ailəsi sayılmır.
9. İddiaçı qərardan apell yasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: R.R.Rəfiyev-məruzəçi, V.İ.Məlikov və M.A.Əsədli) 2-1(107)-183/2022 nömrəli 7 sentyabr 2022-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKYAƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, X7 xx.xx.2001-ci il tarixdə İsmayıllı rayonunun Quşencə kəndində anadan olmuş və 2020-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. X7 17 iyun 2021-ci il tarixdə döyüş mövqeyində döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrasına, yəni döyüş növbətçiliyinin aparılmasına cəlb olunmuşdur. X7 göldə yuyunarkən boğularaq ölmüşdür. Əkbərov Nicatın bataraq öldüyü ərazi xidməti ərazi olmuşdur.
13. Bundan başqa iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi işə səthi yanaşmış, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1460 nömrəli bildirişə əsasən, N nömrəli hərbi hissənin qumbaraatanı əsgər X7 xx.xx.2021-ci ildə hərbi xidmət vəzifəsinin icrası zamanı göldə boğularaq vəfat etməsi gö stərilmişdir. Ancaq Məhkəmə kollegiyası öz mövqeyində bu sənədi təkzib etmişdir. 14. 15 iyul 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 604) ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı yarımbəndi yeni redaksiyada verilmişdir. 1.2.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabit ə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər Şəhid hesab edilir. Əvvəlki redaksiyada düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər nəzərdə tutulmuşdur. Hazırkı redaksiyada isə Şəhid adının əhatə dairəsi daha geniş şəkildə verilmişdir. X7 da həmin qanunun təsir dairəsinə düşür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suve renliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir... Maddə
2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1 Şəhid-A zərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: (-); 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərb aycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1-ci bənd. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. 4.2-ci bənd. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayış lara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir.
18. İnzibati Prosessual Məcəllə (İPM): (-). Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASNİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şik ayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə r ədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Bununla bağlı, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 2
6. İddiaçı mərhum oğluna “Şəhid”, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi iddiası ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, oğlu hərbi xidmət vəzifəsinin icrası zamanı göldə boğularaq həlak olmuşdur.
27. Cavabdehin dəlillərinə görə iddiaçının oğlu 17 iyun 2021-ci il tarixdə göldə boğularaq həlak olmuşdur. Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar öz əksini tapmadığına görə ona şəhid statusunun verilməsi mümkün deyildir.
28. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçının oğlu bədbəxt hadisə nəticəsində 17 iyun 2021-ci ildə avqust ayında göldə boğul araq həlak olmuşdur.
29. İddiaçı iddiasında və apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.7.2009-cu il tarixli 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə istinad edərək bildirir ki, oğlu daxili işlər orqanlarında döyüş tapşırığının yerinə yetirilməsi zamanı xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur.
30. İddiaçının oğlunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması hər hansı mötəbər sübutla təsdiq olunmur.
31. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hala əsasən, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən dey il, bədbəxt hadisə nəticəsində göldə boğularaq ölmüşdür.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətində aşağı instansiya məhkəmələri tərəfindən lazımi araşdırmanın aparılmadığını qeyd etsə də, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum oğlu X5 ölüm şəraiti tətbiq olunmuş hüquq normalarının tələbləri baxımından düzgün qiymətləndirilmişdir. İddiaçının tələbinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-183/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətid