Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2287/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Xidməti, Salyan Bələdiyyəsi və Salyan rayon Arbatan Bələdiyyəsi) “torpaq sahəsinə dair hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın verilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(106)-180/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Salyan şəhəri B.Talıblı küçəsində yerləşən qeyri-yaşayış binası xx.xx.2003-cü ildə mülkiyyət hüququ üzrə iddiaçının mərhum anası X3 adına qeydə alınmışdır.
2. İ.Qarayeva xx.xx.2007-ci ildə Salyan Bələdiyyəsinə ərizə ilə müraciət edərək həmin qeyri-yaşayış sahəsinin altındakı torpağın onun mülkiyyətinə verilməsini xahiş etmiş və Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 nömrəli q ərarı ilə 2158 kv.m torpaq sahəsi İ.Qarayevaya ayrılmışdır. Bununla bağlı müvafiq rəylər alınmış, alınan torpağın pulu ödənilmiş, “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmiş, torpaq sahəsinin eskiz sxemi hazırlanmışdır. Torpaq sahəsinə xx.xx.2007-ci il tarixli A 008107 nömrəli Plan-ölçü sənədi verilmişdir.
3. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı ilə 1000 kv.m torpaq sahəsi İ.Qarayevaya ayrılmışdır. Bununla bağlı müvafiq rəylər alınmış, alınan torpağın dəyəri ödənilmiş, “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmiş, torpaq sahəsinin eskiz sxemi hazırlanmışdır. Torpaq sahəsinə xx.xx.2007-ci il tarixli A 008108 nömrəli Plan-ölçü sənədi verilmişdir. Həmin sənəddə torpaq sahəsinin ölçüsü 870 kv.m kimi göstərilmişdir.
4. X6 xx.xx.2008-ci ildə vəfat etmişdir. İddiaçı X3 vərəsəsi kimi tanınmışdır.
5. İddiaçı cavabdehə müraciət edərək mərhum anası X3 adına Salyan rayonu, Arbatan kəndi ərazində yerləşən 0.087 ha və 0.2158 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina bildirişində Torpaq Məcəlləsinin 46.4, 109-cü maddələrinə istinad edərək iddiaçının qeyd etdiyi torpaq sahələrinin elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edildiyini bildirmiş və bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə sonradan i ddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinə (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X4 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə mərhum anası X4 Salyan şəhəri, N.Babayev küçəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsi satılmışdır. Torpağı n alqı-satqısına dair akt tərtib olunmuş və Salyan rayon Bələdiyyəsinin bank hesabına 1680 manat pul məbləği ödənilmişdir. Bundan başqa, Salyan rayon Arbatan Bələdiyyəsinin 08.11,2006-cı il tarixli 16 nömrəli qərarına əsasən mərhum anası X4 aldığı inzibati binanın ətrafından Arbatan bələdiyyəsi mülkiyyətinə məxsus olan ərazidən sahibkarlıq məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır. Bundan başqa, X7 kitabında xx.xx.2007-ci il tarixdə 101 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı ölçüsü tərtib edilmişdir. Mərhum anası X6 öldükdən sonra onun qanun üzrə vərəsəsi İddiaçıdur. Belə ki, qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və oradan ona imtina edilir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin etirazları:
9. Cavabdehin etirazının əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2258/2023 nömrəli qərardadı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli 10/3010 №-li ekspert rəyində qeyd edilmişdir ki, “Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında X1 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsi ayrıldğı vaxt bələ diyyə mülkiyyətində, hal-hazırda isə X2 uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X1 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsi ayrıldığı vaxt bələdiyyə mülkiyyətində, hal-hazırda isə X2 uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülki yyətinə aid torpaq sahəsidir. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında X1 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsində sənəd üzrə göstərilən torpaq sahəsi ilə faktiki yerdə göstərilən torpaq sahəsi uyğunluq təşkil edir. Salyan rayonu Arbatan Bələdiyyəsinin 08.112006-cı il tarixli qərarı əsasında X1 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsində sənəd üzrə göstərilən torpaq sahəsi ilə faktiki yerdə göstərilən torpaq sahəsi uyğunluq təşkil edir. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundna çıxarış əsasında X1 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsinin və Salyan rayonu Arbat an Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X1 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin koordinatları, elektron kadastr uçotu məlumat bazasına əsasən “Salyan 86 saylı SMD-nin dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında X1 fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsi və Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında X1 məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin faktiki olaraq kiminsə istifadəsində olmasını müəyyən etmək olmadı.”
12. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(120)-797/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum X4 mülkiyyət hüququ əsasında aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi cavabdehin üzərinə öhdəliyi qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının adına tərtib edilmiş Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan çıxarış, Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan torpaqların alqı-satqısına dair akt, Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı, Salyan rayonu Arbatan bələdiyyəsi ilə Salyan bələdiyyəsi ilə X6 arasında torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008107 saylı plan və ölçü sənədi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçü sənədi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(106)-180/2024 nömrəli qərarı ilə c avabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti imtina məktubu eləcə də iddiaya qarşı etiraz ərizəsinə uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanun la müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipo teka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
24. İş materiallarından görünür ki, hər iki bələdiyyə tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçının mərhum anasına satılmış, torpağın dəyəri sonuncu tərəfindən müvafiq hesab ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Salyan rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Hazırkı iş üzrə cavabdehin imtinasının əsas dəlili mübahisəli torpaq sahələrinin hazırda dövlət mülkiyyətində olmasıdır.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, vaxtilə bələdiyyə mülkiyyətində olmuş və hazırda da qüvvədə olan bələdiyyə qərarı ilə satılmış torpaq sahələrinin sonradan “X2 X5” işlənərkən dövlət mülkiyyəti kimi bazaya işlənməsi bu sahə üzrə səlahiyyətli qurumun səhvi və yaxud yanlış hərəkətinin nəticəsi olduğundan hazırda müvafiq düzəlişin edilməsi də həmin qurumun öhdəliyi kimi nəzərə alınmalıdır.
28. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006- cı il tarixli qərarı və Salyan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 nömrəli protokolu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. 29. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab e dilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
30. Qeyd edilən bələdiyyə qərarları geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Beləliklə, iddia olunan torpaq sahələri iddiaçının sələfinin mülkiyyətinə qanuni əsaslarla verildiyindən yuxarıda istinad edilən normaya əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəx sə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
33. Beləliklə, iddiaçının həmin normadan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(106)-180/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.