Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2289/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; yalnız qara mühasibatlıq sənədləri əsasında vergi hesablanmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında D övlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2049/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196174 nömrəli qərarına əsasən iddiaçı (VÖEN **********) üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş (yoxlanılan dövr: Oktyabr 2016 – Sentyabr 2019), səyyar vergi yoxlamasının nəticəsi üzrə xx.xx.2020-ci il tarixli **********196197 nömrəli akt tərtib olunmuşdur.
2. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticə sində qəbul edilmiş cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********3140389 nömrəli qərarına əsasən 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin 11028.10 manat azaldılmasına, 20172018-ci illər üzrə gəlir vergisinin 70808.13 manat azaldılmasına, 2018-2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin 840,0 manat azaldılmasına, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) 515607,04 manat azaldılmasına, cəmi 598805,27 manat verginin azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241671.51 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsind əki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********140389 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, növbədənkənar səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinin pozulmaqla aparılmışdır. Vergi qanunvericiliyinə görə müstəsna hallar istisna olmaqla, səyyar vergi yoxlaması 30 gündən artıq davam etməsinin və 9 aydan çox olmamaq şərtilə konkret müəyyən olunmuş hallardan və müddətdən kənar dayandırılmasının qadağan edilməsinə baxmayaraq, hazırki yoxlama zamanı inzibati orqan müstəsna hal olmadan yoxlama müddətini əsassız daya ndırmalarla (üç dəfə) səkkiz ay davam etdirmiş, o cümlədən vergi orqanının əsaslandırılmış qərarı olmadan vergi yoxlaması iki dəfə uzadılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə xx.xx.2020-ci il tarixdə akt tərtib edilsə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir ki, bu pozuntu da vergi orqanının qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmənin diqqətinə xüsusilə çatdırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü ildən vergi risklərinin minimallaşdırılması məqsədi ilə Vergi partnyorluğu Sazişi bağlanmışdır ki, fərdi sahibkar kimi həmin müqavilədən irəli gələrək, vergi orqanı ilə razılaşma əsasında hər ay 400,0 manat vergi ödəyirdi. Fəaliyyət növü tibb və ortopediya mal larının pərakəndə satışından ibarətdir və fərdi sahibkar olaraq hesablanan vergi məbləğinin miqdarında heç ümumi dövriyyəsi olmamışdır. Satış dövriyyəsini nəzərə alaraq, vergi orqanının təklifi əsasında razılaşdırılmış məbləğı hər ay ödəmişdir. Ötən illər ərzində də satış dövriyyəsində hər hansı ciddi artım və ya azalma baş verməmişdir və hazırda vergi orqanının Vergi partnyorluğu Sazişi ilə razılaşdırılmış vergi məbləğinin az olmasını təkzib edən hər hansı bir sübutu yoxdur. İnzibati orqanın hesabladığı həmin vergi məbləği əsassız və qanunsuzdur. Səyyar vergi yoxlaması aktında göstərilən elektron daşıyıcılarda olan məlumatlara istinadən 2.124.244,0 manat dövriyyə müəyyən edilməsi tamamilə absurddur. Birincisi həmin elektron daşıyıcısının kimə məxsus olması və həmin elektron daşıyıcısınd akı məlumatların nədən ibarət olması qeyri-müəyyəndir. İkincisi həmin elektron daşıyıcısındakı məlumatlarda fərdi sahibkar olaraq onun dövriyyəsini aşkara çıxaran hansı qeydlərin olmasını inzibati orqan yoxlama vaxtı ona təqdim etməmişdir. Digər tərəfdən həmin elektron daşıyıcı və həmin daşıyıcıdakı məlumatlara aidiyyəti olmasa da həmin sənədlərin (həqiqətən mövcuddursa) götürülməsində belə vergi qanunvericiliyinin, xüsusilə Azərbaycan Respublikası VM-nin 43 və 50.5-ci maddələrinin pozulması faktı vardır. İnzibati orqan əsassız olaraq, fərdi sahibkarın xərclərini müəyyən etmək mümkün olmadığını göstərərək, vergiləri müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq qərarına gəlmişdir. Fərdi sahibkarın mənfəəti əsasında şərti rentabellik norması tətbiq etməklə vergi hesablaması tamamilə əsassız və absurddur. Bundan əlavə onu da qeyd etmişdir ki, inzibati orqan vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu mümkün olmadıqda “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanır. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, yoxlanılan dövrdə sahibkar faktiki olaraq Azərbaycan Respublikası ərazisində stoma toloji avadanlıqların pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. Sadələşdirilmiş vergisi üzrə: Yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlanılan dövrdə sahibkar 91634.0 manat dövriyyə göstərərək 3665.36 manat sadələşdirilmiş vergi hesablamış, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 94784.0 manat dövriyyə müəyyən edərək 3791.36 manat sadələşdirilmiş vergi hesablamışdır. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılarda məlumatlara əsasən 276609.0 manat dövriyyə müəyyən edərək 11064.36 manat sadələşdirilmiş vergi hesablanmış və Vergi Məcəlləsinin 155.1-ci və 157.5-ci maddələrinə əsasən sahibkar x x.xx.2017-ci il tarixindən ƏDV ödəyicisi olduğundan 3755.10 manat sadələşdirilmiş vergi artıq hesablanmışdır.
6. ƏDV (qeydiyyatsız) yoxlanılması üzrə: Yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektrondaşıyıcılardakı məlumatlara əsasən sadələşdirilmiş vergi bəyannaməsinə görə ardıcıl olan 12 aylıq dovriyyəsi 200000 (iki yüz min) manatı keçməsi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 (iki yüz min) manatdan artıq olan fiziki şəxslər həmin dövr başa çatdıqdan so nra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Müəyyən olunmuş müddətdə ərizə verilməzsə vergi orqanı Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən öz təşəbbüsü ilə ƏDV-nin məqsədləri üçün qeydiyyata almaq hüququna malikdir. Bu səbəbdən ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməmiş və vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixdən ƏDV (qeydiyyatsiz qeydiyyata salaraq 515596.24 ƏDV-si hesablanmışdır. Azalmaya səbəb Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmalı dövriyyənin Vergi ödəyicisi tərəfindən 2864423.55 manat azaldılmasıdır.
7. Gəlir vergisi üzrə: Sahibkar tərəfindən yoxlanılan dövr üzrə gəlir vergisinin bəyannaməsi təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfind ən xx.xx.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılardakı məlumatlara əsasən sahibkarın ümumilikdə 2124244.0 manat (ƏDV-siz) (o cümlədən 2017-ci il üzrə 982203.05 manat və 2018-ci il üzrə 1142040.95 manat) gəliri olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi) vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin sahibkar tərəfindən yoxlamaya vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatları başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlav ə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən sahibkarın əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2017-ci il üzrə sahibkarın əldə etdiyi 982203.05 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı. 2017-ci il üzrə hesablanmış 163700.50 manat mənfəətdən 2017-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 32740.10 manat (163700.50x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Yoxlama ilə 2018-ci il üzrə sahibkarın əldə etdiyi 1142040.95 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəət aşağıdakı kimi hesablandı. 2018-ci il üzrə hes ablanmış 190340.15 manat mənfəətdən 2018-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 38068.03 manat (190340.15 x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Beləliklə sahibkara ümumi olaraq 70808.13 manat gəlir vergisi hesablandı.
8. ÖMV üzrə: Sahibkar tərəfindən xx.xx.2012-ci il tarixlərində bağlanmış icarə müqaviləsində 400.0 manat aylıq məbləğ qeyd olmasına baxmayaraq ÖMV-ni hesablanmamış və ÖMV-nin bəyannamələrini təqdim etməmiş və nəticədə müəssisəyə 840.0 manat ödəmə mənbəyində tutulan verginin azadılması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir verginin (icbari ödənislərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 70808.13 manat azaldılmasına görə 50% miqdarında, yəni 35404.06 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamələr göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 515596.24 manat azaldılmasına görə 50% miqdarında, yəni 257798.12 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbayban Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilrmiş verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 3755.10 manat artıq hesablanmış və 11028.10 manat azaldılmasına görə 50% miqdarında, yəni 5514.05 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyindən tutulan verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 840.0 manat azaldılmasına görə 50% miqdarında, yəni 420.0 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən vergi bəyannamələrının vaxtında təqdim etmədiyinə görə 1600.0 manat maliyyə sanksiyası tətbiq edilməlidir.
9. Yoxlamaların nəticələri üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********196197 nömrəli akt tərtib olunmuş və sahibkara təqdim olunmuş, lak in o aktı imzalamaqdan imtina etmiş və aktın bir nüsxəsini almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələbinə uyğun olaraq səyyar vergi yoxlamasının materiallarına xx.xx.2020-ci il tarixdə baxılacağı barədə vergi ödəyicisinin elektron ünvanına xx.xx.2020-ci il tarixli məktub göndərilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sahibkara ödənilmək üçün 594528.17 manat əlavə vəsait və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış və ya azaldılmış vergi məbləğinə görə 241671.51 manat maliyyə sanksiyası tətbiq edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********140389 nömrəli qərar çıxarılmışdır.
10. İddia ərizəsində inzibati orqanın əsassız olaraq səyyar vergi yoxlamasının müddətini 3 dəfə dayand rılması qeyd edilmişdir. Bununla bağlı bildirilmişdir ki, səyyar vergi yoxlaması keçirilən zaman vergi ödəyicisi tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktublarla vergi orqanına müraciət etmiş və aparılan səyyar vergi yoxlamasının təxirə salınmasını xahiş etmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi müvəqqəti olaraq dayandırılır. İddiaçı həmçinin ərizədə qeyd etmişdir ki, səyyar vergi yoxlaması nəticəsi üzrə xx.xx. 2020-ci il tarixdə akt tərtib edilsə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, bununla da Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələbinə uyğun olaraq səyyar vergi yoxlamasının materiallarına xx.xx.2020-ci il tarixdə baxılacağı barədə vergi ödəyicisinin elektron ünvanına xx.xx.2020-ci il tarixli məktub göndərilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinın 1 mart 2022-ci il tarixli, 2-1(112)-430/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********140389 №-li qərarı “2016-2019-cu illər üzrə sadələşdirilmiş vergi, 2017- 2018-ci illər üzrə gəlir vergisi, 2017-ci ilin aprel ayından 2019cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) hesablanması” və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissələrində ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
12. Məhkəmə hesab etmişdi ki, vergi tutulan dövriyyənin və yararan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçıya məxsus obyektdə olan bir ədəd noutbuk və bir ədəd stasionar tipli kompyuterdə olan məlumatların məhz iddiaçının fəaliyyəti ilə bağlı məlumatların olmasını təsdiq edək təkzib edilməzi sübutlar da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan məlumatlara istinad etməklə iddiaçının fəaliyyətinə dair 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin, 2017-2018-ci illər üzrə gəlir vergisinin, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) hesablanması il ə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən sahəsi 107,6 kv.m. olan qeyri-yaşayış sahəsinə görə hər ay 400,00 manat icarə haqqı ödəyir. Lakin iddiaçı 2018-2019-cu illər üzrə ÖMV-nin bəyannamələrini təqdim etməmiş və nəticədə 840.0 manat ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməmişdir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçı tərəfindən 2018- 2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin azaldılması hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Ape llyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2049/2022 nömrəli qərarı ilə ((hakimlər A.S.Hüseynov - sədrlik edən və məruzəçi, A.Ə.Hüseyn və S.İ.Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 1 mart 2022-ci il tarixli, 2-1(112)-430/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron fayllar “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilir. Eyni zamanda, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən Vergi Məcəlləsinin 44 və 45-ci maddələri üzrə hərəkət etmək vergi orqanın hüququdur və imperativ deyil, dispozitiv normadır. Həmin normaların səyyar vergi yoxlaması zamanı tətbiqi üçün zərurət mövcud olmamışdır. Məhkəmə kollegiyası həmin normaların tətbiqinin vacibliyini vurğulamasına baxmayaraq, həmin normaların tətbiqi ilə iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilə biləcəyini açıqlamamışdır. Eyni zamanda hesablanmış vergilərin hesablanması üçün xüsusi bilik tələb olunmadığı halda həmin normaların tətbiq edilməsi əhəmiyyətsizdir.
19. Səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş, elektron daşıyıcılarda aşkar edilmiş məlumatlar və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Həmin məlumatların iddiaçıya məxsusluğu xx.xx.2019-cu il tarixli protokolun iddiaçının nümayəndəsi tərəfindən imzalanması ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə kollegiyası vergilərin hesabla nması əsasları ilə mühasibat uçotunun aparılması qaydalarını fərqləndirməmiş və bu istiqamətləri eyni xətt hesab etdiyi üçün vergilərin hesablanması əsaslan zamanı mütləq şəkildə rəsmi sənədlərə istinad edilməsini vacib tələb hesab etmişdir.
20. Eyni zamanda apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.7, 68.1, 69.4-cü maddələrinin tələblərini pozaraq məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, əlavə sübut üzrə araşdırma aparmamışdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində İddiaçı qarşı xx.xx.2021-ci il tarixdə CM-nin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İbtidai istintaq zamanı Məhkəmə Ekspertiza Mərk əzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 9/1207 saylı ekspert rəyinə əsasən səyyar vergi yoxlaması zamanı hesablanmış vergilərin doğruluğu təsdiq edilmişdir. Lakin məhkəmə kollegiyası cinayət təqibi barədə məlumatlı olmasına baxmayaraq, iş üzrə icraatı dayandırmamış və alınmış ekspert rəyini iş materiallarında mövcud olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir.
21. Həmçinin apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə zidd olaraq aşağıdakı dəlillərinə heç bir münasibət bildirməmişdir: Elektron daşıyıcılarda olan təsdiqedici məlumatların ilkin uçot sənədi hesab edilməsinə dair dəlilinə; Elektron daşıyıcılarda olan məlumatların mənbəyi bəlli olan məlumat olmasına dair dəlilinə. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı k assasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2049/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 47.Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir....
24. Vergi Məcəlləsi: Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələr i üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunverici liyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamas ının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergiorqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı verg i orqanına şikayət verildikdə. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronome traj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1902/2021 nömrəli 26 oktyabr 2021-ci il tarixli, 2-1(102)-851/2022 13 iyun 2022-ci il tarixli, 2-1(102)1255/2022 nömrəli 5 iyul 2022-ci il tarixli, 2-1(102)-1245/2022 nömrəli 15 iyul 2022-ci il tarixli qərarları.
27. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarş ı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəmə sinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının apellyas iya şikayətindən irəli gələn tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. İşin məhkəmələr tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********0120 №-li qərara əsasən İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvandakı X1 xx.xx.2019-cu il tarixdə operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində mağazadan bir qutu obyektin təsərrüfat fəaliyyətinə aid olan maliyyə sənə dləri (surətləri və s.) (gəlirləri, xərcləri, kassa mədaxil qəbzləri və s. məlumatları özündə əks etdirən sənədlər) və obyektdə olan bir ədəd noutbuk tipli və bir ədəd stasionar tipli komputerdən (komputerlərin məlumat bazasından) bir ədəd yaddaş kartına köçürülməklə elektron məlumat və sənədlər (həmçinin 23 vərəqdə mal qalığının siyahısı) götürülmüşdür. **********196174 nömrəli, xx.xx.2020-ci il tarixli qərarla İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə oktyabr 2016 – sentyabr 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, **********196197 nömrəli səyyar vergi yoxlaması aktı il ə yoxlama dövründə vergi ödəyicisi İddiaçı tərəfindən gəlir vergisi üzrə 70808.13 manatın, əlavə dəyər vergisi üzrə 515596.24 manatın, sadələşdirilmiş vergi üzrə 11028.10 manatın, ödəmə mənbəyindən tutulan verginin 840.0 manatın azaldılması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140389 №-li qərar ilə İddiaçı yoxlama ilə 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin 11028.10 manat azaldılmasına, 2017-2018-ci illər üzrə gəlir vergisinin 70808.13 manat azaldılmasına, 2018-2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin 840,0 manat azaldılmasına, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) 515607,04 manat azaldılmasına cəm i 598805,27 manat verginin azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241671.51 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir.
35. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus obyektdən götürüldüyündən mənbəyi bəllidir və bu elektron məlumatlar əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi).
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir.
37. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlaması aparı larkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilmədiyindən, mübahisələndirilən qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 26-cı bəndində göstəri lən oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 21(103)-2049/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.