Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2284/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın xx.xx.2011-ci il tarixədək edilmiş hərəkətlərinin mübahisələndirilməsinə dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “Qədirova (Rüstəmova) Afət Şücaə t qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2-1(107)-273/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 22 fevral 1999-cu il tarixli, 1296 nömrəli icarə müqaviləsi ilə Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanı yerləşən 165.1 kv.m qeyri-yaşayış sahəsi sonuncunun icarəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Döv lət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 27 avqust 1999-cu il tarixli, 1238 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.1999-cu il tarixli, 013060 nömrəli şəhadətnamə əsasında, Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 165.1 kv.m qeyri-yaşayış sahəsi Afət Qədirovanın (Rüstəmova) mülkiyyətinə verilmişdir. 3. “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında” Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı ilə ünvan 2 ünvanda yerləşən özəlləşdirilmiş mağazanın altı və ətrafındakı 237.5 kv. m torpaq sahəsi alqı-satqı əsasında X1 xüsusi mülkiyyətə verilmişdir.
4. Maraqlı şəxs2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 237.5 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X 3 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməs inin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən bələdiyyə qərarı ilə Maraqlı şəxs2 satılmış mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmaqla buna dair dövlət əmlakının Registrində aparılmış müvafiq qeydiyyat mövcuddur. Mübahisə predmeti olan torpaq sahəsində (Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanı) yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq dövlət mülkiyyətində olmuş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 11 fevral 1999-cu il tarixli, 1296 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir. Qeyd olunan dövlət əmlakına dair Afət Qədirovanın adına tərtib edilmiş 02 fevral 1999-cu il tarixli “Texniki pasportda” qeyri-yaşayış binasının yerləşdiyi ümumi torpaq sahəsinin 237.5 kv.m təşkil etdiyi qeyd olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 27 avqust 1999-cu il tarixli, 1238 nömrəli “İcarəyə verilmi ş əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.1999-cu il tarixli, 013060 nömrəli şəhadətnamə əsasında, Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 165.1 kv.m qeyri-yaşayış sahəsi Afət Qədirovanın (Rüstəmova) mülkiyyətinə verilmişdir. Eyni zamanda, Maraqlı şəxs2 müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, qeyd olunan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktına əsasən Mingəçevir şəhəri, X3 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq 244.7 kv.m təşkil etməklə, dövlət mülkiyyətində olması müəyyən olunmuş və akt ərizəçi tərəfindən imzalanmışdır. Daha sonra Əmlak Mə sələləri Dövlət Xidməti ilə Maraqlı şəxs2 arasında bağlanmış “Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 6003 №-li icarə müqaviləsinə əsasən, Mingəçevir şəhəri, X3 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 244.7 kv. m torpaq sahəsi Maraqlı şəxs2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətindədir. Həmin Məcəllənin 60-cı maddəsinin birinci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında m üvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Buna baxmayaraq Maraqlı şəxs2 iddiası əsasında yuxarıda qeyd olunan məhkəmə mübahisələrinə baxılan zaman işin qeyd olunan faktiki halları məhkəmədən gizlədilmiş və dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən əsassız olaraq həmin torpaq sahəsinə dair hər hansı bağlılığı müəyyən edilməyən mübahisələndirilən bələdiyyə qərarı əsasında Maraqlı şəxs2 mülkiyyət hüquqlarını n qeydə alınması barədə qərar qəbul edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim F.Hacızadə) 22 yanvar 2025-cı il tarixli 21(116)-1382/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir: – Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmi n edilməməsi qərara alınmışdır. Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə Maraqlı şəxs2 ayrılan torpaq sahəsinin dövlət mülkiyyətində olan 165.1 kv. m hissədə iddiaçının mülkiyyət hüququnun qeydə alınması barədə tələbi əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilmişdir.Məhkəmə hesab etmişdir ki,bələdiyyə tərəfindən səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsi özgəninkiləşdirilmişdir. – Dolayısı ilə hazırda mübahisələndirilən qərara “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin (müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt) müddəası baxımından hüquqi qiymət verilmişdir. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Hazırkı iş üzrə iddi açı Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. – hazırkı mübahisə üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyacı qalmamışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2-1(107)-273/2025 nömrəli qərardadı ilə (hakimlər: T.Həsənov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və Ə.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: – İcra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təm in etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. – Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçı şəxsi subyektiv hüquqa malik deyil, həmin hüququn daşıyıcısı qismində iddiaçının təmsil etdiyi icra hakimiyyəti və bunun üzərindən dövlət çıxış edir. Bu qayda cavabdehə münasibətdə də keçərlidir. Bu mənada icra hakimiyyəti özüözünə qarşı inzibati məhkəmədə mübahisə aça bilməz. – “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinin imperativ göstərişinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətl ə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır. Həmin normaya əsasən inzibati orqanlar arasında olan inzibati mübahisələrin həlli inzibati mühakimə icraatının predmeti deyildir.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Mingəçevir bələdiyyəsi isə öz səlahiyyət hədlərini aşmaqla dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq Maraqlı şəxs2 satmışdır. Belə ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə və Torpaq Məcəlləsinin 4-cü maddəsinin dördüncü hissəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır, mübahisə predmeti olaraq torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi dövlət əmlakı olmuş və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 1999-cu il tarixində özəlləşdirilmişdir.
16. Məhkəmə qərardad qəbu l edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddiaçının məktubunda qeyd olunan əsaslar mövcud iş materialları ilə təsdiq olunduğu halda, qeyd olunanlara əhəmiyyət vermədən hazırkı qərarı qəbul etmişdir. 17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 11-ci bəndinə görə, bələdiyyələr müstəqil yerli özünüidarəetmə orqanları olduqlarından bələdiyyələrlə icra hakimiyyəti orqanları(onların struktur bölmələri, yerli/ərazi orqanları) arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Buna görə, iddianın qaldırılmasına və baxılmasına dair mümkünlüklə bağlı digə r şərtlər ödənildiyi halda, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bələdiyyələrə qarşı bələdiyyə qərarlarının mübahisələndirilməsinə dair verilmiş iddialara inzibati məhkəmələr tərəfindən mahiyyəti üzrə baxılmalıdır. b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada): Maddə
296. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığını n pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət v erildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilə n məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı:...
11. Bələdiyyələr müstəqil yerli özünüidarəetmə orqanları olduqlarından bələdiyyələrlə icra hakimiyyəti orqanları (onların struktur bölmələri, yerli/ərazi orqanları) arasında inzibati hüquq münasibətləri ilə bağlı ya ranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxan zaman iddianın mümkünsüzlüyü ilə bağlı düzgün nəticəyə gəlsə də, lakin qərarını düzgün istiqamətdə əsaslandırmamışdır.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyünə dair mövqeyini belə əsaslandırmı şdır ki, “İcra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir”.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı qərarın 22-ci bəndində qeyd olunan “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, bələdiyyələr müstəqil yerli özünüidarəet mə orqanları olduqlarından bələdiyyələrlə icra hakimiyyəti orqanları (onların struktur bölmələri, yerli/ərazi orqanları) arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.
28. Beləliklə, iddiaçı tərəfindən icra hakimiyyəti orqanı olaraq bələdiyyəyə qarşı hazırkı tələblə iddia qaldırılması məhkəmə aidiyyəti baxımından yolveriləndir. Lakin bununla belə, hazırkı iş üzrə iddia aşağıda qeyd olunan digər hüquqi əsaslara görə mümkün sayıla bilməz.
29. İşdən göründüyü kimi, mübahisə predmeti olan Mingəçevir bələdiyyəsinin qərarı xx.xx.2002-ci il tarixlidir.
30. Hazırkı qərarın 21-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq ö zünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
31. İddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
32. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvv əyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
33. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müə yyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
34. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nətic ədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
35. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏ RARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2025-ci il tarixli, 21(107)-273/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.