Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2289/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; pensiya kapitalının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2022-ci il tarixli, 2-1(103)-1632/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 yanvar 1981-ci il tarixli, ПТ-İ ******* nömrəli əmək kitabçası ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə kimi sovxozda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 10 №-li Stomatoloji Poliknikada sanitar, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi 253 №-li orta məktəbdə laborant, xx.xx.1991ci ildən xx.xx.1993-cü ilə kimi X anlar istehsalat kombinatın Çaykənd trikotaj sahəsində İ dərəcəli toxucu, xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixə kimi “Xüsusitəmirtikinti” terstində 3-cü dərəcəli rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi İxtisaslaşdırılmış Tikinti İdarəsi 1 №-li sahədə fəhlə, xx.xx.2003-cü ildən hal-hazıradək “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu”nda 4-cü, 5-ci dərəcəli rəngsaz, istehsalat hamamlarının fəhləsi, istehsalat sahəsini və xidməti otaqları yığışdıran, 5-ci dərəcəli rəngsaz vəzifəsində işləyir.
2. Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, SOCAR**********80020123X00016 №-li şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində: Bakı Dərin Özüllər zavodunun 19 saylı Təmir tikinti sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003-cü il tarixli, 31/k-10 saylı əmr) xx.xx.2010-cu il tarixinədək (xx.xx.2010-cu il tarixli, 372/k saylı əmr) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun İxtisaslaşmış tikinti sexində xx.xx.2012-ci il tarixindən (xx.xx.2012-ci il tarixli, 298/k saylı əmr) halhazıradək həmin peşədə işləyir. İşlədiyi peşə üzrə iş stajı 16 il 9 ay 10 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Emal İnterzone
505. İnteraard 269 astar boya (İngiltərə). İntergard 251 astar boya (İngiltərə). İnterthane 990 son qat boya. İntergard 475 HS araqat boya (İngiltərə). Həlledici GTA-220, Həlledic i lnter.Thin.713., araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir.
3. Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********30480092X00023 №-li məktubda qeyd edilmişdir ki, müvafiq iş üzrə bundan əvvəlki sorğuya cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli, SOCAR**********30480092X00013 nömrəli məktuba əlavədə təqdim olunmuş sənədlərdə, zavodda “rəngsaz” peşəsində işləyən işçilərin əmək funksiyalarını yerinə yetirən zaman işlətdiyi materialların təhlükəlilik sinfi 4-cü sinif qeyd olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndindəki “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz” vəzifə kodunda müəyyən edilmiş materiallar ilə eynilik təşkil edir.
4. Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR* *********30490075X00025 №-li məktubda qeyd edilmişdir ki, Emal İnteroze 505, İnterqard 269 astar boya, İnterqard 251 astar boya, İnterthane 990 son qat boya, İnterqard 475 HS araqat boya, Həlledici GTA-220, Həlledici İnter.Thun.713araqat boya üçün həlledici maddələrin təhlükəlilik sinfi “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan” sinfə aiddir. Həmin maddələrin təhlükəlilik sinfi ГОСТ 12.0.003-74 “Təhlükəli və zərərli istehsalat amilləri” barədə Dövlətlərarası Standartlara, ГОСТ 12.1.007-76 “Zərərli maddələr. Təsnifatı və ümumi təhlükəsizlik tələbləri” Dövlətlərarası Standartlara və ГОСТ 12.1.005-88 “İşçi zonasının havasına olan ümumi sanitar-gigyenik tələblər” SSRİ Dövlət Standartlarına əsasən SOCAR-ın X5 İşlənməsi İdarəsi tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda vaxtaşı rı aparılan iş yerlərinin attestasiyası nəticələrinə görə iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə uyğun olaraq müəyyən edilmişdir.
5. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42456,26 manat təşkil etmişdir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə baxıl mışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 19 saylı Təmir tikinti sexində və xx.xx.2012-c i il tarixindən bugünədək isə həmin zavodun İxtisaslaşmış tikinti sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən müəssisənin ona dair 14 fevral 2022-ci il tarixli, SOCAR**********80020123X00016 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 55 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və bu pensiyanı almaq hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı lazım olan hərəkətləri n edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə pensiya təyinatı barədə cavabdeh Filiala 28 fevral 2022-ci il tarixində müraciət etmişdir. Onun bu müraciətinəxx.xx.2022-ci il tarixli imtina məktubu gəlmişdir. Filial imtinasında qeyd edir ki, çalışdığı müəssisədən verilən arayışda rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Halbuki, çalışdığı müəssisə olan “SOCAR”- dan təqdim olunan arayışda qeyd edilir ki, Emal İnterzone 505, İnterqard 269 astar boya (İngiltərə), İnterqard 251 astar boya (İngiltərə), İnterhane 990 son qat boya, İnterqard 475 HS araqat boya (İngiltərə), Həlledici GTA-220, Həlledici İnter.Thin.713, araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Filialın imtina üçün gətirdiyi “əsas” həqiqətə uyğun deyil və qanunaziddir. Belə ki, cavabdehə təqdim edilən arayışda rəngsaz peşəsində çalışarkən istifadə olunan zərərli maddələr, onların təhlükəlilik sinfi və həmin sin ifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Həmçinin, onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməyi üçün gərəkli olan yaş, ümumi sosial sığorta stajı və güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı göstəriciləri uyğundur. Qeyd edir ki, yaşı 57- dir (xx.xx.1965-cü il). Ümumi sosial sığorta stajı 36 il 5 ay 24 gündür və o hazırda da işləməyə davam edir (əmək kitabçasındakı qeydlər). Güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı 16 il 9 ay 10 gündür (“SOCAR”- dan verilən arayış). Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2020-cu il 1 dekabr tarixindən (55 yaşı tamam olduqda) yaranmışdır.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. E tirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına əsasən qadınların pensiya yaşı 58 yaş müəyyən edildiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığort a hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bununla əlaqədar olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı 55 yaşının tamam olduğu 1 dekabr 2020-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun ol araq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42456,26 manat təşkil edirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı dair verilmiş “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 30 iyun 2022-ci il tarixli SOCAR**********30480092X00013 nömrəli arayışında onun xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2012-ci il tarixində n arayışın təqdim edildiyi tarixədək sözügedən müəssisədə təhlükəlilik sinfi 4 olan aseton maddəsini tətbiq etməklə rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi adıçəkilən şəxsin rəngsaz vəzifəsində işlədiyi zaman tətbiq etdiyi aseton maddəsi təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan 1-ci, 2-ci, 3-cü sinif təhlükəli deyil, 4-cü sinif təhlükəli maddədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir
11. Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli, 2-1(112)-7822/2022 nömrəli qərarı ilə (hakim: X2) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 55 yaşının xx.xx.2020-ci ildə tamam olması, həmin tarixə 25 ildən artıq ümumi iş stajının olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı İddiaçı güzəştli iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlıdır. İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2010-cu il tarixədək “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 19 saylı Təmir tikinti sexində, xx.xx.2012-ci ildən 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək həmin zavodun İxtisaslaşmış tikinti sexində rəngsaz vəzifəsində işləmişdir. İşə götürən tərəfindən məhkəməyə təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eyni olması göstərilsə də təqdim etdikləri xx.xx.2013-cü ildə (həmçinin 2022-ci ildə təsdiq edilmiş) təsdiq edilmiş iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə əsasən onun işlədiyi 3 №-li xidmət sahəsi üzrə rəngsazın iş şəraitinin zərərlilik amilləri kimi aseton, əmək şəraitinə görə və vəzifə (tarif) maaşına artım əmsalı 1,04 müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarın 35-ci Bölməsinin “Ümumi peşələr” adlı hissəsində “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur. Göründüyü kimi təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (THB)” - ГОСТ 12.1.005-88. “İşçi zonanın havasına olan ümumi sanitargigiyenik tələblər” SSRİ dövlət standartından çıxarışda aseton maddə 4-cü təhlükəlilik sinfinə aid edilmişdir. Bundan əlavə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişl i olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 137 №-li Qərarına əsasən Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliyinin aşağı səviyyəsində 1,04 müəyyən edilmişdir. Belə olan halda 4-cü təhlükəlilik sinfinə aid edilmiş aseton maddəsi ilə işləyən rəngsazın güzəştli şərtlərlə ya şa görə əmək pensiyası hüququ yaranmır. Bundan əlavə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42456,26 manat təşkil edirdi.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2022-ci il tarixli, 2-1(103)-1632/2023 nömrəli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X1) Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2022-ci il tarix li qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində qeyd edilmişdir ki, MM-nin 7.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Yeni qanununun qəbul edilməsi əvvəlki qanuna uyğun nəticələrin yanlış olmasının bir növ etiraf edilməsidir. 13 ma y 2022-ci il tarixli, 530VİQD№-li Qanununun qəbul edilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsinin pensiya kapitalının məbləği ilə şərtləndirilməsinin yanlış addım olmasının qanunverici orqan tərəfindən etiraf edilməsi, yol verilmiş yanlışlığın aradan qaldırılmasına yönəlmiş addım olmuşdur. Belə ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün ən başlıca şərt şəxsin işləmiş olduğu işin onun sağlamlığına zərər vurması şərti olmuşdur. Digər tərəfdən də hazırda güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan yaş həddinə çatmış insanların tam əksəriyyətinin əmək fəaliyyəti ilə məşğul olduqları dövr keçmiş sovet dövrünü və respublikanın müstəqilliyinin ilk dövrlərini əhatə edir. Həmin dövrlərdə sağlamlığı üçün ağır şərtlər altında işləmiş, gələcəkdə güzəştli şə rtlərlə əmək pensiyası hüququnun yaranacağı gözləntisi ilə yaşamış insanlardan qəti müəyyən olunmuş pensiya kapitalının tələb edilməsi onların hüquqları və qanuni mənafelərinin kobud pozuntularına gətirib çıxarmış, nəticədə qanunverici qanunda dəyişiklik etmişdir. Lakin, ikinci instansiya məhkəməsi fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran 13 may 2022-ci il tarixli, 530VİQD№-li Qanununun pensiya kapitalı ilə bağlı müddəasını geriyə tətbiq etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1. Axırıncı iş ye rindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. İnzibati Prosessual Məcəllə: M addə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayət i verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqd irdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları y etərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi, xüsusi iş stajının və pensiya kapitalının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də r azılaşır. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2022ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən İddiaçı barəsində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. 28. iş materiallarından görünür ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42456,26 manat təşkil etmişdir.
29. İddiaçı kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, №530-VİQD nömrəli qanuna istinad edərək ona pensiya kapitalı tələb olunmadan pensiya təyin edilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 13 may 2022-ci il tarixli qanunun 2.1-ci bəndində qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
30. Beləliklə, iddiaçı 55 yaşı tamam olduğu - xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etdiyi üçün 1 3 may 2022-ci il tarixli qanunla müəyyən olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələblərinin iddiaçıya tətbiq edilməsi mümkün deyildir.
31. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya hazırkı vəziyyətdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan şərtlər ödənilmədiyindən apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
32. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Həmçinin iddiaçıya izah olunur ki, Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına əsasən qadınların pensiya yaşı 58 yaş müəyyən edildiyindən və iddiaçının 58 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs i barədə cavabdeh inzibati orqana müraciət etmək hüququ mövcuddur.
34. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2022-ci il tarixli, 21(103)-1632/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.