Məhkəmə qərarları › İş №2-1(102)-2283/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2283/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2283/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçunun mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi, məhkumluğun olduğu müddətin qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbayc an Respublikası Maliyyə Nazirliyi) “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1196/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus EZ seriyalı 00009271 nömrəli hərbi biletə əsasən o, 12.01.1993cü ildən 31.03.2016-ci ilədək hərbi xidmət keçmiş, 20.02.2016-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. İddiaçı Azərbaycan Respublikası Prezi dentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2004-cü il tarixli 044t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı, 22 iyun 2006-ci il tarixli 044t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı, 30 iyun 2008-ci il tarixli 0120t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubiley medalı, 25 iyun 2009-cı il tarixli 036t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı, 24 iyun 2013-cü il tarixli 087t nömrəli əmri ilə «Qüsursuz xidmətə görə» 1ci dərəcəli medalı, 24 iyun 2013-cü il tarixli 099t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubiley medalı, 01 dekabr 2016-cı il tarixli 0156t nömrəli əmri ilə «A zərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı, 26 iyun 2018-ci il tarixli 0171t nömrəli əmri ilə «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilmişdir.

3. İddiaçı onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməli olmasına istinad edərək müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 09 iyun 2020-ci il tarixli, 3226 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 t əqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Gəncə Qarnizonunun Hərbi Tribunalı tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğundan dövlət vəsaiti hesabına mənzillə təminatı Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentin in 569 nömrəli 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12.01.1993-cü il tarixdən 29.03.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, 26 təqvim ili (güzəştli şərtlərlə isə 45 il) xidmət etmişdir. Xidmətinin 23 ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Lakin mənzillə təmin olunmaq hüququnun olmasına baxmayaraq, hərbi xidmət dövründə yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. Bununla əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin olunmasından əsassız ol araq imtina etmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın əsaslarını imtina məktubunda qeyd edilənlər təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 saylı qərarı ilə (hakim: P.A.Hüseynov) iddia təmin edilmiş, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 20 təqvim ilindən ç ox qüsursuz xidmət etməsi iş materialları ilə təsdiq edildiyindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilməlidir.

9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1196/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməs inin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-5537/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

13. Şikayətdə qeyd edilir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 25.10.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 226.1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Burdan belə məlum olur ki, iddiaçının xidməti qüsurlu olmuşdur. 14. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqç ularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alındıqda, iddiaçını bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına salmaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569N-li Fərmanına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Bənd 1. 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.

17. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri V eteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.

18. «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı: Bənd

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət v əsaiti hesabına mənzillə təmin edilsinlər. Bənd 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: … 3-2.3. məhkumluğun olduğu müddət. 19. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə

164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmiş dir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Cavabdeh imtina məktubunda və apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də iddiaçının məhkum olunmasına istinad edərək iddianın təmin olunmamasını xahiş edir.

26. Cavabdeh inzibati orqan iddiaçının Gəncə Hərbi Məhkəməsinin 25 oktyabr 1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226.1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum e dildiyini əsas tutaraq onun 20 il qüsursuz xidmət etmiş şəxs sayılmadığını bildirmişdir.

27. Bununla bağlı məhkəmə tərkibi bildirir ki, cinayət qanunvericiliyin müddəalarına əsasən, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

28. İddiaçının 12.01.1993-cü il tarixdən 29.03.2016-cı il tarixədək, 23 ildən artıq müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etməsi, 25 oktyabr 1995-ci il tarixli hökmə əsasən, Cinayət Məcəlləsinin 226.1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğunun ödənilməsi işin mübahisəsiz hallarıdır. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün müəyyən edilməli olan hal iddiaçının məhkumluğunun olduğu müddət nəzərə alınmadıqda qüsursuz xidmət müddətinin 20 il təşkil edib-etməməsi ilə bağlıdır. İşin qeyd edilən halları nəzərə alındıqda isə iddiaçının məhkumluğunun olduğu müddət xidmət müddətinə daxil edilməsə, onun qüsursuz xidmət müddətinin 20 ildən artıq təşkil etdiyi müəyyən edilir.

29. Həmçinin qeyd edilməlidir ki, iddiaçı “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyun 2006-ci il tarixli 044t nömrəli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2009cu il tarixli 036t nömrəli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli 087t nömrəli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Həmin medallar iddiaçıya Silahlı Qüvvələrdə müvafiq olaraq 10 il, 15 il və 20 il qüsursuz xidmət etdiyinə görə verilmişdir.

30. Medalların adından və təltif etmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur.

31. Eyni zamanda, iddiaçı 20.02.2016-cı ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, idd iaçı 20.02.2016-cı ildə hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır və bu hüquq, həmin maddənin tələbinə əsasən, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. İddiaçının da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir.

32. Beləliklə, iddiaçının 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu olması təsdiq edilir. Odur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid edildiyindən tələbində haqlıdır.

33. Məhkəmə tərkibi hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1196/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar