Məhkəmə qərarları › İş №2-1(102)-2283/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2283/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2283/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının bərpa edilməsi) 30.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(104)-433/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, xx.xx.1971-ci il tarixli əmək kitabçasına əsasən, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (6 il 6 ay 15 gün) “Gəncə Avtonəqliyyat ASC”-də işləmişdir.

2. İddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.

3. İddiaçı əmək pensiyasının bərpa edilməsi barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməmiş və imtinasını onunla əsaslandırmışdır ki, tərəflərindən keçirilmi ş xidməti yoxlama zamanı iddiaçının "xxxx" ASC-də işlədiyi dövr üzrə 5 ay əmək haqqı aldığı aşkar edilərək həmin dövr onun sığorta stajına daxil edilmiş, qalan 6 il 6 ay 15 gün isə onun sığorta stajına daxil edilməmişdir. Belə olan halda da, onun faktiki sığorta stajı 19 il 5 ay, yəni qanunla tələb edilən 25 ildən az olduğundan, ona təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019- cu il tarixdən təyin edilmiş əmək pensiyası xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. O, əmək pensiyasının bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciətinin müsbət həll olunmasından imtina edilmiş və ona bildirilmişdir ki, onun əmək pensiyası ilə əlaqədar xidməti yoxlama aparılmış, əmək stajının, hesabında olan sosial pensiya kapitalının əmək pensiyası təyin etmək üçün yetərli olmadığı müəyyən edilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun iş stajı 29 il 6 ay 10 gün müəyyən edilmişdir. Belə olan halda, onun əmək pensiyasının dayandırılması üçün heç bir əsas yoxdur.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmrinə uyğun olaraq Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialına xx.xx.2019-сu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası araşdırılmış, araşdırma nəticəsində bir sıra nöqsanlara yol verildiyi aşkarlanmışdır. Belə ki, həmin xidməti yoxlama zamanı iddiaçının faktiki sığorta stajının 19 il 5 ay, yəni qanunla tələb edilən 25 ildən az olduğu müəyyən edilmiş və ona təyin edilən yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixində dayandırılmış və pensiya işi etibarsız hesab edilmişdir. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək 9144,25 manat pensiya məbləğınin artıq ödənildiyi müəyyən edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzər də tutulan yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Lakin onun cəmi 19 il 5 ay sığorta stajı vardır ki, bu da, qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 19 il 5 ay sığorta stajı mövcuddur. Sözügedən araşdırma zamanı iddiaçının "xxxx" ASC-də işlədiyi dövr üzrə cəmi 5 ay əməkhaqqı alması faktı aşkarlanmış və həmin müddət onun sosial sığorta stajına daxil edilmişdir. Lakin iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi mübahisələndirilən 6 il 1 ay 15 gün müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) 16 fevral 2023-cü il tarixli, 2-1(114)-271/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı nın xx.xx.2022-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (6 il 6 ay 15 gün) "xxxx" ASCdə işləməsi ona məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasında öz təsdiqini tapmışdır və cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Məhkəmə iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “Gəncə Avtonəqliyyat ASC”-də işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən 19 il 5 ay sığorta stajı mübahisələndirilmir. Məhkəmə he sab edir ki, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən sığorta stajı və “Gəncə Avtonəqliyyat ASC”-də işlədiyi 6 il 6 ay 15 gün müddət birlikdə nəzərə alındıqda iddiaçının pensiya hüququ yaranmış olur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Aygül İsgəndərova) 25 may 2023-cü il tarixli, 2-1(104)-433/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquq i mövqeyi ilə razılaşmış və iddiaçının sözügedən müəssisədə işə qəbul və işdən azad edilməsinə dair əmrlərin aşkar olunmaması, həmçinin iddiaçının adının əməkhaqqı cədvəllərində olmamasının onun həmin müəssisədə işləməsinə əsaslı şübhələr doğurması barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, əməkhaqqı cədvəlləri, işə qəbul və işdən azad edilmə əmrlərinin aşkar olunmaması və Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən əməkhaqqı cədvəlləri və işdən azad olunma əmrlərinə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üz rə əməkhaqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydlərin təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əməkhaqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Odur ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta s tajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatç ılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), bir liklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxsl ərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellya siya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmet ini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməsi məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş, xx.xx.2022-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsinə nail olmaqdan ibarətdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İddiaçının təqdi m etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin iddiaçının əmək pensiyasının bərpasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə, şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin, aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuları n göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

31. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyi ldir.

32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş materialları ilə təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. Odur ki, aşağı instansiya məhkəmələri iddiaçının yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişlər.

33. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən qanunla tələb olunan həmin dispozisiya şərtləri mövcud olmuşdur.

34. Cavabdehin dəlili ondan ibarətdir ki, xidməti yoxlama zamanı iddiaçının "xxxx" ASC-də işlədiyi dövr üzrə cəmi 5 ay əməkhaqqı alması faktı aşkarlanaraq onun sığorta stajına daxil edilmiş, lakin xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyini iddi a etdiyi 6 il 1 ay 15 gün dövrün isə onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sözügedən müəssisədə işə qəbul və işdən azad olunma əmrlərinin aşkar olunmaması, həmçinin iddiaçının adının əməkhaqqı cədvəllərində olmaması onun mübahisələndirilən dövr üzrə həmin müəssisədə işləməsinə əsaslı şübhələr doğurur. Belə olan halda, iddiaçının cəmi 19 il 5 ay sığorta stajı vardır ki, bu da, qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır.

35. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrdə sözügedən müəssisədə işləməsi əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında həmin müəssisədəki əmək fəaliyyəti ilə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına ala n hər hansı əsaslı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişlər.

36. Hazırkı qərarın 17-20-ci bəndlərində göstərilən normaların tələbləri baxımından, iddiaçının mübahisələndirilən dövrdə sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sən ədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.

37. Nəzərə alınmalıdır ki, sözügedən müəssisədə əmək fəaliyyəti ilə bağlı işə qəbul və işdən azad olunma əmrlərinin aşkar olunmaması, həmçinin adının əməkhaqqı cədvəllərində olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçın ın mübahisələndirilən dövrdə sözügedən müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin, bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 21(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

38. Odur ki, iddiaçı ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsini tələb etməkdə haqlı sayılmalıdır.

39. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının bərpa edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(104)-433/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar