Məhkəmə qərarları › İş №2-1(102)-2285/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2285/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2285/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 6 iyul t arixli, 2-1(103)-824/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. НЗ № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən və 1977-ci il 20 oktyabr tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının soyadı, adı, atasının adı X5 kimi qeyd edilmişdir. 2. 2000-ci il 21 oktyabr tarixli, İV-МЮ № 650106 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1956-cı il 6 oktyabr təvəllüdlü İddiaçı ilə 1959-cu il 2 oktyabr təvəllüdlü X6 arasında 2000-ci il 21 oktyabr tarixində nikah bağlanmışdır.

3. İddiaçı doğun aktı qeydi kitabına düzəliş edilməsi ilə bağlı cavabdehə müraci ət etmişdir.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X3 2022-ci il 11 aprel tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciət etdiyi şəxsiyyətini təsdiq edən sənədə (Rusiya Federasiyasının ümümvətəndaş pasportu) əsasən soyadı “Qrankin” adı “Anatoliy” ata adı “Vladimiroviç” qeyd olunub. İddiaçıya məxsus doğum akt qeydində soyadı “Çmil” ata adı “Borisoviç” qeyd edildiyi aşkarlanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İddia çının doğum haqqında akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklər edilməsi üçün zəruri sənədləri təqdim etməklə seçdiyi qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş və dəyişiklər edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

4. İddiaçı(bundan sonra-“iddiaçı” və ya “Q.A.Vladimiroviç”) cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə(bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum aktı qeydi kitabına düzəliş olunaraq ata qrafasının dəyişdirilərək “Borisoviç” yerinə “Anatoliy” kimi, soyad qrafasının dəyişdirilərək “Çmil” yer inə “Qrankin” kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1956-cı il 6 oktyabr tarixində Bakı şəhərində doğulmuşdur. Belə ki, buna dair ona Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamənin təkrarının verilməsi barədə cavabdehə müraciət edən zaman doğum haqqında akt qeydi kitabında soyadı “Çmil”, ata adı isə “Borisoviç” kimi qeyd edildiyi ona məlum olmuşdur. Doğum haqqında şəhadətnamənin əksinə olaraq digər bütün sənədləri əmək kitabçasında, xarici pasportunda, hərbi biletində, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, hətta nikah haqqında şəhadətnaməsində soyadı və ata adı düzgün şəkildə İddiaçı kimi qeyd ol unmuşdur. Hal-hazırda bu yanlışlıq iddiaçıya sənədləşdirmə işləri aparılan zaman problem yaşadır, maneələrlə qarşılaşmağına səbəb olur. O doğum aktı qeydində yanlışlıq nəticəsində sənədləşdirmə işlərini yekunlaşdırıb vətəndaşlığa qəbul edilmək üçün müraciət edə bilmir. Doğum haqqında akt qeydində soyadın və ata adının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş 2022-ci il 11 aprel tarixli, 05/76-988 saylı məktub ilə tərəfindən təqdim olunmuş sənədlər arasında ziddiyyət olduğu bildirilərək, ərizəsinin təmin olunmasından imtina olunmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2022-ci il 13 oktyabr tarixli, 2-1(112)8105/2022 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının soyadının və ata adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir.Doğum haqqında akt qeydinə əsasən iddiaçının atası X9. “Qrankin” isə iddiaçının anasının soyadıdır. Həmçinin iddiaçının sonradan soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər h ansı akt qeydi aşkar edilməmiş, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir.

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Fuad Babayev və Rəşid Səmədov) 2023-cü il 6 iyul tarixli, 2-1(103)-824/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Həmçinin apellyasiya baxışı zamanı işin obye ktiv araşdırılması məqsədilə İddiaçı barəsində 5 noyabr 1956-cı ildə 1607 nömrəli doğum haqqında akt qeydinin aparılmasına əsas olan sənədlərin (inzibati icraat materiallarının) əldə edilməsi məqsədilə X8 və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğular ünvanlanmış, Dövlət Notariat Arxivi sorğuya cavab məktubunda doğum akt qeydi ilə bağlı aidiyyəti üzrə Ədliyyə Nazirliyi X2 Reyestri Xidmətinə müraciət edilməsi tövsiyə edilmiş, X2 Reyestri Xidməti sorğuya cavab məktubunda qeyd etmişdir ki, həmin illərdə qüvvədə olan “VVAQ idarələrinin nümunəvi nomenklatura işinə əsasən doğumun qeydə alınması haqqında vətəndaşların ərizələrinin saxlama müddəti 1 il müəyyən edilmiş, bu sənədlər məhv edildiyindən İddiaçı (Çimilin) doğumunun qeydə alınmasına əsas olmuş sənədlərin verilməsi m ümkün deyildir.

12. Apellyasiya instansiyası məhkəməsi gəlmiş olduğu nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1, 53.2, 53.3, 168.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına və 3, 4-cü bəndlərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 2019-cu il 12 aprel tarixli, 03 saylı qərarının 6-cı bəndinə istinad etməklə əsaslan dırmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının tam ləğv edilməsini barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlilləri apelyasiya şikayəti ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Aliə Məcəlləsi: Maddə

53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ... 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valide ynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Maddə

168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır....”

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi a) 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə m üstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikası N azirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən: Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”: Preambulasına görə- bu əsas müddəal ar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 3-cü bəndinə əsasən, X2 qeydindəki səhvlərin düzəldilməsi X2 qeydində dəyişikliklərin edilməsi hallarından biridir. 4-cü bəndinə əsasən, X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfər ov Azərbaycana qarşı” işi üzrə qərarında vurğulanmışdır: Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri h esab edir.

27. Doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir.

28. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının soyadının və ata adının digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir.

29. Aşağı məhkəmələr tərəfindən verilmiş sorğulara cavab olaraq Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin 2022-ci il 3 avqust tarixli məktubundan açıq-aşkar müəyyən edilir ki, vətəndaş İddiaçı doğum haqqında akt qeydində soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1956-cı il 5 noyabr tarixli, 1607 saylı doğum haqqında akt qeydin də soyadı “Çimil” adı “Anatoliy” ata adı “Borisoviç” qeyd edilmişdir.

30. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri Xidmətinin 2022-ci il 26 sentyabr tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən İddiaçı deyil, valideynləri X10 ilə X1 1956-cı il 6 oktyabr təvəllüdlü X7 doğumunun Nərimanov rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Ədliyyə Nazirliyinin informasiya sisteminə əsasən adıçəkilən şəxsin soyadının, adının və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, sonrakı sənədlər ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir.

32. Həmçinin iddia çının sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır.

33. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı qərarda( bax yuxarı §§ 16-20) qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qərar qəbul etmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 6 iyul tarixli, 2-1(103)824/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar