Məhkəmə qərarları › İş №2-1(102)-2287/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2287/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2287/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtl ərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair» iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1051/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən 22 fevral 2011-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilib.Əlillik müddəti bitdiyindən 2019-cu ildən pensiyanın ödənişi dayandırılıb. 2. 14 sentyabr 2021-ci il tarixində Vəkil müvəkkilinin adından (iddiaçının) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə təqdim edib. Ərizədə qeyd edilib ki, o dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasını xahiş edib. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09 oktyabr 2021- ci il tarixli cavab məktubunda göstərilib ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

3. Cavabdehin dəlilinə görə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən p ensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda X4 Gənclər İttifaqı və İttifaqda mövcud olmuş vəzifələr, Azərbaycan SSR Ali Sovetinin üzvü nəzərdə tutulmamışdır. Bununla əlaqədar İddiaçı müraciətində qeyd etdiyi vəzifələrdə işlədiyi müddətin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə ataraq, Mərkəzi Filialda İddiaçı dair mövcud olan sənədlərdə dövlət qulluğu staj ı 15 ildən az (11 il 6 ay 25 gün) təşkil edir.Bu səbəbdən adıçəkilən şəxsə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericilik tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, cavabdehin yanaşması tamamilə qüsurlu, qanunsuz və ədalətsizdir. Əvvəla, iddiaçıya hələ 2011-ci ilin fevralından əlilliyə görə dövlət qulluqçusu pensiya sı təyin edilib və o, bu pensiyanı on ilə yaxın alıb. Bu qədər müddətdən sonra onun dövlət qulluqçusu kimi pensiya alması hüququnu itirmiş hesab edilməsi ən azı məntiqsizlikdir. İkincisi, cavabdehin dövlət qulluğu kimi etiraf etdiyi 11 il 6 aydan başqa, ərizəçi 05 oktyabr 1975-ci il tarixindən 12 oktyabr 1979-cu il tarixinə qədər Azərbaycan Xarici Dillər Pedaqoji İnstitunun komsomol gənclər təşkilatının katibi vəzifəsində işləyib. 1979 - 1981-ci illərdə hərbi xidmətdə olub. 03 iyun 1992-ci il tarixindən 04 avqust 1995-ci il tarixinə kimi Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi fəaliyyət göstərib. Beləliklə, ərizəçinin dövlət qulluqçusu kimi fəaliyyəti 20 ildən çox dövrü əhatə edir…».

6. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçıya ünvanladığı imtina mək tubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikası X8 tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18- dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilmə si üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısf'na əsasən həyata keçirilir. Adı çəkilən Siyahıda Azərbaycan Lenin X3 mövcud olmuş vəzifələr nəzərdə tutulmadığından 1975-1979-cu illərdə Azərbaycan Xarici Dillər X1 Lenin X3 büro katibi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7688/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim-G.Sevdimalıyeva) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, «iddiaçı haz ırda yaşa görə pensiya alır, əmək pensiyasından hər hansı məbləğdə tutulma həyata keçirilməmişdir və sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə (hazırda qüvvədə olan meyarlara görə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyasının yenidən təyin edilməsi üçün aidiyyəti üzrə müraciət etmək hüququndan məhrum edilməyib. Belə ki, sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə pensiya təyinat müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Odur ki, məhkəmə iddiaçının əlverişsiz vəziyyətdə olduğu qənaətində deyil.»

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1051/2023 nömrəli qərarı ilə (sədrlik edən – C.Yusifov, hakimlər – Ş.Məmmədova və P.Hüseynov ) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7688/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunmasından imtina olunması qanunvericiliyin tələblərinə uyğundur.Qanuni imtina isə iddiaçınn hüquqlarının pozulması kimi yozula bilməz.

13. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri işin halları, iddia tələbi və apellyasiya şikayətinin məzmunu ilə oxşarlıq təşkil edir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 38ci, Mülki Prosessual Məcəllənin 386-cı, 418.1-ci və 418.2-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. M addə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə

9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 14.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasını n Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyaina əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. 17. “Əmək pensiyaları haqqında” Qanun: (1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyaları) Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqd arında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçu sunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı".

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddət ində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yeku n qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İddiaçının pensiya yaşı tamam olduğu 2020-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin tələbinə görə ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün dövlət qulluqçusu vəzifəsində azı 15 il staj olması tələb olunur.

29. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ərizəsi əsasında DSMF-nin Səbail rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə - 11 il 6 ay 12 gün dövlət qulluğu stajı nəzərə alınmaqla, 2011-ci il tarixdən 2-ci qrup əlillyə görə pensiya təyin edilmiş, xx.xx.2021-ci il tarixədək əlilliyi təsdiq edilməklə həmin pensiya ödənişi davam etmiş, əlilliyin qüvvədə olduğu müddət başa çatdıqdan sonra isə ümumi əsaslarla ona yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh imtina məktubunda və iddia ərizəsinə etirazında “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 20.11.1-ci və 20.11.2-ci maddələrinə istinadən bildirmişdir ki, Mərkəzi Filialda mövcud olan sənədlərdə dövlət qulluğu stajı 15 ildən az (11 il 6 ay 25 gün: (xx.xx.1981-xx.xx.1991-cı il, xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi səbəbindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması mümkün deyildir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə 15 il dövlət qulluğu stajına malik olması müəyyən olunmur.

31. İddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövrlər xx.xx.1981-xx.xx.1991-ci illərdə (9 il 7 ay 8 gün ) onun Azərbaycan SSR KP Bakı şəhər Nəsimi rayon və X2 şöbə müdiri, xx.xx.1995-xx.xx.1997-ci illərdə (1 il 10 ay 20 gün) AR X6 nazirinin birinci müavini vəzifələri - cəmi, 11 il 5 ay 28 gün aid edilmişdir.

32. Bundan başqa, həmin vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılan vəzifələrdir.

33. İddiaçı hesab edir ki, əmək fəaliyyəti üzrə dövlət qulluğu kimi nəzərə alınmayan 19751979-cu illərdə Azərbaycan Xarici Dillər X1 Lenin X3 büro katibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilməlidir.

34. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda X3 (komsomolda) iş dövrü dövlət qulluğu dövrünə aid edilməmişdir. Fərmanda dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələri İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. İddiaçı 1975-1979-cu illərdə dövlət, sovet, partiya orqanlarında çalışmamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, X8 22 iyun 2022ci il tarixli məktubunda da həmin dövrü dövlət qulluğu vəzifəsinə uyğun hesab etməmişdir.

35. İddiaçının xx.xx.1992-xx.xx.1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin üzvü kimi fəaliyyət göstərdiyi müddətin onun dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı tələbinə gəldikdə isə, məhkəmə kollegiyası hüquqi qiymətləndirmə aparmadan vurğulayır ki, həmin 3 il 1 ay 1 gün dövlət qulluğu sayılsa belə, 11 il 5 ay 28 günlə birlikdə 15 il dövlət qulluğunda staj yaranmadığından, iddiaçının şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

36. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 ma y 2023-cü il tarixli, 21(103)-1051/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar