Məhkəmə qərarları › İş №2-1(102)-2282/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2282/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2282/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bağ sahəsinə çıxarışın verilməsindən imtina, bağ sahəsinə dair üzvlük kitabçasının, eləcə də üzvlərin iclasının protokolundan çıxarışın, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildikdə mötəbər hesab edilməsinin mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və mər uzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1034/2021 nömrəli, 23 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 “Azərpambıq” təmizləmə sənayesi Müdiriyyət və Həmkarlar Təşkilatının birgə qərarından çıxarışa görə, təşkilatın 04 nömrəli 04 avqust 1988-ci il tari xli birgə qərarına əsasən, iddiaçıya ardıcıl nömrə 35/36 sahəsi 1.200 kv.m. olan Xəzər rayonunun Dübəndi qəsəbəsində bağ sahəsi ayrılmışdır. Qərardan çıxarış “Ulduz” Bağçılıq yoldaşlıq təsərrüfat birliyi tərəfindən təsdiq edilmişdir. 09 nömrəli bağçının üzvlük kitabçasına əsasən, iddiaçı Xəzər rayonu Dübəndi bağ təsərrüfatında “Ulduz” Bağçlıq cəmiyyəti üzvlərinin 04 nömrəli 04 avqust 1988-ci il tarixli qərarına əsasən üzv qəbul edilmiş, üzvlük kitabçası 1988-ci il tarixdə verilmişdir. Üzvlük kitabçasında ayrılan sahənin ünvanı 13-cü Cənub küçəsi 35 və 14-cü Cənub küçəsi 36, bağın ümumi sahəsi 1.200 kv.m. göstərilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin planı “Ulduz” Bağçılıq yoldaşlığı tərəfindən təsdiq edilmişdir

2. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənub küçəsi 35 saylı və 14-cü Cənub küçəsi 36 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh **********36 saylı, 13 iyun 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, arxiv məlumatlarına əsasən, tərəflərindən eyni bağçılıq nəzdində “35-36” nömrəli bağ sahəsi digər fiziki şəxslərin adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən, bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir və göstərilən sahə “Pambıq” Bağçılıq Yoldaşlığının ərazisinə aiddir. Lakin, təqdim olunmuş sənədlər “Ulduz” Bağçılıq Yoldaşlığına aiddir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLM İŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağ massivində yerləşən 13-cü cənub küçəsindəki sahəsi 600 kv.m olan 35 №-li və 14-cü Cənub küçəsindəki sahəsi 600 kv.m olan 36 №-li bağ sahələrinə dair adına torpağın plan-ölçüsünün tərtib olunması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Pambıq təmizləmə Sənayesi Nazirliyinin rəhbərliyi və həmkarlar komitəsinin 09 sentyabr 1985-ci il tarixli birgə iclasının qərarı ilə nazirliyin nəzdində “Ulduz” Bağçılıq və yoldaşlıq Cəmiyyəti yaradılmış, bu məqsədlə indiki Pirallahı rayonunun Dübə ndi bağ massivində torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası X2 “Azərpambıq təmizləmə sənayesi” Müdiriyyət və Həmkarlar Təşkilatının 04 avqust 1988-ci il tarixli, 04 №-li birgə qərarı ilə o, “Ulduz” Bağçılıq və Yoldaşlıq Cəmiyyətinə üzvlüyə qəbul edilmiş və Dübəndi qəsəbəsində yerləşən bağ massivində 13-cü Cənub küçəsindəki sahəsi 600 kv.m olan 35-ci və 14-cü Cənub küçəsindəki sahəsi 600 kv.m olan 36-cı bağ sahələri ailə üzvlərinin daimi istifadəsinə verilmiş, bu barədə, adına həmin tarixli 09 №-li üzvlük kitabçası verilmişdir. Hal-hazıradək həmin bağ sahələri istifadələrindədir və orada müəyyən işlər görülmüşdür. Adı çəkilən bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu, adı çəkilən bağçıl ıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adının aşkar edilməməsi, eyni bağçılıq nəzdində 35 və 36 №-li bağ sahələrinin digər şəxslərin adına dövlət reyestrində qeydiyyatdan keçdiyi, həmin bağ sahələrinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və göstərilən sahənin “Pambıq” bağçılıq-yoldaşlığının ərazisinə aid olduğu, təqdim olunmuş sənədlərin isə “Ulduz” bağçılıq-yoldaşlığına aid olması əsası ilə əsassız olaraq imtina etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1166/2020 qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 13-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m. olan 35 nömrəli və 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m. olan 36 nö mrəli bağ sahəsinə dair (ardıcıl nömrə 35/36, ümumi sahə 1.200 kv.m) iddiaçının mülkiyyət hüquqları bağ sahəsinin 0.104 ha hissəsində (0.12 ha bağ sahəsinin elektrik xəttinin mühafizə zonasına düşən 0.016 ha hissəsi istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya bağ sahəsi ayrılması barədə Azərbaycan Respublikası X2 “Azərpambıq təmizləmə sənayesi” Müdiriyyət və həmkarlar təşkilatının birgə qərarından çıxarış və üzvlük kitabçası mövcuddur ki, həmin sənədlərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqlarının yarandığı təsdiq edi lir.

7. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1034/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: V.Ə.Baxışova və A.S.Hüseynov) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1166/2020 qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

9. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyya tı üçün kifayət hesab olunsa da, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan heç birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsinin ayrılmasına dair icarə müqaviləsi və ya sərəncam yaxud order verilməmişdir.

10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən inzibati prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən yalnız cavabdeh tərəfindən təqdim edilmiş qeyrimötəbər sübutlara əsaslanmış, iş üçün əhəmiyyətli olan sübutları tədqiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunm uş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayı rma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə

25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

14. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunv ericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahə lərinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə ol unan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəmə sinin mövqeyi ilə razılaşaraq bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab olunsa da, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan heç birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsinin ayrılmasına dair icarə müqaviləsi və ya sərəncam yaxud order verilməmişdir.

21. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının pro tokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz.

22. Lakin iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan ilkin siyahısında yoxdur (iş vərəqi 102-104), onun təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçası, “Azərpambıq” təmizləmə sənayesi Müdiriyyət və Həmkarlar Təşkilatının birgə qərarından çıxarış və sair sənədlə rdə tarix 1988-ci il göstərilsə də, həmin sənədlər latın qrafikası isə tərtib olunmuş, qeyd olunan illərə dair sənədlər isə təqdim edilməmişdir. Bundan əlavə, 02.11.2013-cü il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi “Ulduz” b/ynın 35-36 saylı bağ sahəsi (0.12 ha, reyestr nömrəsi **********75) X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

23. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun bağ sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını z əruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

24. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apely asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1034/2021 nömrəli, 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar