Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2284/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) qarşı “təhsil haqqının ödənilməsi və sair” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2438/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2021/2022-ci il tədris ili üçün (2-ci kurs) adına yazdıqları 2500 manat təhsil haqqı borcunun silinməsi və 2020/2021-ci il tədris ili üçün (1-ci kurs) ödədiyi 2500 manat təhsil haqqının ona geri qaytarılmasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tar ixli, 2-1(112)-9876/2023 nömrəli qərardadı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2021/2022-ci il tədris ili üçün (2-ci kurs) adına yazılmış 2500 manat təhsil haqqının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ödənilməsi və 2020/2021-ci il tədris ili üçün (1-ci kurs) ödədiyi 2500 manat təhsil haqqının ona geri qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçın ın 2021/2022-ci tədris ili üzrə təhsil haqqının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında onun təhsil aldığı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verilərək, müddətin bərpa edilməsi, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2438/2024 nömrəli qərardadı ilə cavabdehin “prosessu al müddətin bərpası” barədə ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9876/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkünsüz hesab olunmuş və şikayətin qəbulundan imtina edilmişdir.
7. Qeyd edilən qərardad xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2438/2024 nömrəli qərardadından cavabdeh və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə elektron qaydada təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş q aydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərarda dına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Madd ə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvan ı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Bakı Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilməkdədir və hazırkı iş üzrə cavabdeh xx.xx.2019-cu il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir və hal hazırda da həmin elektron kabineti aktivdir.
14. Məhkəmə kollegiyası İPM-in 20.3-cü və MPM-in 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2438/2024 nömrəli qərardadının cavabdehə təqdim edilməsi tarixi həmin qərardadın cavabdehin “elektron kabinet”ində yerləşdirildiyi xx.xx.2024-cü il kimi qəbul edilməli və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Müddətinin axımının təqdimetmə günündən başlandığı nəzərə alındıqda, şikayətin verilməsi üçün müddət xx.xx.2024-cü il tarixdə başa çatmışdır.
15. Beləliklə, prosessual müddət ötürülmüşdür.
16. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət şikayətə əlavə olunmamışdır.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2024-cü il tarixli, 21(103)-2438/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin icraata qəbulundan imtina edilir.