Məhkəmə qərarları › İş №2-1(102)-2284/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2284/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2284/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Odessa Dövlət Universiteti tərəfindən verilmiş 2019-cu il 30 iyun tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 21(103)-424/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 Universiteti tərəfindən İddiaçı adına verilmiş 2019-cu il 30 iyun tarixli, B19 224316 saylı diplomdan görünür ki, iddiaçıya həmin universitetin Menecment ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir.

2. Diploma əlavədən görünür ki, həmin sənəddə iddiaçının aldığı ixtisasın səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar göstərilmişdir. Həmin universitetin ali təhsil pilləsinin bakalavr səviyyəsində qiyabi şöbəsini bitirmiş, proqramın rəsmi müddəti 2 il 8 ay olaraq göstərilmişdir.

3. İddiaçı həmin bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmas ı və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətdə göstərilən məsələnin həllindən imtina edilmişdir.

4. Cavabdehin imtinası ondan ibarətdir ki, iddiaçının sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün hesab olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə (bundan sonra-“cavabdeh” və ya “Agentlik”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Odessa Dövlət Universiteti tərəfindən verilmiş 2019-cu il 30 iyun tarixli, B19 224316 nömrəli bakalav r diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 bitirdikdən sonra 2016-cı ildə Ukrayna Respublikasının Odessa şəhərində yerləşən X2 Universitetinə daxil olmuşdur. Təhsil qiyabi formada həyata keçirilib. 2019-cu ildə həmin universitetin Menecment üzrə bakalavr dərəcəsini almışdır. Təhsil aldığı müddətdə universitetdə olmuş və bütün dərslərdə iştirak etmişdir. Universtet tərəfindən müəyyən edilmiş imtahanları verərək kursdan kursa keçmiş və dövlət imtahanını müvəffəqiyyətlə vermiş və Menecment üzrə Bakalavr dərəcəsi diplomunu almışdır. Diplomunu aldıqdan sonra aldığı xarici təhsil ixtisasının ölkəmizdə tanınması üçün cavabdehə müraciət et miş və 2021-ci il 20 avqust tarixli NA00002388 nömrəli qərarla iddiaçının Odessa Dövlət Universitetində aldığı təhsil ixtisasının Azərbaycan Respublikasında tanınmasının və ekvivalentlik haqqında şəhadətnaməsinin mümkün olmamasını bildirilmişdir. Cavabdeh imtina barədə Qərarını yalnız sərhəd Xidmətinin məlumatına əsaslanaraq belə müəyyən etmişdir ki, iddiaçı Odessa Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Cavabdehin qərarının əsas məğzi ondan ibarətdir ki, iddiaçı təhsil müddətində həmin Universitetdə müəyyən olunmuş müddətdən az olduğu üçün bu tədris proqramının mənimsənilməsi üçün kifayət hesab edilə bilməz.

7. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona müvafiq sənədin verilməsindən imtina edilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür (İ il -15 gün, İİ il 10 gün, İİİ il - 20 gün).

8. Bak ı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2022-ci il 14 iyun tarixli, 21(112)-2570/2022 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “Odessa Dövlət Universiteti tərəfindən verilmiş 2019-cu il 30 iyun tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Ukrayna Respublikası ərazisində qısa müddətdə (3 il ərzində cəmi 45 gün) olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qa ydaları” ilə müəyyən edilmiş normativdən az olmayan müddətdə X2 Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir.İddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmağı onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir.

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, vaxtında təhsil müəssisəsinin imtahan sessiyalarında iştirak etmiş, kurs və dövlət imtahanını müvəffəqiyyətlə vermişdir.Ona görə də cavabdehin imtinası əsassızdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya məhkəməsinə arayışlar təqdim etmiş, cavabdeh isə 2023-cü il 11 may tarixli məktubla iddiaçının təqdim etdiyi arayışlara münasibətində qeyd etmişdir ki, Universitet tərəfindən iddiaçıya göndərilən 2018-ci il 18 may tarixli dəvət məktubundan müəyyən edilir ki, o, 2018-ci il 20 may tarixindən 2018-ci il 20 iyun tarixinədək imtahan sessiyasında iştirak etmək üçün Ukraynaya dəvət edilmişdir. Universitet tərəfindən iddiaçıya təqdim edilən 2018-ci il 25 iyun tarixli arayışla müəyyən edilir ki, o, 4-cü kursda 2018-ci il 23 may tarixindən 2018-ci il 7 iyun tarixinədək olan müddətdə sessiyada iştirak etmişdir. Yuxarıda göstərilən sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı üçün nəzərdə tutulmuş imtahan sessiyasının müddəti 30 təqvim gününü əhatə etsə də, o, sadəcə 16 təqvim günü Ukrayna ərazisində olmuşdur. İddiaçının təqdim etdiyi 2 018-ci il 25 iyun tarixli arayışla onun imtahan sessiyasında 16 təqvim günü müddətində iştirak etdiyi göstərilsə də, onun Agentliyə təqdim etdiyi pasportunda aparılan qeydlərə əsasən iddiaçının 2018-ci il 23 may tarixindən 2018-ci il 1 iyun tarixinədək Ukrayna ərazisində olması müəyyən edilir. Bu da öz növbəsində iddiaçiya təqdim olunan arayışda göstərilən müddətlərin sərhədkeçmə ilə bağlı qeydlərlə uyğunsuzluq təşkil etməsinə, habelə iddiaçının əslində 4-cü kurs ərzində təhsil aldığı ölkənin ərazisində cəmi 10 gün müddətində olmasına dəlalət edir. Universitet tərəfindən iddiaçıya təqdim olunan 2019-cu il 8 may tarixli dəvət məktubuna əsasən 5-ci kurs üzrə sessiyada iştirak etmək üçün 2019-cu il 30 may tarixindən 2019-cu il 27 iyun tarixinədək, yəni 28 gün müddətinə Ukraynaya dəvət edilməs inə baxmayaraq iddiaçının təqdim etdiyi pasportda aparılan sərhədkeçmə qeydlərinə əsasən onun Ukraynada cəmi 20 gün olması müəyyən edilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, Ukraynanın “Ali təhsil haqqında Qanunu”nun 49-cu maddəsinin 3-cü hissəsinə əsasən qiyabi təhsilalma formasının təşkili zamanı tədris məşğələləri və nəzarət tədbirləri arasındakı müddət 1 (bir) aydan az olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Sözügedə n Qaydaların 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Belə olan halda iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qanunvericiliklə müəyyən edilmiş standartlar çərçivəsində yerinə yetirməsi mümkün deyildir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aidə Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 2023-cü il 8 iyun tarixli, 2-1(103)424/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya Odessa Dövlət Universiteti tərəfindən verilmiş 2019-cu il 30 iyun tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir.Hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz. 15. 2019-cu il 30 iyun tarixli, B19 224316 saylı diploma əlavəyə əsasən iddiaçı həmin İnstitutda təhsil al dığı ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplamış, diplom işini yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7, 1.0.8, 1.0.36, 13.1, 27.1, 27.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin d övlət standartı və proqramı”-nın 5.5, 8.7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6, 2.8, 2.9cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1, 42, 4.3, 6.1, 6.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri cavabdehin məktubu ( bax § 11) ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə düzgün araşdırma və əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 58.7, 73.3, 73.3.1, 73.3.2-ci maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Təhsil Haqqında Qanun: Maddə

53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ Maddə

13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.1 Təhsil müəssisəsind ə təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4 Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbayc an Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda veril ə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin a li təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları: 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

23. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”: 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi a) 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdik ləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarında vurğulanmışdır: Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fu ndamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı iş üzrə iddiaçının tələbi Ukrayna Respublikası Odessa Dövlət Universiteti tərəfindən “Menecment” ixtisası üzrə ona verilən 2019-cu il 30 iyun tarixli, B19 224316 nömrəli bakalavr diplomunun tanınmasıdır.

33. Cavabdehin imtina dəlili iddiaçının təhsil dövründə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmasıdır.

34. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçı təhsil aldığı müddətdə bir neçə dəfə təhsil aldığı xarici ölkəyə gedib gəlmiş, həmin ölkədə olmadığı dövrün səbəblərini (anasının xərçəng xəstəsi olması) məhkəməyə bildirmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir.

35. İddiaçının ali təhsil aldığı Universitetin 1 fevral 2022-ci il tarixli məktubundan görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. 36. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

37. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdi yi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir.

38. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır.

39. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı Ukrayna Respublikası ərazisində qısa müddət ərzində olmuşdur və bu müddət ər zində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. 2019-cu il 30 iyun tarixli, B19 224316 saylı diploma əlavədən də görünür ki, iddiaçı həmin institutda təhsil aldığı ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplamış, diplom işini yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsi l müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir.Ona görə də kassasiya şikayətinin dəlili əsassızdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

42. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı qərarda( bax yuxarı §§ 18-23) qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qərar qəbul etmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti t əmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 8 iyun tarixli, 2-1(103)424/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar