Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2283/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya, arayış əsasında güzəştli stajın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-736/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxxxx 1965-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən müəyyən edilir ki, o, əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixdə başlamış, xx.xx.1984-cü il tarixədək işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1986-cı il tarixdən xx. xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı Alüminium Yayma Zavodunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Temp” Kooperativində, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Əlvan metal” DKM-də işləmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh 14 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qe ydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 52800 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20317,32 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının əmək stajı, fəaliyyəti və yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyasının təminatına imkan verir. Lakin cavabdeh əsassız olaraq iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. 7.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəmə sinin 27 iyul 2021-ci il tarixli, 2- 1(112)-2748/2021 nömrəli qərarı ilə (hakim X4) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik normaları xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını nəzərdə tutur. Bu isə, o deməkdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri xx.xx.2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şər t, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Odur ki, iddiaçının tələbinin əsaslarına münasibətdə cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən güzəştli şərtlərlə əmək pensiyasının təyinatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı məbləğ təşkil etməsi, yəni əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi dəlili əsaslı sayıla bilməz. Lakin iddiaçının 1980-2004-cü illərdə Bakı Alüminium Yayma Zavodunda işləməsini təsdiq edən arayışın surəti (əsli olmadan) təqdim edilsə də, onun həmin əmək fəaliyyəti üzrə müvafiq əmrlərin, əmək haqqı cədvəllərinin, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərin nə inziba ti icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının 20 il ümumi, 10 il güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə iş stajı toplanmış sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iddiası əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə həmin pensiya təyinatı üzrə öhdəlik qoyula bilməz.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-340/2022 nömrəli iş üzrə 08 d ekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), X10 və X1) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2- 1(112)-2748/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1550/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X5 və X6) iddiaçının kassasiya şikayəti qismən təmin e dilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-340/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbi üzrə lazımi qaydada araşdırma aparmadan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında iddiaçının adının aşkar edilməməsinə istinad edərək iddiaçının iddiasının əsaslı olmadığı qənaətinə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən illərdə sözügedən müəssisədə iş stajının müəyyən edilməsi üçün iddiaçı i lə həmin müəssisədə eyni dövrdə işləmiş müəssisənin rəhbərini və ya digər səlahiyyətli şəxsləri, həmçinin işçiləri, o cümlədən özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında adı olan şəxsləri şahid qismində məhkəmə iclasına çağırıb ifadələrini almaqla mübahisə üzrə daha dolğun məhkəmə tədqiqatı apara bilərdi. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-736/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X7 (məruzəçi), X8 və X11) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 21(112)-2748/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 24 sentyabr 2017-ci il tarixdən təyin olunması və pensiyanın iddiaçının inzibati orqana müraciət etdiyi tarixdən 3 il əvvələ, yəni xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 20.317,32 pensiya kapitalı vardır. Bu məbləğ iddiaçıya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olaraq ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının 01 yanvar 2006cı il tarixədək 20 il ümumi iş stajı mövcud olmuşdur.
18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1-ci maddələrinə, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 67-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.
20. Kassator bildirmişdir ki, apelyasiya instansiyası məhk əməsi tərəfindən hərtərəfli araşdırılma aparılmamış, təqdim edilən arayışdakı məlumatların dəqiqləşdirilməsi ilə bağlı müvafiq sorğular verilməmiş, yalnız iddiaçıya güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi barədə "xxxx" ASC-in 28 sentyabr 2020-ci il tarixli arayışına və iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına istinad edilərək həmin dövrlər güzəştli iş stajına daxil edilərək əsassız olaraq iddia tələbi təmin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əl illiyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxili ndə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatları n, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9
1. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ve rən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məh kəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh əmək kitabçasının mötəbər olmadığına istinad etməklə iddiaçının ümumi iş stajının 20 ildən az olması qənaətindədir.
34. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə xx.xx.1965-ci il təvəllüdlü iddiaçının xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başladığı xx.xx.2007-ci il tarixədək müxtəlif vəzifələrdə işlədiyi müəyyən edilir.
35. İşlədiyi vəzifələrin güzəştli şərtlərlə əmək pensiyası hüququnu yaratması iş materialların əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışla təsdiqlənir. Həmin arayışda İddiaçı 2 oktyabr 1980-ci il tarixdən 30 aprel 1984-cü il tarixədək 2 nömrəli sexdə “məftil çəkici” vəzifəsində (2 nömrəli siyahı, Vİİİ bölmə, kod 2092304a – 11487), 4 iyun 1986-cı il tarixdən 30 yanvar 1992-ci il tarixədək əridici sexdə “tökücü” vəzifəsində (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 13410), 22 iyun 1992-ci il tarixdən 23 iyun 2004-cü il tarixədək 3 nömrəli metal əritmə sexində “əridici” vəzifəsində (1 nömrəli siyahı, Vİİ bölmə, kod 1072101a – 16613) işlədiyi və həmin işlərdə çalışan işçilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə güzəştli şərtlərlə təqaüdə çıxmağa imkan verildiyi qeyd edilmişdir.
36. Şikayətdə arayışın əmək kitabçasında olan məlumatlar əsasında tərtib edildiyi qeyd edilərək həmin arayış əsasında güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin qanuni olmadığı vurğulanmış, öz mövqeyinin müdafiəsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.20-ci bəndinə və həmin Qaydaların 2 nömrəli Əlavəsinə əsaslanılmışdır.
37. Məhkəmə kollegiyası cavabdehin bu yanaşması ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.11-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin gü zəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən verilir. Həmin əlavədə arayışın əmək kitabçasına əsaslanılmaqla verilməsini istisna edən hər hansı müddəa mövcud deyildir.
38. Eyni zamanda cavabdeh iddiaçıya məxsus əmək kitabçasının mötəbər olmaması əsasını da göstərməmiş, bunu sübut edə biləcək hər hansı dəlili təqdim etməmişdir.
39. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının iş yeri üzrə ona güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan verən arayışın əmək kitabçası əsasında tərtib edilməsini qanuni sayır və həmin arayışın əsassız olmasına dair cavabdehin mövqeyini qanunsuz hesab edir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edi lməsi barədə mövqeyi qanuni və əsaslı olduğundan iddia tələbinin rədd edilməsi barədə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-736/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.