Məhkəmə qərarları › İş №2-1(102)-2288/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2288/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2288/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə “əmək pensiyasının təyin edilməsi üçün sığorta stajının təsdiq olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(103)-1925/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur.

2. O, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh əmək stajının çatışmaması baxımından rədd cavabı vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, xx.xx.1977ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində 12 il 6 ay müddətində sığorta stajının əmək pensiyası təyin olunması üçün əsas götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Lakin həyatının çox hissəsini Azərbaycan Respublikasının ərazisində işləyib yaşamışdır. Hal-hazırda Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci ilin iyulun 1-dən onun pensiyaya çıxmaq yaşı 63, ümumi əmək stajı isə 25 il olmalıdır. İddiaçının 1977-ci ildən 1989-cu ilə qədər 12 il 6 ay əmək stajı olmuşdur. Mü əssisə bağlandığından əmək stajını təsdiq edən sənədləri toplamaq mümkün deyil. Müəssisənin arxivinin bir hissəsi məhv olduğundan işə qəbul haqqında əmrlər də məhv olmuşdur. İddiaçının milli arxivdən aldığı arayışdan görsənir ki, müəssisə arxivə sənədləri təqdim etməmişdir. Lakin onun əmək kitabçasında həmin illərdə işlədiyini təsdiq edən yazılar var. Bundan başqa iddiaçı müəssisənin arxivindən əmək haqqı haqqında cədvəlini də götürə bilmişdir. Həmin illər ərzində onunla birlikdə işləyən X2, X4, X3 onun həmin müəssisədə işlədiyini təsdiq edə bilər. Bundan başqa iddiaçı 1978-ci ildə Sosialist Əmək Yarışının qalibi medalını almışdır. İddiaçı Əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 25 il əmək stajının çatışmaması baxımından rədd cavabı vermişdir.

5. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir.Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87- ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Lakin qeyd olunan müəssisənin sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialının dövlət mühafizəsinə təhvil verilməmişdir. Əmək kitabçasına baxış keçirilərkən kiril və latın qr afikalı hərflərdən qarışıq olaraq istifadə edilməsi aydın görünür. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında işlədiyi dövr Azərbaycan SSR zamanına təsadüf edir (1977-1989), lakin möhürdə Azərbaycan Respublikası sözlərindən istifadə olunmuşdur. Həmçinin əmək kitabçasında 1 nömrəli qeydin əmək haqqına əsasən yazılması qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəli mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin cədvəl Avtomotorservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş, X1 imzası ilə təsdiqlənmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin müəssisənin bazasında "xxxx" ASC yaradılmışdır. İddiaçı məhkəmə iclası zamanı qeyd etmişdir ki, A.V.Fətəliyeva artıq həmin müəsisədə işləmir. Yəni həmin möhürün hazırda onda olmasın ın və Avtomotorservis və Ticarət Müəssisəsinin möhürü ilə verilmiş əmək haqqı arayışının heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin illər ərzində onunla birgə işləyən X2, X4, X3 onun həmin müəssisədə işlədiyini təsdiq edə bilər. Lakin А.V.Fətəliyeva xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.1977-ci il tarixdə 14 yaşı olmuşdur. Əmək fəaliyyət qabiliyyəti 15 yaşdan yarandığı halda, A.V.Fətəliyevanın həmin dövrdə iddiaçı ilə birgə çalışması mümkünsüzdür. Onunla yanaşı, X3 isə hazırda əlilliyə görə əmək pensiyası almaqdadır. X5 (PAS) Ə.R.Məmmədovun sosial sığorta stajına nəzər yetirilən zaman əmək fəaliyyətinə 1992-ci il tarixdən sonra başladığı müşahidə olunur. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/583-5/588 nömrəli Ekspert rəyində qeyd olunmuşdur ki, əmək kitabçasının iç üzlüyünün iç hissəsində 1-ci, 2-ci və 3-cü səhifəsində olan əlyazıları və imzalar əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur, əmək kitabçasının 2-ci və 3-cü səhifələrində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür vurulmuşdur. İddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adı (X9) tamamilə fərqlidir.

6. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-162/2022 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər əmək haqqı cədvəlləri və şahid ifadələri ilə öz təsdiqini tapdığından xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 nömrəli texniki xidmət emalatxanasında 3-cü dərəcəli çilingər kimi işlədiyi 12 il 5 ay 19 gün iddiaçının iş stajı kimi nəzərə alınmalıdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(103)-1925/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Hüseynov hakimlər – S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-162/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı eti razın və apellyasiya şikayətinin məzmunu ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Konstitusiyası Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2 Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti il ə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.2.3. M üddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 16. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Maddə 1.1 Əmək kit abçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 17. “İnzibati icraat haqqında” Qanun Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştira kçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdir ilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblə rinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd olunmal ıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zər uri sayır.

28. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qəra rını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

29. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

30. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxx 1954-cü il tarixdə doğulmuşdur, xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt Avtomotorservis və Ticarət müəssisəsində 12 il 6 ay müddətində sığorta stajının əmək pensiyası təyin olunması üçün əsas götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər əmək haqqı cədvəlləri və şahid ifadələri ilə öz təsdiqini tapdığından xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 nömrəli texniki xidmət emalatxanasında 3-cü dərəcəli çilingər kimi işlədiyi 12 il 5 ay 19 gün iddiaçının iş stajı kimi nəzərə alınmalıdır.

32. Belə ki, iş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətə olmuşdur (1 il 11 ay 27 gün).

33. Bundan başqa işdə olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriya lı, ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt “Avtomotoservis və ticarət” müəssisəsinin 1 nömrəli texniki xidmət emalatxanasında “TXE” 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir.

34. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kim arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

35. Göründüyü kimi, qanunvericilikdə iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamış, əmək kitabçası ilə yanaşı digər sənədlərlə də şəxsin ümumi iş stajının müəyyən edilməsinin mümkünlüyü müəyyən olunmuşdur.

36. İşdən görünü r ki, iddiaçıya işlədiyi müəssəsisə tərəfindən müsabiqə qalibi kimi vəsiqə verilmiş, əmək haqqı cədvəllərinə əsasən əmək haqqı almışdır, məhkəmə iclasında ifadə verən şəxslər iddiaçının işləməsi faktını təsdiq etmişlər. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin sonradan tərtib edilməsi və həmin qeydlərin hazırda yoxlanılmasının mümkünsüzlüyü onun həmin dövrlərdə işləməməsi mənasını verməməlidir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

37. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

38. Göründüyü kimi, inzibati orqan əmək kitabçasında və arayışlarda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrlərini qəbul etməyə bilərdi.

39. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(103)-1925/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar