Məhkəmə qərarları › İş №2-1(102)-2285/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2285/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2285/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 21(103)-2023/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı **********0 saylı 28 oktyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinin təmin olunmasından imtina edilmişdir.

2. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 20.03.1979-cu il tarixində açılmış əmək kitabçasında onun 05.08.1994-01.04.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsinin arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansısa sənəd aşkar edilməmişdir. Bundan başqa, Mərkəzi Filialın aidiyyəti mütəxəssislərinin müvafiq məsələ ilə bağlı 25.08.2020-ci il tarixində Mingəçevir şəhərində yerində baxış keçirərkən müəssisənin hüquqi ünvanları aşkar edilməmişdir. Bu səbəbdən də 05.08.1994-01.04.1996-cı il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 1 yanvar 2006-cı il t arixinədək 25 ildən az (24 il 9 ay 28 gün) təşkil edir. Buna görə də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı “Əmək pensiyaları” haqqında Qanunun 9.1-ci maddəsinə görə mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı məhkəməyə müraciət edərək ona "xxxx" Azərbaycan-Rusiya birgə müəssisəsində 05.08.1994-cü ildən 01.04.1996-cı illərdə işlədiyi, rəsmi qaydada təsdiq edilmiş 1 il 7 ay 27 gün iş stajının iş stajının onun sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyinə görə güzəştli şərtlərl ə 26 il 5 ay 25 gün sosial sığorta stajı ilə pensiya təyinatı üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh rəsmi məktubla onun müraciətindən imtina edərək bildirmişdir ki, onun əmək kitabçasında rəsmi qaydada göstərilmiş "xxxx" Azərbaycan-Rusiya birgə müəssisəsində 05 avqust 1994-cü ildən 01 aprel 1996-cı ilə kimi işlədiyi dövrdə qazandığı 1 il 7 ay 27 gün onun sosial sığorta stajına daxil edilmir. Buna səbəb olaraq isə həmin birgə müəssisənin sənədlərinin arxivə verilməməsi göstərilmişdir.

5. Cavabdeh iddiaya qarşı etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinad etmişdir. 6.İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzə rinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2-1(112)-2977/2020 saylı qərardadı ilə iddiaçıya 13.01.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2-1(112)-2977/2021 saylı qərarı (hakim – E.Əliyev) ilə iddia təmin edilərək, İddiaçı 13.01.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşd ur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq (26 il 05 ay 24 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli 2-1(103)-2023/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – A.S.Hüseynov, hakim lər – V.M.Məmmədov və S.İ.Bəktaşi) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2-1(112)-2977/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 12.Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iddiaçının çalışdığı peşənin Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda hansı kod altında nəzərdə tutulduğunu əsaslandırmamışdır. Başqa sözlə, məhkəmənin qərarınd a heç bir koda istinad edilməmişdir.

15. İddiaçı "xxxx" BM-də güzəştli peşədə çıalışmasını iddia etsə də, həmin müəssisəsinin hansı fəaliyyətlə məşğul olmasını təsdiqləyən sübut yoxdur. "xxxx" BM, özünün verdiyi 20.11.19-cu il tarixli arayışda iddiaçının çalışdığı peşələrin NK-nin 12 saylı, 23.01.2007-ci il tarixli qərarında öz əksini tapdığını ümumi şəkildə qeyd etmiş, hər hansı koda da istinad etməmişdir. 16. "xxxx" BM-in dövlət qeydiyyatından keçməsi hələ onun fəaliyyət göstərməsi mənasına gəlmir. Qeydiyyat, hüquqi şəxsin təsisi mərhələsinə aid bir addımdır. Təsadüfi deyildir ki, qeydiyyata alınmasına baxmayaraq, həqiqətdə fəaliyyət göstərməyən hüquqi şəxslərin mövcudluğu istisna edilmir. 17. "xxxx" BM-in 20.11.2019-cu il tarixli arayışında qeyd edilir ki, "xxxx" Dövlət şirkətinin 26.05.1994-cü il tarixli 61 saylı əmrinə əsasən “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış İstehsalat İdarəsi "xxxx" Azərbaycan-Rusiya Energetik Birgə Müəssisəsi adlandırılmışdır. İnternet Vergi İdarəsinin məlumatına əsasən isə "xxxx" BM 05.04.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, əgər "xxxx" BM müstəqil hüquqi şəxs kimi 05.04.1994-cü l tarixdə təsis edilmişdirsə, onun adının dəyişdirilmiş “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış İstehsalat İdarəsi qismində qəbulu mümkün deyildir. Əgər həqiqətən də ad dəyişikliyi baş veribsə, onda "xxxx" BM-nin 05.04.1994-cü ildə təsis edildiyinin qəbulu mümkün görünmür. Çünki ad dəyişikliyi yeni hüquqi şəxsin yaradılmasının əsası deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqd im etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən ası lı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 26 iyun 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 21400000 – Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsinin 2140000a - 18455 kodu - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığı nın təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; 2140000b - 23362 kodu - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı":

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı- qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avt omatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları. 24.İnzibati Prosessual Məcəllə: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 25.Kassasiya şikayəti vaxtında verilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 26.Apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 27.Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı ilədək 25 il ümumi iş stajı və 12,5 il güzəştli iş stajı tələb olunur. 29. Сavabdehin kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddi açının 01.01.2006-cı ilədək 25 il ümumi stajı yoxdur. Cavabdeh bu zaman iddiaçının 05.08.1994cü ildən 01.04.1996-cı il tarixədək olan fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirir. Cavabdehin qənaətinə görə həmin dövr ərzində iddiaçının "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi qeyd olunsa da, həmsin müəssisəsinin arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansısa sənəd aşkar edilməmişdir. Bundan başqa, Mərkəzi Filialın aidiyyəti mütəxəssislərinin müvafiq məsələ ilə bağlı 25.08.2020-ci il tarixində Mingəçevir şəhərində yerində baxış keçirərkən müəssisənin hüquqi ünvanları aşkar edilməmişdir.

30. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materillarında olan "xxxx" Azərbaycan-Rusiya Birgə Müəssisəsi tərəfindən verilmiş arayışın və əmək kitabçasının məlumatlarından müəyyən olunur ki, iddiaçı “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsində 04.12.1981-ci il tarixdən işləməyə başlamış, "xxxx" Dövlət Şirkətinin 26.05.1994-cü il tarixli 61 saylı əmrinə əsasən “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsi "xxxx" Azərbaycan-Rusiya Birgə Müəssisəsi adlandırılmışdır. Vergilər Nazirliyi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli məktubda isə göstərilmişdir ki, "xxxx" Azərbaycan-Rusiya Birgə Müəssisəsi 05.04.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, göstərilən mötəbər sübutlarla iddiaçının zaman iddiaçının 05.08.1994-cü ildən 01.04.1996-cı il tarixədək olan dövr ərzində işlədiyi təsdiq olunu r. Cavabdeh sözügedən sübutların mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. 31.Müəssisənin arxiv sənədlərinin təhvil verilmədiyinə dair bildirilənlər də əsassızdır. Əvvəla, cavabdeh bu hala istinadını onunla əsaslandırır ki, iddiaçının həmin dövr ərzində işlədiyini müəyyən etmək üçün aidiyyəti quruma sorğu vermiş və həmin qurum sənədlər arxivə təhvil verilmədiyinə görə əmək fəaliyyəti ilə bağlı hər hansı sənəd aşkar edilmədiyini bildirmişdir. İş materiallarından iddiaçının həqiqətən belə bir sorğu verdiyi, hansı aidiyyəti orqana sorğu verildiyi və həmin orqandan məhz bildirilən məzmunda cavab gəldiyi görünmür. Beləliklə, cavabdeh bildirdiyi hala dair sübut təqdim etməmişdir. 32.Cavabdehin Mərkəzi Filialın aidiyyəti mütəxəssislərinin müvafiq məsələ ilə bağlı 25.08.202 0-ci il tarixində Mingəçevir şəhərində yerində baxış keçirərkən müəssisənin hüquqi ünvanının aşkar edilmədiyinə dair istinad etdiyi halla bağlı da eyni vəziyyət mövcuddur. Yəni, bu dəlili təsdiq edən hər hansı sübut da təqdim olunmamışdır. 33.Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, hətta həmin hallar varsa belə, qeyd edilənlər iddiaçının təqsiri ilə bağlı olmayan hallardır və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğura bilməzlər. İddiaçının mübahisələndirilən dövr ərzində əmək fəaliyyəti göstəridiyi onun tərəfindən təqdim olunmuş və məhkəmələrin topladığı sübutlarla təsdiq olunur. Ona görə də, həmin dövr əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

34. Cavabdehin kassasiya şikayətinin digər dəlili iddiaçının iş yerindən təqdim etdiyi arayış da h eç bir koda istinad olunmaması ilə bağlıdır.

35. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh bu dəlilə nə imtina məktubunda, nə etirazda, nə də apellyasiya şikayətində istinad etməmiş, yalnız kassasiya şikayətində göstərmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbini istisna edən halların mövcudluğuna və bununla bağlı müvafiq dəlillərə ilk növbədə inzibati icaatın gedişində istinad olunmalı, məhkəmə icraatı başlanıldıqda isə bu məsələ məhkəmələrin diqqətinə çatdırılmalıdır. Lakin cavabdeh bu qaydada davranmamış, sözügedən dəlili yalnız kassasiya şikayətində irəli sürmüşdür. 36.Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, iddiaçının əmək kitabçasındakı məlumatlara və "xxxx" ASC "xxxx" MMC-nin 12 noyabr 2019-cu il tarixli arayışına əsasən o, 04.12.1981-ci ildən 05.05.1986-cı ilədək boru sexinə boru avadanlığının təmiri üzrə 2-ci dərəcəli çilingər, 05.05.1986-cı ildən 15.12.1986-cı ilədək maşın sexlərinin təmiri üzrə 3-cü dərəcəli çilingər, 15.12.1986-ci ildən 03.04.1989-cu ilədək maşın sexlərinin təmiri üzrə 4cü dərəcəli çilingər, 03.04.1989-cu ildən 05.08.1994-cü ilədək 1-ci dərəcəli usta, 05.08.1994-cü ildən 01.12.1994-cü ilədək Mingəçevir Turbin Təmir sexində usta, 01.12.1994-cü ildən 01.04.1996-cı ilə qədər baş usta işləmiş, 01.04.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssisəsində turbin təmir quraşdırma sexinə sahə rəisi vəzifəsinə qəbul edilmiş, 02.07.2001-ci ildə müssisənin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur..

37. Yuxarıda qeyd olunan peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində nəzərdə tutulmuşdur.

38. Beləliklə, iddiaçının 01.01.2006-cı ilədək 25 il ümumi 12 il 06 ay isə güzəştli iş stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan pensiya hüququ vardır. 39.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 12 avqust 2021-ci il tarixli, 21(103)-2023/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar