Məhkəmə qərarları › İş №2-1(102)-2281/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2281/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2281/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X2) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024 -cü il tarixli, 2-1(103)-1719/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-15367/2023 saylı qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-15367/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qə rardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1719/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

7. Eyni zamanda, iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişdir.

8. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının dişində iltihablı prosesin getməsi ilə əlaqədar, hərarətinin artması səbəbindən yüksək temperaturla həkim nəzarəti altında yataq xəstəsi olduğundan Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1719/2024 saylı qərardadının xx.xx.2024-cü il tarixdə “Elektron Kabinet”ə yerləşdirilməsindən məlumatı olmamışdır. Sağaldıqdan sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlayıb və ona etibarnamə verib 25.05.24-cü ildə kassasiya şikayətini tərtib edib, 25-26 may 2024-cü il tarixləri qeyri-iş günləri olduğundan 27.05.24-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunma dığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllə nin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

10. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. İş materiallarına görə, Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1719/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.

12. İddiaçı həmin qərardaddan xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş 10 günlük müddətin başa çatmasından 25 gün sonra kassasiya şikayəti vermişdir.

13. İddiaçının vəsatətində qeyd olunanlara gəldikdə, iddiaçının vəsatətə əlavə etdiyi tibbi arayışda onun müalicə üçün tibb müəssisəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək müraciət etdiyi qeyd olunmuşdur. Həmin tarixlər aralığındakı müddət üzrlü hesab edildikdə belə, xx.xx.2024-cü il tarixdən sonra da iddiaçı prosessual müddətə riayət etməmiş, hər hansı üzrlü səbəb olmadan müddəti ötürmüşdür. Həmin müddətdən istifadə etmək imkanını mümk ünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

14. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair vəsatət rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1719/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar