Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2286/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin vəkil tərəfindən tərtib edilməməsi; kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X1 ünvan 1 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 dekabr tarixli, 2- 1(107)-667/2024 nö mrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X1 ünvan 1 ünvanından pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2024-cü il 30 sentyabr tarixli, 2- 1(116)-2836/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti Kollegiyasının (hakimlər Məlikov Vəzirxan /sədrlik edən və məruzəçi/, Mehdiyev Elçin, Tahirov Zamin) 2024-cü il 05 dekabr tarixli, 2- 1(107)-667/2024 nömrəli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 2024-cü il 30 sentyabr tarixli, 2-1(116)-2836/2024 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti Kollegiyasının (hakimlər Tahirov Zamin /sədrlik edən və məruzəçi/, Məcidov Ələddin, Mehdiyev Elçin) 2025-ci il 21 aprel tarixli, 21(107)-667/2024 nömrəli qərardadı ilə İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 dekabr tarixli, 2-1(107)-667/2024 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının döv lət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmiş, daha sonra kassasiya şikayətinə baxılması üçün iş Ali Məhkəməyə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nü mayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətə vəkilin orderi əlavə olunmadığından onun verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
10. Belə ki, İnzibati Prosessual Məcəllən in 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.
11. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Odur ki, iddiaçının hazırkı şikayəti, kassasiya şikayətinə dair qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərə cavab vermədiyindən icraata qəbul edilə və onun əsasında kassasiya icraatı mümkün sayıla bilməz.
12. Beləliklə, iddiaçının hazırkı kassasiya şikayəti verilər kən qanunvericiliyin tələblərinə (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi, vəkil tərəfindən imzalanması və vəkilin orderinin kassasiya şikayətinə əlavə edilməsi barədə) əməl olunmamışdır. Odur ki, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 dekabr tarixli, 2-1(107)-667/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.