Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2289/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlər lə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1769/2021 nömrəli iş üzrə 02.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 01 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni 30 iyul 2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına 15.10.2020-ci il tarixdə müraciət etsədə, cavabdeh imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququnun yarandığı 57 yaşdan, yəni 30 iyul 2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçı 20.11.1974-10.12.1976-cı illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 30.01.1978-01.09.1983-cü illərdə “Azneftikinti” Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli bənna, 01.09.1983-cü ildən Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli bənna işində əmək fəaliyyətini davam etdirərək 15.08.2005-ci ilə qədər həmin İdarədə işləmişdir. İşlədiyi həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin, vəzifələrin siyahısında öz əksini tapmışdır. Odur ki, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 15.10.2020-ci il tarixində cavabdehə müraciət etsə də, təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)3122/2021 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 22.10.2017-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara almışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-3122/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(103)-1769/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-3122/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi normaları tətbiq etməklə, qeyd etmişdir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
9. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi t am, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş materiallarına əsasən iddiaçı tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Belə ki, İddiaçı 20.01.1978-ci ildən 01.09.1983-cü ilədək Aznefttikinti Trestinin 2 saylı TQİ-də 2-5 dərəcəli bənna işində, 01.09.1983-cü ildən 15.08.2006-cı ilədək Əli-Bayramlı 2 saylı TQİdə 5-6-cı dərəcəli bənna işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ yaradan peşələrin siyahısında Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsi nəzərdə tutulmuşdur. İddiaçının işləmiş olduğu peşə isə qeyd olunan peşəyə uyğu n gəlmir.
10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(103)-1769/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosia l təminat hüququna malikdir.
13. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ ya randığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
14. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1- ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və g östəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1- dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Maddə. 69. 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabças ıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir).
15. «İnzibati icraat haqqında» Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali M əhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlili əsassızdır.
21. Belə ki iş materiallarına əsasən xx.xx.1955-ci il təvəllüdlü iddiaçı 20.11.1974-30.11.1976-cı illərdə Sovet Ordusunda xidmət etmiş (2 il 10 gün), 30.01.197801.09.1983-ci illərdə “Aznefttikinti” Trestinin 2 saylı TQİ-də 2-5-ci dərəcəli bənna işləmiş ( 5 il 7ay 9 gün), 01.09.1983-15.08.2006-ci illərdə (22 il 11 ay 14 gün), Əli-Bayramlı 2 saylı TQİ- də 5-6-cı dərəcəli bənna kimi çalışdığı müəyyən edilmişdir (o cümlədən, 01.01.2006cı il tarixinədək - 22 il 4 ay).
22. Həmçinin iş materiallarından göründüyü kimi, 01.01.2006-cı il tarixinə qədər hərbi xidmət dövrü də nəzərə alınmaqla, iddiaçının 30 ildən də çox ümumi iş stajı mövcuddur ki, bunun da 27 il 11 ay 9 gününü qeyd edilən Tikinti Quraşdırma İdarələrində bənna peşəsində işləmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Tikinti-Quraşdırma İdarələri konkret halda, mövcud olmadığı halda, izahlı arayışın alınması mümkün deyil, izahlı arayış işləyən işçilərə verilməsi mümkündür. Həmin TəmirQuraşdırma İdarələrində iddiaçının bənna kimi təkbaşına çalışması heç ağlabatan da deyil. Ən azından, tikinti-quraşdırma idarələrində bir neçə bənna briqadası və ya manqasından ibarət tərkibdə fəaliyyət göstərməsi sübuta ehtiyacı olmayan bir haldır. Belə ki, elə adından da görünür ki, tikinti-quraşdırma və tikinti-təmir işlərini yerinə yetirmək onların əsas fəaliyyət istiqamətini təşkil edir. İddiaçı 5 ildən çox bir, 22 ildən də çox başqa bir – tikinti-quraşdırma təşkilatında bənna kimi işləməsi onu deməyə əsas verir ki, o, daimi olaraq həmin idarələrdə bənna peşəsində işləmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, 01.01.2006-cı il tarixinədək iddiaçının 30 ildən çox ümumi iş stajı olan və bu stajın da 27 ilindən çoxunu bənna peşəsində çalışmış xx.xx.1955-ci il təvəllüdlü iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, 01.01.2006-cı il tarixinədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndinə əsasən 57 yaşının tamam olduğu 30.07.1912-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Həmçinin Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının XXVİİ (22900000 “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri») bölməsinin 2290000a 12680 kodu üzrə - «Bənna briqadalarında və kompleks briqadaların manqalarında daim işləyən bənnalar» güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir.
26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 02.09.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(103)-1769/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.